Bizə əzab verən hisslərdən necə qurtula bilərik?
Tarix: 26.04.2019 | Saat: 14:32:00 | E-mail | Çapa göndər


Fədakarlığa, valideynlərə məsuliyyəti aşılamaq və hər xırda çətinlikdə özünü günahlandırmamaq çox vacibdir. Xilas etməyin, hər şeyi öz üstünüzə götürməyin, qurbana çevrilməyin. Özünü münasibətdə xilaskar hiss edənlər hər zaman qurbana çevrildikləri üçün buna əsəbləşib etiraz etmək istəyirlər. Bu halda xilaskar üçün onun məsuliyyəti önəm daşımır.
Lakin unutmayın ki, əgər insan hər hansı bir münasibətdə xilaskar rolun oynayırsa, mütləq digər münasibətdə qurban rolundadır. Eyni zamanda hardasa aqressor da ola bilər.
İnsanın psixikası 3 personaja bölünür: qurban, xilaskar və cani. Bu rollar fasiləli şəkildə yaranır, xilaskar yuxuya getdikdə, qurban oyanır, o da yuxuya getdikdə aqressor fəaliyyətə keçir.

Rollar necə dəyişir?

Xilaskar öz gücünü hər kəsə istifadə edərək qurbana çevrilir və özünə gücü çatmır. Qurbana dönüşdükdən sonra üzərinə məsuliyyət götürmür və gücü başqalarında axtarır.
İnsanın özünə resursları yetməyəndə çətinliklərə dözə bilmir və ehtiyyacı olanlara yardım göstərə bilmir. Bu çatışmazlıq qurbanı aqressora döndərir və onu hər şey qıcıqlandırmağa başlayır.
Bu 3 hissəni bütöv bir parçaya yerləşdirərək, zəifliyinizin və gərginliyinizin məsuliyyətini üzərinizə alaraq üçbucaqdan çıxış yolu tapa bilərsiniz.
Hal-hazırda o qədər çətindir ki, mənə çıxış yolu tapa bilmirəm, qorxuram ki, bacara bilmərəm.
Elə istəyirəm ki, kimsə
-Məsuliyyətimi öz üstünə götürsün
-Çıxış yolu göstərsin
-Mənə təcrübəsin ötürsün
-Resursları ilə bölüşsün

Səhv etməkdən, onların nəticələrindən, hisslərimdən və məsuliyyət daşımaqdan çox qorxuram. Burada mən balacayam, ona görə də yaşca böyük insanın təcrübəsinə ehtiyacım var.
Sonra qəzəb hissi yaranır, insan əsəbləşir ki, niyə başqalarında asanlıqla olur hər şey , məndə isə yox. Bu səbəbdən qorxu yaranır və getdikcə həmin qorxu adamı qıcıqlandırır. Bu mənim əsəbimdir! Yaranma səbəbi isə daxili məhdudiyyətlərim və tələbatlarımdır.
Qəzəbimə, beynimdəki konfliktə, məhdudiyyətimə görə məsuliyyətimə yiyələnirəm. Başqalarını yardım göstərə bilmədiklərinə görə günahlandırmıram, əsəbimi onlara tökmürəm, onları izləmirəm. Məhdudiyyətlərimə görə özümə əsəbləşirəm. Beləliklə, içimdəki caninin də məsuliyyətin yiyələnmiş oluram.
Daha sonra xilaskar gücü yaranır, yaxşılıq və yardım göstərmə istəyi gəlir. Əgər qurban və cani məsuliyyəti təsdiq olunmursa, əmin olun ki, xilaskar öz dəyərini göstərmək üçün məsuliyyətini mütləq təsdiqlədəcək.
Məsuliyyət təsdiqləndiyi anda..
1.Sən öz zəif nöqtəni tapacaqsan və özünü xilas etməyə çalışacaqsan
2.Resurslarını əlindən almaq istəyənlərə əsəbləşib, qurbana çevrilməkdən qurtulacaqsan
Xilaskar gücü sənin şəxsi gücündür. Qurbana və caniyə dönməmək sənin əlindədir. Beləliklə, sən üçbucaqdan çıxış yolu tapmış olacaq və bütövlük qazanacaqsan.
Yəni ki, Sizə əzab verən hisslərlə başa çıxa bilmək üçün yaşadığınız hər bir hissin məsuliyyətini özünüz daşıyın.


Təranə Məmmədova
“Loqos” Psixologiya və Nitq İnkişaf Mərkəzinin direktoru, psixologiya üzrə fəlsəfə doktoru, klinik psixoloq




 
Bölməyə aid digər xəbərlər
19.05.2019
Millət vəkili: Azərbaycan Avropa İttifaqı ilə bərabərhüquqlu tərəfdaşdır
18.05.2019
Əli Əhmədov: Azərbaycanın iqtisadiyyatı inkişaf etdikcə əməkhaqqı, pensiya və müavinətlər də artırılacaq
15.05.2019
Çavuşoğlu: Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün fəal çalışır
14.05.2019
Səfir: ermənilərin Avropa institutlarındakı fəaliyyəti yalana və qısamüddətli təxribat xarakterli təsirlərə əsaslanır
14.05.2019
Namiq Əliyev: “Aksiya keçirən “azərbaycanlılar” erməni lobbisinin təsir dairəsinə düşənlərdir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10782

1 “Ukraynanın ictimai-siyasi həyatında fəal iştirak edirik”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
4 Dünya rəssamları arasında yer alan azərbaycanlı
5 AzMİU-da İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info