ABŞ-da sabiq senator, Azərbaycanın dostu Riçard Luqar vəfat edib
Tarix: 29.04.2019 | Saat: 18:14:00 | E-mail | Çapa göndər


Aprelin 28-də ABŞ-ın İndiana ştatından Senatın sabiq üzvü olmuş Riçard Luqar 87 yaşında vəfat edib. O, Birləşmiş Ştatların xarici siyasətini mükəmməl səviyyədə bilən siyasətçi kimi tanınırdı. Luqar postsovet ölkələrinə öz nüvə arsenalının ləğv olunması və təhlükəsizliyinin təmin edilməsi sahəsində yardım edilməsi üzrə səylər göstərən nadir Amerika siyasi xadimlərindən biri idi.
AZƏRTAC xəbər verir ki, Riçard Luqar Mərkəzinin aprelin 29-da yaydığı bəyanatda sabiq senatorun bazar günü səhər Virciniya ştatındakı Inova Fairfax Ürək-damar İnstitutunda vəfat etdiyi bildirilir. Uzun illər ərzində ABŞ Senatının xarici işlər Komitəsində fəaliyyət göstərən Luqar iki dəfə bu komitənin sədri seçilib. O, bu müddətdə prezidentlər Corc Buş (ata), Bill Klinton və Barak Obama administrasiyaları üçün tərksilah paktlarının bağlanmasına öz töhfəsini verib. 2005-ci ildə Senatın xarici işlər Komitəsində respublikaçıların əsas nümayəndəsi olan R.Luqar senator Barak Obama ilə bilikdə Rusiya, Ukrayna və Azərbaycana səfərlər edib. Azərbaycanın dostu olan mərhum senator Vaşinqtonun Bakı ilə əlaqələrinin möhkəmlənməsinə çalışırdı.
Bakıya səfərindən sonra Luqar dəfələrlə Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə keçirdiyi görüşlərdən məmnunluğunu ifadə edib, Azərbaycanın regionda artan nüfuzunu və ölkəmizin enerji ehtiyatlarını dünya bazarlarına çıxarmasının əhəmiyyətini qeyd edib.




 
Bölməyə aid digər xəbərlər
20.08.2019
Saakaşvili: “Qarabağ Azərbaycandır, bütün dünya bu fikirdədir”
20.08.2019
Xalq “5-ci kolon”a şans verməyəcək
20.08.2019
Ordumuzda olan, 3000 metr məsafədə helikopteri məhv edən “İqla S“ raket kompleksi
19.08.2019
“Ulduzu barışmayan” AXCP-ReAl
19.08.2019
Gürcüstanla Dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə dövlət komissiyalarının ekspertlərinin işçi görüşü olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10867

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info