Bakı və bölgələrdə “Gənclərin Məşğulluğu Proqramı”na dair təqdimatlar keçirilib
Tarix: 30.04.2019 | Saat: 12:08:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti və Azərbaycan Respublikası Gənclər Fondunun “Gənclərin Məşğulluğu Proqramı”na dair Bakıda və bölgələrdə gənclər üçün təqdimatlar keçirilib. Dövlət Məşğulluq Xidmətinin və Gənclər Fondunun əməkdaşları tərəfindən Proqramın gənclər üçün açdığı imkanlar və proqramda iştirak şərtləri barədə məlumat verilib.
Bildirilib ki, yaşı 18-29 olan, orta-ixtisas təhsil müəssisələri və ya ali təhsil müəssisələrini bitirən və hazırda heç bir yerdə çalışmayan şəxslər “Gənclərin Məşğulluğu Proqramı”nda iştirak etmək üçün elektron formada qeydiyyatdan keçə bilərlər. Müraciəti müsbət cavablandırılan gənclər işə cəlb olunacaq və onların əmək haqlarının 50 faizə qədəri 12 ay müddətinədək Gənclər Fondu tərəfindən subsidiya formasında ödəniləcək. Maliyyələşmə üzrə qərar qəbul edilərkən iş təcrübəsi olmayan, sosial cəhətdən həssas kateqoriyadan olan və region gənclərinə üstünlük veriləcək.
Gənclər, həmçinin, Fond və Xidmət tərəfindən təşkil ediləcək karyera planlaması və peşə təlimlərində iştirak etmək imkanı da əldə edəcəklər.
İştirak etmək istəyən gənclər Fondun internet səhifəsində (www.youthfoundation.az) qeydiyyatdan keçərək onlayn qaydada müvafiq vakansiyaya müraciət edə bilərlər.
“Gənclərin Məşğulluğu Proqramı”nın təqdimatı prosesi bundan sonra da davam etdiriləcək.

Tural




 
Bölməyə aid digər xəbərlər
19.08.2019
Azərbaycanda əhaliyə bu xidmət pulsuz göstəriləcək – Qaydalar təsdiqləndi
18.08.2019
Xaçmaz və Xızıya yeni polis rəisləri təyin olunub
17.08.2019
Polisdən dilənçilərlə bağlı xəbərdarlıq
17.08.2019
Bakı Tikiş Evi: Bu il də məktəbli formalarının qiymətlərində heç bir dəyişiklik edilməyib
16.08.2019
DOST mərkəzinə 25 000-ci vətəndaş müraciəti qeydə alınıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10861

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info