“Ermənistan işğal etdiyi Azərbaycan ərazilərindən öz qoşunlarını çıxarmalıdır”
Tarix: 30.07.2013 | Saat: 23:14:00 | E-mail | Çapa göndər


“Almaniya BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair qəbul etdiyi qətnamələri dəstəkləyir. Odur ki, Ermənistan Azərbaycanın işğal altındakı ərazilərindən öz qoşunlarını çıxarmalıdır. İyirmi ildir ki, BMT bunu tələb edir”.
Bu fikirləri Almaniya Parlamentinn Xristian Demokrat İttifaqı / Xristian Sosialist İttifaqı (CDU/CSU) fraksiyasının üzvü, millət vəkili Kay Vegener Avropa Azərbaycan Cəmyyətinin (AAC) Dağlıq Qarabağ münaqişəsinə dair sorğusuna cavabında deyib. AAC-dan verilən məlumata görə, cənab Vegener qeyd edib ki, Avropa İttifaqı da bu mövqedən çıxış edir: “Ötən il, işğal altında olan Dağlıq Qarabağda qondarma “prezident seçkiləri” keçiriləndə, Avropa İttifaqının ali komissarı xanım Ketrin Eşton aydın şəkildə bəyan etdi ki, Avropa seçkinin nəticələrini tanımır. Məcburi köçkünlərin öz torpaqlarına repatriasiya hüququ BMT Təhlükəsizlik Şurasının qətnamələrində də öz əksini tapıb. Azərbaycan ərazilərinin işğalına son qoyulsa, məcburi köçkünlər geri qayıda biləcəklər. Dağlıq Qarabağ münaqişəsinin və işğal edilmiş torpaqlar məsələsinin həlli bütün Qafqaz regionunda təhlükəsizlik və sabitlik istiqamətində böyük addım olardı. Almaniya Azərbaycanın regiondakı rolunun artmasında çox maraqlıdır və Avropa İttifaqı, NATO kimi qurumlarda onu təşviq edir. Azərbaycan bizim tərəfdaşımız olan İsraillə də yaxşı münasibətlər qurur. Almaniya münaqişənin həllində öz səylərini davam etdirməyə hazırdır. Bu, Aİ və ATƏT-lə xarici siyasətə dair əməkdaşlıq kontekstinə də şamil ediləcək. Lakin ilk addımı münaqişə tərəfi olan ölkələrin özü atmalıdır. Onlar uğurlu danışıqlar aparmaq üçün əlverişli mühit yaratmalıdır. Ən ümdə məsələ isə, Ermənistanın əvvəl-axır Təhlükəsizlik Şurasının tələblərini yerinə yetirməsidir. Lakin Dağlıq Qarabağda Xocalı hava limanının açılması kimi birtərəfli tədbirlər münaqişəni kəskinləşdirməkdə davam edərsə, buna nail olmaq çətin olacaq”.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
“Türk ocağı” Azərbaycanda bərpa olundu
21.09.2019
Bakı dünyanın 60 ən təhlükəsiz şəhəri sırasındadır
21.09.2019
Ekoloji sənədlərin verilməsi prosesi daha da asanlaşdırılacaq
20.09.2019
“Selcanın bütün dedikləri doğrudur“-Fuad Qəhrəmanlının ikinci qızı
20.09.2019
İçi dərmanla dolu 4 anbar aşkarlanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10896

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info