Artıq bəzi sözlər yeni qaydalar əsasında yazılmalıdır
Tarix: 23.04.2019 | Saat: 08:08:00 | E-mail | Çapa göndər


Nazirlər Kabinetinin "Azərbaycan dilinin Orfoqrafiya Normaları"nın təsdiq edilməsi haqıqnda qəbul etdiyi qərar qüvvədədir. Artıq yeni orfoqrafiya lüğətinin çap edilməsi gözlənilmədən bəzi sözlər Nazirlər Kabinetinin təsdiqlədiyi yeni qaydalar əsasında yazılmalıdır.
Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli deyib.
İ.Həbibbəyli yeni təsdiqlənmiş orfoqrafiya qaydaları ilə bağlı bəzi mübahisəli məsələlərin yenə də qalması fikri ilə razılaşmayıb. O bildirib ki, Nazirlər Kabineti Azərbaycan Milli Elmlər Akademiyasının Orfoqrafiya Komissiyası tərəfindən hazırlanmış Azərbaycan dilinin orfoqrafiya qaydaları ilə bağlı alimlərin təqdim etdiyi yekun variantı qəbul edib:
“Bu Normalar müvafiq dövlət qurumlarının, o cümlədən Dövlət Dil Komissiyasının rəyi alındıqdan sonra təsdiq edilib. Qaydalarla bağlı mübahisəli məsələlər hələ onların müzakirələri zamanı mövcud idi. Lakin mübahisəli məsələlərin hamısı sosial şəbəkələrdə və Orfoqrafiya Komissiyasının iclasında yenidən müzakirə edilib. Mən artıq yeni orfoqrafiya qaydaları ilə bağlı mübahisəli məsələ görmürəm”.
Akademik vurğulayıb ki, hazırda əsas vəzifə orfoqrafiya qaydaları əsasında yeni orfoqrafiya lüğətini hazırlamaqdır. Dilçilik İnstitutunun bu istiqamətdə iş apardığını deyən İ.Həbibbəyli qurum tərəfindən indiyədək mübahisə doğurmayan sözlərin lüğətinin hazırlandığını söyləyib: “Bu qaydalar əsasında yazılışı dəyişən sözlər də lüğətə daxil olacaq. Yeni lüğətin bu il ərzində çap edilməsi nəzərdə tutulur”.
Qeyd edək ki, AMEA Orfoqrafiya Komissiyası və Dilçilik İnstitutu tərəfindən 69 maddədən ibarət "Azərbaycan dilinin orfoqrafiya qaydaları" layihəsi hazırlanmışdı. Aparılan müzakirələrdən sonra Orfoqrafiya Komissiyasının iclasında sözlərin yazılışı ilə bağlı təklif edilən bəzi məsələlər qəbul edilməyib. Bunlar ərəb mənşəli -iyyat, -iyyət və -iyyə şəkilçilərində qoşa "y" samitindən birinin düşməsi, Avropa dillərindən alınma sözlərdə söz ortasında qoşa "m" hərflərindən birinin düşməsi ilə bağlı olub.
"Rəbb" və "Tanrı" sözlərinin böyük hərflə yazılması yeni orfoqrafiya qaydaları layihəsində öz əksini tapsa da, bu məsələ də sonradan müzakirədən çıxarılmışdı.
Xatırladaq ki, orfoqrafiya lüğəti Azərbaycan dilinin sözlərinin yazılışında əsas mənbə hesab edilir. Azərbaycan dilinin sonuncu orfoqrafiya lüğəti 2013-cü ildə nəşr edilib.




 
Bölməyə aid digər xəbərlər
21.05.2019
Azərbaycan təhsil sistemində idarəetmə texnologiyalarının tətbiqi zəruridir
21.05.2019
“Mxitaryan, axı sən nə istəyirsən?”
20.05.2019
Cüzeppe Kaniliya: Azərbaycan İtaliya üçün olduqca vacib ölkədir
20.05.2019
Ramin Əhmədov: ”Azərbaycanda mükəmməl sosial təminat sistemi qurulub”
20.05.2019
Millət vəkili Azər Badamov: “Hədəf neftdən asılı olmayan güclü iqtisadiyyat formalaşdırmaqdır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 “Ukraynanın ictimai-siyasi həyatında fəal iştirak edirik”
3 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
4 Üç müharibə iştirakçısı olan general-mayor
5 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info