Frankofoniya həftələrinin yekun konserti “Bakcell”in dəstəyilə keçirilib
Tarix: 23.04.2019 | Saat: 16:36:00 | E-mail | Çapa göndər


Azərbaycanın ilk mobil operatoru və ənsSürətli mobil internet provayderi “Bakcell” şirkəti Frankofoniya həftələrinin yekunu olan "Quoi? Où? Quand?" adlı konsert proqramının keçirilməsinə dəstək göstərib. Konsert Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) tələbələrinin iştirakı ilə keçirilib. Tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, Fransanın Azərbaycandakı səfiri Orelia Buşez, Yunanıstanın Azərbaycandakı səfiri Nikolaos Kanellos, Belçika Krallığının Azərbaycandakı səfiri Bert Şufs, “Bakcell” şirkətinin və Fransız Mədəniyyət İnstitutunun nümayəndələri, həmçinin, UFAZ-ın professor-müəllim heyəti və tələbələr iştirak edib.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universiteti (UFAZ) ölkənin ən nüfuzlu təhsil ocaqlarından biridir. Frankofoniya günləri və digər tədbirlərin təşkili vasitəsilə UFAZ Fransız dili və mədəniyyətini təşviq edir və tələbələrin bədiilik və musiqi bacarıqlarının artırılmasına öz töhfəsini verir.
“Bakcell” şirkəti tədbirin sponsoru olaraq Azərbaycan tələbələri və gənclərinə xüsusi diqqət ayırmaqla ölkədə təhsilin inkişafına öz dəstəyini əsirgəmir.

Nigar





 
Bölməyə aid digər xəbərlər
23.08.2019
Türkiyədə xatirə Azərbaycan pulu buraxıldı
23.08.2019
“Hər bir valideyn övladının psixoloqu olmalıdır”
23.08.2019
Dünya azərbaycanlıları Türkiyədə bir araya gələcək
23.08.2019
“Kənd təsərrüfatının inkişafında kooperasiyalaşma mühüm rol oynamaqdadır”
23.08.2019
Bakı-Sabunçu dəmiryol marşrutu dəyişdirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10870

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info