Özbəkistan, Türkiyə və Pakistanın birgə hərbi təlimi başlayıb
Tarix: 23.04.2019 | Saat: 18:56:00 | E-mail | Çapa göndər


Özbəkistan, Türkiyə və Pakistan silahlı qüvvələrinin iştirak etdiyi Tərəfdaşlıq Qalxanı 2019 təlimi Özbəkistanda start götürüb. Cizzah vilayətindəki Forış poliqonunda üç ölkənin silahlı qüvvələrinin iştirak etdiyi birgə hərbi təlimin açılışı olub. TRT xəbər verir ki, Özbəkistan Müdafiə Nazirliyi və Baş Qərargahının rəsmiləri, Türkiyənin Özbəkistandakı səfirliyinin hərbi attaşesi, polkovnik Mustafa Baloğlu, Pakistanın Özbəkistandakı səfirliyinin hərbi attaşesi İmran Arif və təlimə qatılan ölkələrin silahlı qüvvələri nümayəndələrinin olduğu mərasimdə himnlər səsləndikdən sonra bayraqlar qaldırılıb. Açılış mərasimində iştirakçılara xitab edən Özbəkistanın baş qərargah rəisinin müavini Şuhrat İkramov deyib: “Türk əsgərlərini ata yurdu kimi gördükləri bu torpaqlarda qarşılamaqdan məmnuniyyət duyuruq. Birgə təlim üç ölkə arasında inkişaf etməkdə olan hərbi əməkdaşlığın göstəricisidir. Son illər Özbəkistan müxtəlif ölkələrlə hərbi sahədə əməkdaşlığı artırıb. İlk dəfədir ki, üç ölkənin iştirakı ilə birgə təlim keçiririk”. Türkiyənin Özbəkistandakı Səfirliyinin hərbi attaşesi, polkovnik Mustafa Baloğlu da öz növbəsində çıxış edərək deyib: “Türkiyə hazırda PKK, “İŞİD”, “FETÖ” olmaqla üç terror təşkilatı ilə eyni zamanda mübarizə aparan yeganə ölkədir. Terrorla mübarizədə böyük təcrübəyə malik Türkiyə Silahlı Qüvvələri dili, dini və mədəniyyəti bir olan qardaş Özbəkistan ordusu və yenə böyük təcrübəyə malik qardaş Pakistan silahlı qüvvələri ilə ilk dəfədir ki, üçlü birgə təlim keçirir. Bu birgə təlim ölkələr arasında əlaqələrin daha da möhkəmlənməsinə təkan verəcək”. Pakistanın Özbəkistandakı səfirliyinin hərbi attaşesi İmran Arif Arif isə bunları söyləyib: “Qardaş Türkiyə və Özbəkistan silahlı qüvvələri ilə birgə hərbi təlim keçmək Pakistan ordusu üçün də çox əhəmiyyətlidir. Pakistan Özbəkistan və Türkiyə kimi qardaş ölkələrlə əməkdaşlığa böyük əhəmiyyət verir. Biz bu ölkələrin də terrorla mübarizə sahəsində bilik və təcrübələrindən faydalanmaq istəyirik.” Açılış mərasimində üç ölkə əsgərlərinin parad keçidi də olub. Qeyd edək ki, 26 apreldə başa çatacaq birgə hərbi təlimdə Türkiyə Xüsusi Qüvvələr Komandanlığına bağlı 15 əsgər və zabit iştirak edir.




 
Bölməyə aid digər xəbərlər
21.07.2019
Ukraynanın yeni Baş Naziri müstəqil və peşəkar iqtisadçı olmalıdır
21.07.2019
Gürcüstanda polislə oğrular arasında atışma olub
21.07.2019
Ukraynada nöbədənkənar parlament seçkiləri ilə bağlı səsvermə gedir
20.07.2019
Cari ilin birinci yarısında Gürcüstanda 150-yə yaxın insan itkin düşüb
20.07.2019
Ukraynada parlament seçkilərində təhlükəsizliyi xüsusi təyinatlılar qoruyacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info