Kürdəmirdə 563 məcburi köçkün ailəsi üçün yeni yaşayış kompleksi inşa olunur
Tarix: 29.04.2019 | Saat: 12:19:00 | E-mail | Çapa göndər


Məcburi köçkünlərə qayğı, onların mənzil-məişət şəraitinin, maddi rifahının yaxşılaşdırılması bu gün dövlət siyasətinin təməl prinsiplərindəndir. Təsadüfi deyil ki, bu istiqamətdə Bakıda, eləcə də digər şəhər və rayonlarımızda ardıcıl tədbirlər görülür. Hazırda Kürdəmir rayonunda inşasına başlanan yeni yaşayış kompleksi də bu qayğının parlaq nəticəsidir. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Kürdəmir rayonunda məskunlaşan məcburi köçkün ailələri üçün “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na edilən “Əlavələr”in icrası ilə əlaqədar Xırdapay kəndinin ərazisində 563 məcburi köçkün ailəsi üçün 17 ədəd dördmərtəbəli yaşayış binasının inşasına başlanılıb. Burada, habelə 452 şagird yerlik məktəb binası, 140 yerlik uşaq bağçası, icma-klub, inzibati bina, həkim məntəqəsi və ATS binası da tikiləcək. Yeni yaşayış kompleksinin inşasının bu ilin sonuna kimi başa çatdırılması nəzərdə tutulub.




 
Bölməyə aid digər xəbərlər
22.05.2019
DSMF-də müşavirə keçirilib
22.05.2019
Yükdaşıma və Logistika şirkətində vakansiya
22.05.2019
“Sumgait Technologies Park” işçi axtarır
21.05.2019
Güzəştli şərtlərlə pensiya hüququ olanlar üçün yeni Qəbul Mərkəzi istifadəyə verilib
20.05.2019
Sosial proqramların uğuru və ildən-ilə genişlənməsi bəzi dairələrdə dərin narahatlıq hissi yaradıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 Üç müharibə iştirakçısı olan general-mayor
4 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
5 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info