“Bizim üstünlüyümüz ondan ibarətdir ki, siyasi və iqtisadi islahatları paralel şəkildə aparırıq”
Tarix: 29.04.2019 | Saat: 17:28:00 | E-mail | Çapa göndər


Mən tam əminəm ki, hər bir ölkənin inkişafı üçün demokratiya xüsusi rol oynayır. Ölkə iqtisadi cəhətdən, o cümlədən təbii resurslarla zəngin ola bilər, lakin cəmiyyətdə gözəl ab-hava, azadlıqlar yoxdursa, bu inkişaf yarımçıq ola bilər və ya dayanıqlı olmaya bilər. Bizim üstünlüyümüz ondan ibarətdir ki, siyasi və iqtisadi islahatları paralel şəkildə aparırıq. Bu da hesab edirəm ki, çox düzgün və düşünülmüş siyasətdir. Əgər demokratiya baxımından inkişaf etmiş ölkələrə nəzər salsaq görərik ki, onların mütləq əksəriyyəti iqtisadi cəhətdən də inkişaf etmiş ölkələrdir. Yəni maddi rifah, iqtisadi inkişaf, sosial inkişaf demokratik inkişaf üçün əsas şərtdir.
AZƏRTAC xəbər verir ki, “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin yenicə çapdan çıxmış 81-ci kitabında yer alan bu fikirləri dövlətimizin başçısı Milli Mətbuat Günü münasibətilə jurnalistlər üçün tikilmiş növbəti binada mənzillərin paylanması mərasimində söylədiyi nitqində səsləndirib. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin bu kitabındakı materiallar 2017-ci ilin iyun-avqust aylarını əhatə edir. Kitabda dövlətimizin başçısının Polşa və Latviyaya rəsmi, Türkiyə və Rusiyaya işgüzar səfərləri zamanı, həmçinin Türkmənistan Prezidentinin Azərbaycana səfəri zamanı bu ölkələrin rəhbərləri ilə danışıqlarına, imzalanan sənədlərə, təhsil, mədəniyyət sahəsində anlaşma və hərtərəfli əməkdaşlıq məsələlərinin müzakirəsinə dair materiallar toplanıb. Azərbaycan Prezidenti bütün görüş və danışıqlarda diqqəti Ermənistanın işğalçılıq siyasətinə yönəldib, dünya ictimaiyyətini Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllinə dəstək verməyə çağırıb.
Oxucu çoxcildliyin 81-ci kitabında Prezident İlham Əliyevin Avstriya, ABŞ, Türkmənistan, Özbəkistan və digər dövlətlərin ölkəmizə səfər etmiş yüksəkvəzifəli şəxslərini qəbul etməsinə dair materiallarla da tanış ola bilər. Kitabda dövlətimizin başçısının Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında, həmçinin Qaxda barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində nitqlərinin mətnləri, Balakən, Zaqatala, Göygöl, Samux, Gədəbəy və Şəmkir rayonlarına səfərləri zamanı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşlərinə, bölgələrdə və paytaxtda iqtisadi, nəqliyyat, sosial infrastruktur layihələrinin açılışında iştirakına və çıxışlarına dair materiallar daxil edilib. Nəşrdə Prezident İlham Əliyevin 2017-ci ilin iyun-avqust aylarında müxtəlif ölkələrin dövlət başçılarına məktublarının mətnləri də yer alıb. Kitabda “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri verilib. “Azərnəşr” tərəfindən buraxılan 81-ci kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.




 
Bölməyə aid digər xəbərlər
11.08.2020
Azərbaycan domen adlarının milli inzibatçısı müəyyənləşdi
11.08.2020
Serbiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir
11.08.2020
Azərbaycan və Türkiyə XİN başçıları arasında geniş tərkibli görüş keçirilib
11.08.2020
Qardaş Azərbaycanın yanındayıq, yanında olmağa da davam edəcəyik
11.08.2020
Serbiya Baş Nazirinin müavini, Milli Təhlükəsizlik Şurasının katibi Azərbaycana gəlib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11585

1 Dr. Səttar Yaqubov: Koronovirusla mübarizə aparan Mərkəzi Gömrük Hospitalının tibb personalının sağlamlığının qorunması bizim əsas vəzifə borcumuzdur
2 Gürcüstanın turizm gəlirləri 80 faiz azalacaq
3 Leyla Abdullayeva: Ermənistan bəzi Yaxın Şərq ölkələrindəki erməni əsilli əhalinin Azərbaycanın beynəlxalq tanınmış Dağlıq Qarabağ və ətraf bölgələrində qanunsuz məskunlaşdırılması cəhdlərinə əl atır
4 Turizm Agentliyi sahibkarlara müraciət edib
5 Azərbaycan mətbəxi: Naxçıvan bozpörtü -VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info