“Göstəricilərimiz yüksək olub”
Tarix: 30.07.2013 | Saat: 22:20:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universitetində dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasının yekunları və Naxçıvan Dövlət Universiteti qarşısında duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilib.
Yığıncaqda universitetin rektoru, biologiya elmləri doktoru, professor Saleh Məhərrəmov məruzə edərək sessiyada 2013-cü ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları,Naxçıvan Muxtar Respublikasının 2012-ci il dövlət büdcəsinin icrasının təsdiq edilməsi məsələlərinin müzakirə olunması, 2013-cü ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının dinamik sosial-iqtisadi inkişafı ilə bağlı göstəricilərin diqqətə çatdırılması barədə məlumat verib.

Universitetin tədris işləri üzrə prorektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Seyid Surə universitetdə 2013-cü ilin birinci yarısında tədris sahəsində əldə olunan nailiyyətlərlə bağlı məruzə edib. Məlumat verilib ki, 2012-2013-cü tədris ilində universitetdə təhsil alanların sayı 211 nəfər xarici vətəndaş da daxil olmaqla 4851 nəfər olub. Universitetdə 10 fakültə, əlavə olaraq magistratura üzrə dekanlıq, xarici tələbələrlə iş üzrə dekanlıq və 49 kafedra fəaliyyət göstərir. 2012-2013-cü tədris ilində universitetin bakalavr səviyyəsində 56, magistratura səviyyəsində isə 41 ixtisas üzrə yüksək ixtisaslı mütəxəssislər hazırlanıb. 2013-cü ildə universitet məzunlarının sayı 1099 nəfər olub ki, onlardan 977 nəfəri bakalavr, 122 nəfəri isə magistr səviyyəsinə aiddir. Tələbə və müəllimlərin mobilliyinin təmin olunması istiqamətinə tədbirlər həyata keçirilib, Koreyanın Kim-Çonq, Türkiyənin Ərzurum Atatürk Universiteti, Ərdahan Universiteti, Gürcüstanın Batumi Dövlət Universiteti, Litvanın Klaypeda Universiteti, Sosial Elmlər Kolleci, İspaniyanın Santyaqo De Kompostella Universiteti ilə razılaşdırılmış müqavilələr əsasında tələbə mobilliyinə start verilib. Naxçıvan Dövlət Universiteti tələbə və müəllim mobilliyini gerçəkləşdirən Mövlana Mübadilə Proqramına qatılan Azərbaycanın ilk ali təhsil ocağı olub. Bütün bunların nəticəsində Naxçıvan Dövlət Universitetində 2012-2013-cü ilin qış və yay imtahan sessiyasının müvəffəqiyyət və keyfiyyət göstəriciləri hamısı ölkənin orta təhsil göstəricilərindən yüksək olub. Belə ki, əyani şöbə üzrə (bakalavr) müvəffəqiyyət göstəricisi 95,1% keyfiyyət göstəricisi isə 60,7%, qiyabi şöbə (bakalavr) üzrə müvəffəqiyyət göstəricisi 94,6%, keyfiyyət göstəricisi 71,3% olub.
Mehriban SULTAN




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
“Türk ocağı” Azərbaycanda bərpa olundu
21.09.2019
Bakı dünyanın 60 ən təhlükəsiz şəhəri sırasındadır
21.09.2019
Ekoloji sənədlərin verilməsi prosesi daha da asanlaşdırılacaq
20.09.2019
“Selcanın bütün dedikləri doğrudur“-Fuad Qəhrəmanlının ikinci qızı
20.09.2019
İçi dərmanla dolu 4 anbar aşkarlanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10895

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info