Yeni universiteti seçən abituriyentlərə əlavə imtiyazlar
Tarix: 31.07.2013 | Saat: 18:05:00 | E-mail | Çapa göndər


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi abituriyentləri İnformasiya Texnologiyaları Universitetinə dəvət edir. Nazirlikdən verilən məlumata görə, İnformasiya Texnologiyaları Universiteti Azərbaycan Prezidentinin 1 fevral 2013-cü il tarixli sərəncamı ilə yaradılıb və 2013/2014-cü tədris ilində bakalavr səviyyəsində dövlət sifarişi əsasında «İnformasiya təhlükəsizliyi», «Kompüter elmləri», «Kompüter mühəndisliyi» və «İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi» ixtisasları üzrə mütəxəssis hazırlığı həyata keçirəcək.
Birinci il intensiv şəkildə ingilis dili tədris ediləcək, sonrakı 4 ildə isə seçilmiş ixtisaslar üzrə ingilis dilində təhsil aparılacaq. 2013/2014-cü tədris ilində abituriyentlərin qeydiyyatı və ingilis dilinin tədrisi Azərbaycan Diplomatik Akademiyasında aparılacaq.
Qeyd edək ki, 600-dən yuxarı bal toplamış hər bir abituriyent Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən 1 noutbuk, Nazirliyinin birlik və müəssisələrində təcrübə keçmək imkanı, universitetin məzunlarının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin birlik və müəssisələrində, özəl şirkətlərdə işlə təmin olunması, universitetin məzunlarına xaricdə magistr pilləsində təhsil almaq üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən dəstək verilməsi və müxtəlif həvəsləndirici mükafatlar (əlavə təqaüdlər, yay məktəblərində iştirak və s.) imkanı əldə edəcək.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
“Türk ocağı” Azərbaycanda bərpa olundu
21.09.2019
Bakı dünyanın 60 ən təhlükəsiz şəhəri sırasındadır
21.09.2019
Ekoloji sənədlərin verilməsi prosesi daha da asanlaşdırılacaq
20.09.2019
“Selcanın bütün dedikləri doğrudur“-Fuad Qəhrəmanlının ikinci qızı
20.09.2019
İçi dərmanla dolu 4 anbar aşkarlanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10895

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


22.09 17:45
© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info