Bu ilin ötən dövründə sosial xidmət müəssisələrindən 7 uşaq yenidən doğma ailələrinə qayıdıb
Tarix: 30.04.2019 | Saat: 12:03:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sağlamlıq imkanları məhdud uşaqlar üçün 1 və 2 saylı sosial xidmət müəssisələrində hazırda 345 uşaq daimi dövlət təminatında yaşayır. Heydər Əliyev Fondunun müvafiq proqramı çərçivəsində hər iki sosial xidmət müəssisəsində müasir tələblərə uyğun yaşayış və reabilitasiya şəraiti yaradılıb. Uşaqların funksional çatışmazlıqlarının, davranış problemlərinin aradan qaldırılması üçün uyğun reabilitasiya işləri aparılır, bacarıq və qabiliyyətlərinin inkişaf etdirilməsi üçün müxtəlif dərnəklər fəaliyyət göstərir. Uşaqların doğma ailə mühitinə dönüşünə xidmət edən de-institusionalizasiya tədbirləri də davam etdirilir. Uşaqları ilə görüşə gələn valideynlərlə bu məqsədlə fərdi qaydada maarifləndirici söhbətlər aparılır. Digər tərəfdən, valideynlər aparılan reabilitasiya işlərinin uşaqlarının davranışında müəyyən müsbət dəyişikliklərə səbəb olduğunu gördükdə, yenidən onları özləri ilə ailələrinə qaytarırlar.
Nəticədə bu ilin ötən dövründə həmin sosial xidmət müəssisələrindən 7 uşaq yenidən doğma ailələrinə qayıdıb.




 
Bölməyə aid digər xəbərlər
19.08.2019
Azərbaycanda əhaliyə bu xidmət pulsuz göstəriləcək – Qaydalar təsdiqləndi
18.08.2019
Xaçmaz və Xızıya yeni polis rəisləri təyin olunub
17.08.2019
Polisdən dilənçilərlə bağlı xəbərdarlıq
17.08.2019
Bakı Tikiş Evi: Bu il də məktəbli formalarının qiymətlərində heç bir dəyişiklik edilməyib
16.08.2019
DOST mərkəzinə 25 000-ci vətəndaş müraciəti qeydə alınıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10861

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info