“Həkimlər valideynlərin dili ilə“
Tarix: 25.04.2019 | Saat: 15:09:00 | E-mail | Çapa göndər


Beynəlxalq Mətbuat Mərkəzində Dr. Leyla Həsənova və onun rəhbəri olduğu “ABC Tədris İnkişaf Mərkəzi”in təşkilatçılığı, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosasiyasının dəstəyi ilə "Həkimlər valideynlərin dili ilə" adlı layihənin təqdimatı keçirilib.
Dövlət himninin səsləndirilməsindən sonra tədbirdə açılış nitqi ilə çıxış edən Dr. Leyla Həsənova layihə haqqında danışıb: “Həyatımızda baş verən hər bir hadisənin ya səbəbi, ya da mütləq bir səbəbkarı olur. Bizim bugünkü təqdimatın isə 3 səbəbkarı var- uşaqlarımız, valideynlərimiz və həkimlərimiz! Tədris mərkəzinin rəhbəri olaraq fəaliyyət göstərdiyim ilk gündən valideyn və uşaqlarla ünsiyyət qurmağa çalışır, ixtisasca həkim olduğumdan isə həmkarlarımla ünsiyyətdə olub söhbət etdikdə, hər üç tərəfin arzu və ehtiyaclarını, çatışmayan hissəsini gördüm. Bəs təqdimat üçün niyə məhz bu günü seçdik? Bu gün 23 aprel Beynəlxalq Uşaq şənliyi günü və Ümumdünya Kitab və Müəllif Hüququ Günüdür. Bu münasibətlə də balaca qonaqlarımıza hədiyyələrimiz olacaq. Onlar bizim gələcəyimizdirlər, gələcəyə gedən yolumuzun şəfəq saçan “işıqlarıdırlar”.
Daha sonra "Azərbaycanın Milli Geyim" mərkəzinin rəhbəri, sənətşunaslıq üzrə fəlsəfə doktoru, modelyer-dizayner, AQSİA-nın SMK-nın rəhbəri Gülnarə Xəlilova Leyla Həsənovanın layihəsinin önəmindən söz açaraq bu cür vacib layihələrə ehtiyac olduğunu dilə gətirib. O qeyd edib ki, uşaqlarımızın sağlam böyüməsi üçün sağlam düşüncəli, bilikli ananın olması çox vacibdir. Həmçinin qadın birliyinin valideynlərin daim bir-biri ilə ünsiyyətdə olmasının əhəmiyyətindən söz açan natiq "Qadınlar bir olduqca güclüdürlər!"- deyərək sözü Bakı Tekstil Fabrikinin təsisçisi, AQSİA-nın İdarə Heyətinin sədri Səkinə Babayevaya verib. Səkinə Babayeva öncə AQSİA-nın yaranma tarixindən danışaraq fəaliyyətə başladığı gündən etibarən bir sıra fəal qadınları öz ətrafına toplayıb, onlara dəstək olduğunu söylədi. O qeyd edib ki, uşaqlar cəmiyyətimizin aynası, xalqımızın gələcəyidirlər. Natiq bunun üçün belə uğurlu və sosial cəhətdən əhəmiyyətli layihələrə hər zaman dəstək olacaqlarını bildirdi. Daha sonra Dr. Leyla Həsənova layihə barədə daha ətraflı söz açaraq bundan sonra görüləcək işlər barədə danışıb: “ Layihənin əsas məqsədlərindən biri sağlam gələcək naminə valideynlərin suallarına cavab tapması, tibbə bəlli olan xəstəliklər, onların səbəbləri və fəsadları barəsində geniş məlumat almasıdır. Valideynlərimizi bəzi yanlış fikirlərdən yayındırmaq onları tibbi cəhətdən maarifləndirmək də əsas qayəmizdir. Layihə ilə bağlı tədbirlərimiz davamlı olacaq, ayda iki dəfə görüşlər keçirəcəyik ki, hər görüşdə də ayrı-ayrı həkimlərlə müəyyən edilmiş mövzu ətrafında sual-cavablar olacaq. Görüşlər “ABC Tədris və İnkişaf Mərkəzi”ndə və bölgələrdə keçiriləcək. Layihənin startında ilk olaraq həkimlər - Pediatr Aytən İsmayılzadə, nevroloq Əntiqə Məmmədova, USM həkimi Xuraman Aslanova, dermatoloq Tavat Cavadzadə, endokrenoloq Fərqanə Məmmədli, psixoloq Lamiyə Vəkilova qonağımız, əməkdaşlıq etdiyimiz mütəxəssislər olacaqlar.”
Tədbir əsnasında bir sıra həkimlər də öz sahələrində olan problemləri və gələcək tədbirlərdə hansı mövzulara toxunacaqları barədə məlumatlar veriblər.




 
Bölməyə aid digər xəbərlər
19.08.2019
Masallı rayonunda gənc könüllülərə sertifikatlar təqdim edilib
19.08.2019
Daxili İşlər naziri Daxili Qoşunların paytaxtda yerləşən “N” saylı hərbi hissəsində olub
19.08.2019
Baş Prokurorluq, DİN və Vergilər Nazirliyi “Relaks” istirahət mərkəzi ilə bağlı birgə məlumat yaydı
19.08.2019
Rusiyada yaşayan məşhur vəkil Ələkbər Qarayev Kanal 5-in qonağı olub.
19.08.2019
Ölkəmizdə vahid məktəbli forması 2020-2021-ci tədris ilindən tətbiq ediləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10861

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
5 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info