Azərbaycanda Çernobıl əlilləri dövlətin qayğısı ilə əhatə olunublar
Tarix: 23.04.2019 | Saat: 22:55:00 | E-mail | Çapa göndər



Aprelin 23-də Çernobıl qəzasının ildönümü ilə bağlı Nəsimi Rayon İcra Hakimiyyətində qəzanın aradan qaldırılmasının iştirakçıları olmuş rayon sakinləri ilə görüş keçirilib.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, mərasimdə çıxış edən Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov bildirib ki, bu dəhşətli qəza bütün dünyada əks-səda doğurub. Hadisə nəticəsində 7 min insan həlak olub, 25 min insan ömürlük əlil qalıb. Ukrayna və Belarusda 300 min insan öz yaşayış yerlərini tərk ediblər. Hadisədən artıq 32 il keçməsinə baxmayaraq, qəzanın bir çox iştirakçıları bu gün də əziyyət çəkirlər.
Ümummilli lider Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdışından sonra, 1993-cü ilin sonlarında bu qəzanın ləğvində iştirak etmiş və həmin qəzadan zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında xüsusi Sərəncam imzalanıb və bununla da Çernobıl əlillərinə diqqət və qayğı artıb. Çernobıl qəzasının aradan qaldırılmasında iştirak edən şəxslərə olan dövlət qayğısı, onların pensiya və müavinətləri bu gün Prezident İlham Əliyev tərəfindən artırılır, əlillərin keyfiyyətli müalicəsi üçün müvafiq tədbirlər həyata keçirilir. Bu insanlar Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da diqqət və qayğısını hər zaman hiss edirlər
Tədbirdə Çernobıl qəzasının nəticələrinin aradan qaldırılmasında iştirak edən insanların adından çıxış edən Xələf Həsrətov bildirib ki, ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışından sonra Çernobıl əlillərinin sosial vəziyyəti yaxşılaşdırılıb, onların statusu müəyyənləşdirilib, sosial problemlərinin həlli istiqamətində ardıcıl tədbirlər görülüb. Bu qayğı Prezident İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirilir. Dövlətimizin başçısının təşəbbüsü ilə faciə iştirakçılarının müavinətləri dəfələrlə artırılıb, onların sosial müdafiəsi gücləndirilib.
Tədbirin sonunda Çernobıl əlillərinə və ailələrinə yardım edilib.




 
Bölməyə aid digər xəbərlər
05.08.2020
Masallıda “Vətənə sevgi ən ülvi hissdir” onlayın konfrans keçirmişdir
05.08.2020
«Baba bulağı»nın bu günkü işi...
05.08.2020
2020-ci il dövlət büdcəsinə dəyişiklik birinci oxunuşda qəbul edildi
05.08.2020
Milli Məclisdə məktəblərlə bağlı məsələ müzakirə olunub
03.08.2020
Erməni təcavüzü və Paşinyanın uğursuz diaspor siyasəti-“Hədəf”də

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11582

1 Azərbaycanın yeni orfoqrafiya lüğəti sentyabr ayında təqdim olunacaq
2 “Qarabağ münaqişəsi o vaxt bitəcək ki, Azərbaycan özününkü olanı qaytaracaq“
3 Bakıda 34 dərəcə isti, rayonlarda dolu, leysan gözlənilir
4 Avqustun 2-si Azərbaycanda Milli Kino Günüdür
5 Qafqaz uzunömürlülüyünün sirri tapıldı - Kabab yeyin


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info