“Azərbaycan yeganə dövlətdir ki, həmişə yəhudilərə qucaq açıb”
Tarix: 25.04.2019 | Saat: 15:56:00 | E-mail | Çapa göndər


Aleksandr Şapiro-Suliman: “Azərbaycandan köçüb müxtəlif ölkələrdə yaşayan yəhudilər bu ölkəyə çox bağlıdırlar”

Xəbər verildiyi kimi, Rusiya paytaxtında 8-ci Moskva Beynəlxalq Təhlükəsizlik Konfransı işə başlayıb. Rusiya Federasiyasının Müdafiə Nazirliyi tərəfindən keçirilən tədbirdə 111 ölkədən və müxtəlif beynəlxalq təşkilatlardan mindən çox nümayəndə iştirak edir. Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyətinin də iştirak etdiyi tədbir çərçivəsində keçirilən plenar iclaslarda qlobal və regional təhlükəsizlik məsələləri, sülhməramlı fəaliyyətlər, hərbi əməkdaşlığın genişləndirilməsi, eləcə də müasir dünyada mövcud olan hərbi təhlükələr və təhdidlər müzakirə olunur. Konfransda "Herut" Ümumdünya Sionist Hərəkatının rəhbəri, sülh səfiri Aleksandr Şapiro-Suliman da iştirak edib. Aleksandr Şapiro-Suliman konfransın regional təhlükəsizlik məsələlərinin həllində rolu və Azərbaycan-İsrail münasibətləri ilə bağlı “Palitra”ya müsahibə verib.

- Azərbaycanın xaricdə təbliğatını necə aparırsız?

- Biz Azərbaycanın xaricdə təbliğatını təkcə dünən və bu gün aparmırıq. Biz illərlədir, ağlımız kəsəndən Azərbaycanın təbliğatı ilə məşğuluq. Azərbaycanı həmişə gözümüzün üstündə tuturuq. Mənim Azərbaycanla ümumi bağlılığım var. Azərbaycan, demək olar ki, mənim ikinci ana vətənimdir. Mən Azərbaycan xalqının adət-ənənəsini çox sevirəm. Azərbaycanda mənim çoxlu qohumlarım və dostlarım var.

- Son günlər bir neçə beynəlxalq tədbirlərdə iştirak edibsiz. Bu haqda məlumat verməyinizi istərdik...

- Hesab edirəm ki, İsrail ilə Azərbaycan arasında strateji tərəfdaşlıq Cənubi Qafqazda təhlükəsizliyin təmin edilməsində mühüm rol oynayır. Xüsusən, iki ölkə arasında hərbi-texniki əməkdaşlığın inkişafı Azərbaycanın təhlükəsizliyini yaxşılaşdırmaq üçün və belə bir mürəkkəb regionda hərbi-siyasi balansın təmin edilməsi üçün şərait yaradır. Bundan əlavə, bildiyiniz kimi, bu gün Yaxın Şərqdəki vəziyyət çox çətindir. Suriyada hələ də terror qruplarının canlanma təhlükəsi var və Moskvada keçirilən konfrans bu məsələlərə daha çox həsr olunur, ümumiyyətlə, Yaxın Şərqdəki vəziyyətin həll yollarını axtarır.

- Bu tədbirlərdə, Azərbaycan həqiqətlərini, həmçinin Qarabağ məsələsini gündəmə gətirə bilirsizmi?

- Dağlıq Qarabağ münaqişəsi zonasında yaranmış vəziyyətə gəlincə, İsrail həmişə, hətta ən çətin illərdə Azərbaycanın yanında olub. Və irəlidə də İsrail Bakının regionda sülhün və sabitliyin bərqərar edilməsi, beynəlxalq diplomatiya vasitəsi ilə ərazi bütövlüyünə nail olması istiqamətində səylərini dəstəkləməkdə davam etdirəcək.

- Azərbaycandan gedən yəhudilər bu gün buraya nə dərəcədə bağlıdırlar?

- Yəhudilərin dünyada Azərbaycanın geopolitik siyasətinin aparılmasında xüsusi iştirak payı var. Azərbaycandan köçüb müxtəlif ölkələrdə yaşayan yəhudilər Azərbaycana çox bağlıdırlar. Azərbaycan yeganə dövlətdir ki, həmişə yəhudilərə qucaq açıb, onları özünə dost və qardaş qəbul edib.
Onu da deyim ki, Qarabağ savaşında yəhudilər də iştirak ediblər. Onlardan Albert Aqarunov Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. O, bizim fəxrimizdir.


Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
27.01.2020
Taleh Mahmudov: “Yeni seçiləcək deputatlar islahatlara uyğun olaraq ölkənin inkişafına təkan verəcəklər”
25.01.2020
Ehsan Zahidov: “Salyanda polisin qıza təcavüz etməsi barədə məlumat tamamilə əsassız və uydurmadır“
25.01.2020
“Nəticələr məni qane etmir, edə də bilməz”
23.01.2020
Multikulturalizmin tarixən Azərbaycan üçün həyat tərzi olduğunu söyləyən Prezident İlham Əliyev tamamilə haqlıdır
22.01.2020
“Bədən kütlə indeksi 18,5-dən aşağı olarsa, bu insanlar çox arıq hesab edilir”

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11440

1 Çalışacağıq ki, futbol pərəstişkarları məmnun qalsınlar
2 Turizm şirkətlərinə mülki məsuliyyət sığortası tətbiq ediləcək
3 Ermənistanda sosial narazılıq artır: fermerlərin kütləvi mitinqi bütün ölkəyə yayılır
4 ABŞ “doğum turizmi”nə qarşı mübarizə aparmaq qərarına gəlib
5 Ehsan Zahidov: “Salyanda polisin qıza təcavüz etməsi barədə məlumat tamamilə əsassız və uydurmadır“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info