Müxalifət dəyişməlidir...
Tarix: 24.04.2019 | Saat: 14:02:00 | E-mail | Çapa göndər


Namiq Əliyev
Tarix üzrə fəlsəfə doktoru

Ötən əsrin sonlarında dünyanın qlobal gücləri geosiyasi məkanda “Böyük Orta Şərq” planını ortaya atdılar. Az sonra isə bu planı mərhələ-mərhələ Şərqdə həyata keçirməyə başladılar. Planın əsas məqsədi nisbətən böyük və güclü Şərq dövlətlərini etnik, dini və digər əlamətlərinə görə parçalamaq, xaricdən idarə olunan zəif və kiçik, dövlətə oxşar qurumlar vəziyyətinə salmaq idi. Bu vəzifənin həyata keçirilməsində onların ən yaxın dəstəkçilərindən biri həmin dövlətlərin daxilindəki “müxalifət” adı ilə cəmiyyətə təqdim edilən qüvvələr oldu. Qeyd edək ki, xarici güclərin tarixi təcrübəsi də zəngin idi, hələ XX əsrin əvvəllərində Türkiyə və Rusiyadakı ağır sosial vəziyyətdən pərdə kimi istifadə edilərək, analoji plan həyata keçirilmişdi.

Hansı müxalif qüvvə xariclə daha sıx bağlıdır?

Bəs bu gün Azərbaycanda xarici güclər “dinc işğal” siyasətini hansı siyasi qüvvənin vasitəsilə reallaşdıra bilərlər? Statistikaya görə, ölkədə 50 civarında siyasi partiya olmasına baxmayarq, bunlardan aktiv fəaliyyətlərinə görə bir neçəsi seçilir: AXCP, Müsavat, KXCP, REAL və ADP. “Xalq hərəkatı” adı ilə ortaya çıxan AXH isə hələ daxili didişmə ilə məşğuldur. Bu siyasi qurumların içərisində xariclə ən sıx bağlı olanı, kənardan xeyli maliyyə vəsaiti ilə təmin ediləni Əli Kərimlinin başçılıq etdiyi AXCP-dir. Siyasətlə məşğul olanlar yəqin ki, xatırlayarlar, vaxtilə Xalq Cəbhəsinin içərisində olan bu adamlara, elə özləri “Avropanın uşaqları” deyirdilər. O zaman AXC-nin sədri Əbülfəz Elçibəyi mətbuatda təhqir edən, onu nüfuzdan salmağa çalışan, xəyanət edən, ilk dəfə olaraq, Cəbhə daxilində parçalanma yaradan da həmin “uşaqlar” oldular.Sual oluna bilər ki, bugünkü reallığı qoyub, keçmişi niyə xatırladırıq? Dilçilik elmində belə bir qayda var: əgər hansısa sözün sənin xalqına mənsub olmasını sübut etmək istəyirsənsə, o zaman bütün dövrlərdə həmin sözün sənin dilində necə işlənməsinin tarixini bilməlisən. Siyasətdə də belədir. Bu gün bir siyasi qüvvənin və ya siyasətçinin fəaliyyətindən baş açmaq istəyirsənsə, hökmən onun keçmişini araşdırmalısan.
İndi AXCP dünyada gedən siyasi proseslərdən baş çıxarmağa çalışan digər müxalif siyasi cinahları özünə tabe etdirmək istəyir. Bu arzu baş tutmayanda isə onların hamısını “iqtidara satilmış partiyalar” elan edirlər. Biz iddia etmirik ki, doğrudan da adıçəkilən partiyalar hakimiyyətlə əməkdaşlıq edirlər. Lakin ortaya beynimizi qarışdıran haqlı bir sual çıxır: Bütün çatışmazlıqlara baxmayaraq, müstəqilliyi qorumağa çalışan öz iqtidarına xidmət etmək yaxşıdır, yoxsa məqsədi sərvətləri ələ keçirməyə çalışan xarici güclərə?

Dövlətlərini dağıdanların sonu

Bir zamanlar İraqda “demokratik dövlət qururuq” deyə Səddamın heykəlinin uçurulmasında iştirak edən biri indi deyir ki, “bilməmişəm, səhv etmişəm”. Türkiyədə məlum dövlət çevrilişinə cəhd zamanı tankların qarşısında duran bir vətəndaşdan televiziya müxbiri soruşdu ki, niyə belə cəsarətli hərəkət etdin? O şəxs belə cavab verdi: “Gözümün qarşısına darmadağın edilmiş Suriya və onun Avropanın sərhədlərinə səpələnmiş, hər addımda təhqir olunan uşaqları gəldi”. Bəli, Suriyada, İraqda, Liviyada müxalifət hakimiyyət iddiasını həyata keçirmək üçün xarici güclərlə birləşdi və min illərlə mövcud olan dövlətlərini məhv etdilər.Türkiyədə isə xalq və müxalifətin əsas nümayəndələrindən biri olan MHP iqtidarın yanında duraraq, ölkəni dağılmaqdan və parçalanmaqdan xilas etdi.

Zelenskinin xarici tərəfdaşları kimlər olacaq?

Son günlər AXCP-nin öndə gedənləri və o cümlədən də rəhbəri Əli Kərimli Ukrayna və Türkiyədə baş tutan seçkilərdə müxalifətin uğurlarını Azərbaycan cəmiyyətinə “dəyişikliyin qaçılmaz olması” kimi sırımağa çalışırlar. Amma bir acı həqiqəti unudurlar ki, həm Ukraynadakı Zelenski, həm də Türkiyədəki İmamoğlu AXCP-dəki kimi, “40 ilin liderləri” deyillər. Əgər AXCP qonşuda baş verənlərdən nəticə çıxarmaq istəyirsə, o zaman birinci olaraq özü və lideri yenilənməli, dəyişməlidir. Azərbaycanda ikinci bir siyasi partiya adı çəkmək mümkün deyil ki, o siyasi qüvvə AXCP və onun rəhbəri Əli Kərimlidən razı olsun. Əgər ölkə daxilində həm iqtidar, həm də digər müxalif partiyalar AXCP-nin siyasəti ilə razı deyillərsə, onun hakimiyyət iddiası arzu və xəyal olaraq qalacaq. Ukraynanın yeni Prezidenti Zelenskinin xarici siyasət kursuna gəlincə isə əmin olun ki, o, Azərbaycan və Prezident İlham Əliyevi ən yaxın tərəfdaşlarından biri kimi seçəcək.




 
Bölməyə aid digər xəbərlər
19.05.2019
Millət vəkili: Azərbaycan Avropa İttifaqı ilə bərabərhüquqlu tərəfdaşdır
18.05.2019
Əli Əhmədov: Azərbaycanın iqtisadiyyatı inkişaf etdikcə əməkhaqqı, pensiya və müavinətlər də artırılacaq
15.05.2019
Çavuşoğlu: Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün fəal çalışır
14.05.2019
Səfir: ermənilərin Avropa institutlarındakı fəaliyyəti yalana və qısamüddətli təxribat xarakterli təsirlərə əsaslanır
14.05.2019
Namiq Əliyev: “Aksiya keçirən “azərbaycanlılar” erməni lobbisinin təsir dairəsinə düşənlərdir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10782

1 “Ukraynanın ictimai-siyasi həyatında fəal iştirak edirik”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
4 Dünya rəssamları arasında yer alan azərbaycanlı
5 AzMİU-da İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info