Maria Suvorovskaya: “Bakı haqqında yazmaq və oxumaq istəyirəm“
Tarix: 22.04.2019 | Saat: 14:18:00 | E-mail | Çapa göndər


“Azərbaycanla bağlı kitab, klip və sərgilər bizim həyata keçirdiyimiz son ideyalar olmayacaq”

Maria Suvorovskaya iş adamı, jurnalist, ictimai xadim, yazıçı kimi tanınır. Məlum olduğu kimi, ötən ilin sonlarında onun Rusiyada "Xəzər üzərində yelləncək" kitabı nəşr olundu. Bu kitabın əks-sədası yalnız jurnalistin doğma ölkəsində deyil, həm də Azərbaycanda ürəklərdə yayıldı. Buyaxınlarda povest Azərbaycan dilində də nəşr ediləcək və elə Mariya Suvorovskayanın iştirakı ilə kitabın Bakıda təqdimatı olacaq. Mariya Suvorovskaya kitabı haqqında, eləcə də Azərbaycan sevgisi, ilham mənbələri və planları ilə bağlı “Palitra”ya müsahibə verib.

- Mariya xanım, bu ilin mart ayında Azərbaycanda səfərdə olmusunuz. Öncə, bu səfərinizlə bağlı təəssüratlarınızı bilmək istərdik...

- Şübhəsiz ki, Azərbaycana hər bir səfərim xoş təəssüratlar, işgüzar görüşlər və yeni tanışlıqlarla yadda qalır. Belə ki, Azərbaycana son səfərim də çox məhsuldar oldu. Birincisi, Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənovla görüş keçirildi. Əli Həsənov bizim Azərbaycanla bağlı təşəbbüslərimizi dəstəklədi və yüksək qiymətləndirdi. Fürsətdən istifadə edib, səmimi qəbula görə Əli Həsənova təşəkkür edirəm.
Qərara gəldik ki, jurnalımızın "Dünya Biznes Bələdçisi. Azərbaycan" adlı xüsusi buraxılışını nəşr edək. Bu jurnal Azərbaycanın Rusiya və digər ölkələrlə olan işgüzar əməkdaşlığına həsr olunacaq. Görüşdə, həmçinin Rusiya və Azərbaycan xalqları arasında dostluğa yönəldilmiş "Biznes Dialoq Media" təşkilatının humanitar layihələrinin davam etdirilməsi və inkişafı barədə razılığa gəlindi.
İkincisi, “Rossotrudniçestvo” ilə birlikdə Azərbaycanın Rusiyadakı səfirliyinin dəstəyi ilə keçirlən "Moskva-Bakı. Qadın baxışı" sərgisini açdıq. Rusiyan İnformasiya və Mədəniyyət Mərkəzi bazasında təşkil olunan sərgidə gözəl, fəal, işğüzar və yaradıcı qadınları göstərdik. Bu qadınlar Azərbaycanda doğulsalar da Rusiyada müxtəlif sahələrdə çalışırlar. Bu sərgi "Moskva-Bakı" 2018 sərgisinin davamı idi.
Biz Bakıda Azərbaycan Yazıçılar Birliynin sədri Anar Rzayevlə də görüşük. Çox səmimi görüş oldu. Onunla mənim "Xəzər üzərində yelləncək" kitabımın Azərbaycan dilinə tərcüməsi barədə danışdıq. Yeri gəlmişkən, çox şadam ki, may ayında "Xəzər üzərində yelləncək" kitabımın Bakıda təqdimatını edəcəm.
Bakıda tanınmış müğənni Rüstəm Zeynallı ilə "Mən Bakı ilə nəfəs alıram" mahnısı üçün klip də çəkdirdik. Tezliklə, Azərbaycanın televiziya kanallarında bu klip yayımlanacaq. Bu mahnı Bakı, sevgi, saf və ülvu duyğular haqqındadır. Mart səfəri yeni layihələr, yeni üfüqlər və yeni planlar üçün böyük yol açdı. Ümid edirəm ki, bütün bunlar Rusiya ilə Azərbaycan arasında isti münasibətlərin inkişafına kömək edəcək.

- Dediniz ki, yaxın zamanlarda bizim ölkəyə növbəti səfərinizi planlayıbsız. Növbəti səfərinizin məqsədi nədir?

- Qeyd etdiyim kimi, may ayında Bakıda "Xəzər üzərində yelləncək" kitabının Azərbaycan dilində nəşrinin təqdimatını edəcəyik. Həmçinin ikinci bir klip çəkməyi planlaşdırırıq. Ümumiyyətlə, önümüzdəki səfərdə bir çox iş görüşmələri və təşəbbüslər var.

- "Xəzər üzərində yelləncək" kitabınız Azərbaycanda böyük maraqla qarşılanıb. Azərbaycan haqda növbəti kitab yazmağı düşünürsüzmü?

- Bəli. Bu ideyanı mənə Azərbaycanın Rusiyadakı səfirliyində ticarət nümayəndəsi Ruslan Əliyev verdi. O, indi Azərbaycan şərablarının bizim ölkəyə aktiv şəkildə eksportuna dəstək göstərir. Biz bilirk ki, Azərbaycanda yaxşı üzüm bağları, şərabçılıq var. Yeni əsərim həyat, insan, sevgi və şərabçılıq haqqında olacaq. Burada şərabın hazırlanması, şərabçılıq ənənələrindən də söhbət açılacaq. Hələlik, bütün sirləri açmayacağam, amma ümid edirəm ki, 2019-cu ilin sonuna qədər kitabı yazıb bitirəcəm.

- Ümumiyyətlə, Sizdə Azərbaycana qarşı xüsusi sevgi hiss olunur. Sanki Azərbaycanı bir azərbaycanlı kimi sevirsiz. Bu nədən irəli gəlir?

- Moskvanın yaxınlığındakı Kolomna şəhərində mənim nənəm və babamın bir azərbaycanlı qonşusu var idi - Zinaidə Samsonovna. O, Vətənini – Bakını çox sevirdi. Zinaidə Samsonovna, həmişə doğma şəhəri ilə bağlı tez-tez böyük sevgi ilə danışırdı.
Uzun müddətdir mən də Bakını görmək istədim. Və yeddi il əvvəl Bakıya ilk dəfə gəldim və mən də bu şəhəri sevdim… Sonradan həyata keçirmək istədiyim layihələr və təşəbbüslər məni təkrar Bakıya gətirdi. Bura ilə əlaqələrim hər il daha da güclənir. İndi isə mənim üçün Bakı praktik olaraq doğma şəhərdir. Mən Bakı haqqında yazmaq və oxumaq istəyirəm.

- Azərbaycana son səfərinizdə “Şeron” qrupunun bədii rəhbəri və solisti Rüstəm Zeynallı ilə birgə tanıtım klipi çəkmişdiz. Bu kliplə bağlı işlər tamamlanıbmı?

- Bəli, klip bugünlərdə hazır olunacaq. Rüstəm ilə birlikdə çalışmaqdan çox məmnun oldum. O, sonsuz istedadlı və maraqlı musiqiçi, bəstəkar və müğənnidir. Həqiqətən, gözəl mahnı alındı. Bizim klip kiçik bir filmdir.
Rüstəm Zeynallıya və klipin çəkilişlərində iştirak edən məşhur aktyor Bəhram Bağırova çox minnətdaram.

- Rusiyada Azərbaycanın təbliği ilə bağlı nə kimi planlarınız var?

- "Dünya Biznes Bələdçisi. Azərbaycan" jurnalı Azərbaycan oxucuları üçün nəşr olunacaq. Bundan əlavə, jurnal Rusiyada da paylanacaq. Ölkəmizin işgüzar dairələri ola bilər Azərbaycanla geniş əməkdaşlıq etsinlər. Biz humanitar layihələri davam etdirəcəyik. Hesab edirəm ki, Azərbaycanla bağlı kitab, klip və sərgilər bizim həyata keçirdiyimiz son ideyalar olmayacaq.

- Sizin ilham mənbəyiniz haradadır?

- Mənim ailəm, yaxın insanlarım - bunlar mənim ilham mənbəyimdir. Mən, həyat yoldaşım Konstantinə təşəkkür edirəm. O və mənim övladlarım işgüzar səfərlərimdə mənimlə olurlar, eləcə də bütün ideya və arzularımı dəstəkləyirlər. Yeri gəlmişkən, mənim Azərbaycana olan sonsuz məhəbbətim onlara da keçib.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
18.05.2019
Musa Qasımlı: Biz yaşadığımız Qafqaz regionunda baş verən prosesləri dərindən öyrənməliyik
16.05.2019
General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
16.05.2019
“İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
16.05.2019
Gömrük Akademiyasının tələbəsi: “Əgər bu sistemdə işləmək istəyirsənsə, aşağı pillədən işləməyə başlamalısan”
15.05.2019
“Böyük təhlükə yaradan mikroorqanizmlərlə 10-20 ildən sonra heç antibiotiklər də bacarmayacaq”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10782

1 “Ukraynanın ictimai-siyasi həyatında fəal iştirak edirik”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
4 Dünya rəssamları arasında yer alan azərbaycanlı
5 AzMİU-da İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info