DGK: “Ölkəyə avtomobil gətirilməsində heç bir məhdudiyyətdən söhbət gedə bilməz”
Tarix: 22.04.2019 | Saat: 14:32:00 | E-mail | Çapa göndər


Ötən gün bəzi kütləvi informasiya vasitələrində ölkəyə minik avtomobilləri gətirən şəxslərin gömrük rəsmiləşdirilməsi zamanı əlavə ödənişlərə məcbur edildiyi ilə bağlı, eləcə də gömrük orqanlarını inhisarçılığı qorumaqda, rüşvət almaqda günahlandıran iftira və böhtan dolu, həqiqətə uyğun olmayan məqalə dərc edilib. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi bununla bağlı məlumat yayıb. Xəbərdə deyilir:
“Əvvəla inhisarşılığın nə olduğunu bilməyən yazı müəllifinin diqqətinə çatdırırıq ki, bu gün istənilən şəxs ölkəyə avtomobil gətirə bilər və burda heç bir məhdudiyyətdən söhbət gedə bilməz. O ki qaldı ölkəyə idxal edilən minik avtomobillərinin rəsmiləşdirilməsi zamanı ödənilən vergi və rüsumlara, Dövlət Gömrük Komitəsi bildirir ki, ödənilən vergi və rüsumlar Azərbaycan Respublikasının Vergi Məcəlləsi və Nazirlər Kabinetinin 500 saylı qərarı ilə tənzimlənir. Bu barədə mövcud qanunvericilik və nəqliyyat vasitəsinin rəsmiləşdirilməsi proseduru Dövlət Gömrük Komitəsinin rəsmi internet səhifəsində aydın şəkildə izah edilib. Gömrük dəyərinin müəyyən edilməsi ilə bağlı səsləndirilən əsassız iddialara gəlincə, bir daha qeyd edək ki, Azərbaycan Respublikasının gömrük ərazisinə mal qismində gətirilən nəqliyyat vasitələrinin bəyannaməçi tərəfindən gömrük dəyərinin müəyyən edilməsi (gömrük dəyərləndirilməsi) beynəlxalq təcrübədə qəbul olunmuş ümumi prinsiplərə (1994-cü il Tariflər və Ticarət üzrə Baş Sazişin (GATT) VII maddəsinə, GATT-ın VII maddəsinin Tətbiq edilməsinə dair Razılaşmaya və onun əlavələrinə), Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə, "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununa, həmçinin Azərbaycan Respublikasının qüvvədə olan digər qanunvericilik aktlarına uyğun olaraq həyata keçirilir.
Bəyannaməçi tərəfindən bəyan edilmiş gömrük dəyəri və onun müəyyən edilməsi ilə bağlı məlumatlar dəqiq, kəmiyyəti müəyyən oluna bilən və sənədlərlə təsdiq edilmiş məlumatlara əsaslanmalıdır.
Gömrük orqanının gömrük dəyərləndirilməsi məqsədi ilə ona təqdim edilən hər hansı məlumatın, sənədin və ya bəyannamənin düzgünlüyünü araşdırmaq hüququ vardır.
Ölkə ərazisinə gətirilməsi nəzərdə tutulan avtonəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi zamanı anlaşılmazlıqların baş verməməsi məqsədilə həmin avtonəqliyyat vasitələrinin Avro-4 ekoloji normalarına uyğun olmasını müəyyən etmək üçün ətraflı məlumatların (zavod buraxılış tarixi, markası, şassi nömrəsi, rəngi və s. ) qabaqcadan Dövlət Gömrük Komitəsinin Mərkəzi Gömrük Ekspertizası İdarəsinə təqdim edilməsi tələb olunur və bu barədə Komitə ictimaiyyət üçün dəfələrlə açıqlamalar yayımlayıb.
Rüşvətlə bağlı iddialara gəlincə isə, hər hansı nöqsanın müəyyən edilməsi üçün konkret faktlar üzrə araşdırma aparmaqla həqiqəti ortaya çıxarmaq mümkündür. Lakin gömrük orqanlarını rüşvət və inhisarçılıqda günahlandıran həmin yazıda gömrük qanunvericiliyinin pozulmasına dair konkret hər hansı faktın yer almaması, beş il bundan öncə gömrük xidmətinə qarşı irəli sürülən haqsız iddianın təkrar gündəmə gətirilərək xüsusilə qabardılması yazının da konkret məqsədlər, yəni gömrük orqanları və onun rəhbərliyinin fəaliyyətinə kölgə salmaq niyyətilə yazıldığının və yayımlandığının sübutudur.
Dövlət Gömrük Komitəsinin və onun rəhbərliyinin açıqlamalarında dəfələrlə bəyan olunub ki, gömrük sistemində korrupsiyaya, rüşvətxorluğa qarşı qətiyyətli mübarizə aparılır və istənilən şəxs bu barədə faktlara malik olduğu təqdirdə birbaşa hüquq-mühafizə orqanlarına da müraciət edə bilər. Üstəlik gömrük xidmətinin bu istiqamətdəki fəaliyyəti nəinki ölkə daxilində, beynəlxalq miqyasda da təqdirlə qarşılanır.
Sağlam tənqid cəmiyyətin inkişafını təmin edən əsas amillərdəndir və ölkəmizin gömrük orqanları da hər zaman sağlam tənqidi yüksək qiymətləndirərək öz işini vətəndaş məmnuniyyətinin təmin olunması istiqamətində qurur.
Ancaq bəzi hallarda media qurumları və şəxslər tərəfindən tənqid öz kontekstindən çıxarılaraq təhqirlərə, sifarişli yazılara, Komitənin və onun rəhbərliyinə qarşı qaralama kampaniyasına çevrilir ki, bu da yolverilməzdir.
Dövlət Gömrük Komitəsi bir daha media qurumları və onun nümayəndələrinə gömrük orqanlarının fəaliyyəti ilə bağlı məlumatları yayımlayarkən konkret faktlara əsaslanmağı tövsiyyə edir.

Tural




 
Bölməyə aid digər xəbərlər
23.08.2019
Türkiyədə xatirə Azərbaycan pulu buraxıldı
23.08.2019
“Hər bir valideyn övladının psixoloqu olmalıdır”
23.08.2019
Dünya azərbaycanlıları Türkiyədə bir araya gələcək
23.08.2019
“Kənd təsərrüfatının inkişafında kooperasiyalaşma mühüm rol oynamaqdadır”
23.08.2019
Bakı-Sabunçu dəmiryol marşrutu dəyişdirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10870

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info