Gürsel Baran: “Azərbaycanda özümüzü evimizdəki kimi hiss etdik”
Tarix: 25.04.2019 | Saat: 15:58:00 | E-mail | Çapa göndər


Bu gün dünyada etibarlı tərəfdaş kimi tanınan ölkəmizin çoxşaxəli xarici siyasəti mövcuddur. İkitərəfli formatda əldə edilmiş razılaşmalar icra edilir, Azərbaycanın xarici ölkələrlə əlaqələri getdikcə möhkəmlənir və qonşu ölkələrlə əlaqələrimiz daha da inkişaf edir. Əldə edilmiş razılaşmalar həm ikitərəfli əlaqələrimizi möhkəmləndirir, eyni zamanda, regionda sabitliyin, təhlükəsizliyin, əməkdaşlığın inkişafına xidmət göstərir. Son illər iqtisadi sahədə həyata keçirilən tədbirlər qarşılıqlı investisiyalara da imkan yaradır. Xüsusilə də qonşu Türkiyə ilə iqtisadi sahədə əlaqələr getdikcə güclənir.
Bunun bariz nümunəsi kimi bu günlərdə ölkəmizə gələn Ankara Ticarət Palatasının sədri Gürsel Baranın rəhbərlik etdiyi nümayəndə heyətinin səfəri başa çatıb.
Bu səfəri geniş işıqlandıran Türkiyə mediasında yazılar dərc edilib.
“Milliyet.com” saytında dərc edilən “Ankara-Bakı əməkdaşlığına birbaşa aviareyslərin təsiri” başlıqlı yazıda bu səfərin nəticələri ilə bağlı fikirlər öz əksini tapıb. Ankara Ticarət Palatasının məlumatına görə, Gürsel Baran və nümayəndə heyəti Türk Hava Yollarının başladığı ilk birbaşa Ankara-Bakı aviareysi ilə Azərbaycana səfər reallaşıb.
Səfər çərçivəsində iki paytaxt arasındakı iqtisadi əlaqələri daha da möhkəmlətmək istiqamətində işlər həyata keçirilib. Bu məqsədlə ilk olaraq Azərbaycan İqtisadi inkişaf nazirinin müavinin Nizami Səfərovla görüş keçirilib. Burada Ankaranın səhiyyə, sərgi və konqres turizmindəki rolu ilə bağlı məlumat verən Gürsel Baran paytaxtın iqtisadi və sosial inkişafı üçün Esenboğa Hava limanında reallaşan birbaşa xarici aviareyslərin sayının artması üçün tədbirlər həyata keçirildiyini bildirib.
Türkiyənin Bakıdakı səfiri Erkan Özoralla yanaşı, Türkiyə və Azərbaycan İş Adamları Birliyinin rəhbəri Cemal Yanğın ilə də görüş keçirilib. Burada ticarətin və investisiyaların qarşılıqlı artırılması ilə bağlı müzakirələr aparılıb. Sonra nümayəndə heyəti Azərbaycan Sahibkarlar Konfederasiyasını rəhbəri Məmməd Musayevlə görüşüblər.
Ankara Ticarət Palatasının sədri Gürsel Baran bildirib ki, iki ölkənin ticarət əlaqələrinin inkişaf etdirməyə yönəlmiş tədbirlər həyata keçirilir: “İki dövlətin bir millətini birbaşa aviareyslə daha da yaxınlaşdırdıq. Bu, ticarət əlaqələrimizi inkişaf etdirəcək. Azərbaycanda özümüzü evimizdə hiss etdik”. Keçirilən görüşlər çərçivəsində iki paytaxt arasındakı ticarət əlaqələrini daha da artırmağa yönələn təklifləri dinlədiklərinin deyən G.Baran bildirib ki, Azərbaycan təbii sərvətləri ilə zəngin bir ölkədir: “İqtisadiyyatlarını ticarət və sənayedə daha da güçləndirmək istəyirlər. Ticarət əlaqələrini inkişaf etdirmək və artırmaq üçün sektorda işlər həyata keçiriləcək. Birbaşa aviareyslər Ankara və Bakıdakı iş adamlarının əlaqə qurmasına müsbət təsir göstərəcək”.
İki ölkənin əməkdaşlığı sayəsində həyata keçirilən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin əhəmiyyətinə diqqət çəkən G.Baran bildirib ki, Çindən Avropaya gedən dəmir yollarının hamısı Rusiyadan keçərkən, indi 7 min kilometr qısaldırıq, bu hər iki ölkə üçün də böyük qazancdır. İki ölkənin də birgə əməkdaşlıq sayəsində gəlir əldə edəcəyi bir çox sahələr mövcuddur”.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
21.07.2019
Yanes Kosyançiç: Azərbaycanın beynəlxalq yarışların keçirilməsində böyük təcrübəsi var
21.07.2019
Azərbaycan XV Avropa Gənclər Yay Olimpiya Festivalının keçirilməsinə tam hazırdır
21.07.2019
Milli mətbuat Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünyaya çatdırılmasında, düşmənə qarşı informasiya müharibəsində mühüm rol oynayır
20.07.2019
“Paşinyan hakimiyyətinin zəiflədilməsi prosesinin sürətlənməsi ehtimalı qaçınılmazdır”
20.07.2019
Mediamız Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında xüsusi rol oynayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info