Ermənistanda ticarət işçiləri tətil edirlər
Tarix: 29.04.2019 | Saat: 12:17:00 | E-mail | Çapa göndər


Ermənistanda siyasi çəkişmələrin miqyası artır. Məmurlar arasında baş verən narazılıqlar vəziyyəti daha da gərginləşdirir. Nikol Paşinyanla Ermənistan parlamentinin deputatı Qaqik Sarukyan arasında davam ziddiyyətdən deputata məxsus ticarət mərkəzlərində çalışan sahibkarlar zərər görür. Buna etiraz edən ticarət işçiləri tətil elan ediblər. Erməni KİV-ləri xəbər verir ki, bir aya yaxındır Yerevanda ən böyük ticarət mərkəzi olan “Arınc-Mol”da aparılan süni vergi yoxlamaları sahibkarların əsəblərini tarıma çəkib. Onlar normal şəraitdə işləmək istədiklərini deyirlər. Bildirilir ki, vergi müfəttişləri səhər 8-dən axşama kimi mağazalarda axtarış aparırlar. Bu isə istər satıcıları, istərsə də alıcıları narahat edir. “Bu ölkə başsız qalıb. Kimin kimdən xoşu gəlmir bir-birindən qisas almağa başlayır. Nə axtarırlar, nə yoxlayırlar heç nə analamaq olmur. Sadəcə işimizə süni maneələr yaradırlar. Bazara gələn müştərilərə deyirlər nə üçün gedib başqa yerlərdən alış-veriş etmirsən. Axı Paşinyan xalqa söz vermişdi ki, baş nazir seçilən kimi, ilk növbədə, işsizlərin problemləri ilə yaxından maraqlanacaq. Amma əvəzində işsiz ordusu yaradır. Bir ildə nə qədər mağazalar fəaliyyətini dayandırıb. Bu gün bu ticarət mərkəzində 520 mağazadan demək olar yarısı işləmir. Görün nə qədər ailənin ac qalmaq təhlükəsi var. “Başqa heç yerdə iş tapmaq mümkün deyil”, - dəyə etirazçılar narazılıq edirlər. Qeyd edək ki, oxşar hadisə “Arınc-Mol” ticarət mərkəzinin Abovyan şəhərindəki filialında da davam edir. Bu ticarət mərkəzində təqribən 300 nəfər çalışır. Son 1 aydır burada da yoxlamalar davam edir. Etirazçılardan Armen Nersisyanın sözlərinə görə, müfəttişlər özlərini ticarət obyektinin sahibi kimi aparırlar. Onlara lazımsız göstərişlər verirlər. Ticarətçilər özlərinə qarşı kobud münasibətdən də narazıdırlar. Sahibkarlar sadəcə Nikol Paşinyanla Qaqik Sarukyan arasındakı çəkişmələrin qurbanıdırlar. Bu şəxslərin arasında baş verən qarşıdurma onlara maraqlı deyil. Oliqarx deputata məxsus ticarət mərkəzində çalışanları öz taleləri narahat edir.




 
Bölməyə aid digər xəbərlər
21.05.2019
Ötən il Türkiyədə 1 milyon 300 minə yaxın uşaq doğulub
20.05.2019
“Paşinyan Ermənistanı total diktaturaya doğru aparır”
20.05.2019
Türkiyədə genişmiqyaslı antiterror əməliyyatı keçirilib
20.05.2019
Yerevanda Paşinyanın tərəfdarları məhkəmə binalarını blokadaya alıb
20.05.2019
Marneulidə keçirilən seçkilərdə azərbaycanlı namizəd qalib gəlib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 “Ukraynanın ictimai-siyasi həyatında fəal iştirak edirik”
3 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
4 Üç müharibə iştirakçısı olan general-mayor
5 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info