Darvinin meymunundan azca ağıllı olsaydınız...
Tarix: 30.04.2019 | Saat: 13:08:00 | E-mail | Çapa göndər


Samir FEYRUZ

Darvinin “insanın babası” adlandırdığı XIX əsr meymunundan qismən ağıllı, bu günkü meymunlardan isə azacıq ağılsız olmaq gərəkdir ki, nə özünü aldadasan, nə də siyasi “mübarizə” adı altında Qərbin anarxist dairələrinin taxta bitinə çevriləsən. Deməli, bir gün meymunun qabağına iri bir şaftalı atırlar. Şaftalını yeyir, ifraz etmək vaxtı çatanda meymunun səsi aləmi götürür. Sancıdan bir təhər olur. İri şaftalının tumunu meymun ifraz edə bilmir ki, bilmir. Çox gücəndikdən sonra tum bir təhər meymunun dalından çıxır. Meymun qanın içində yerə uzanır. Üstündən xeyli müddət keçəndən sonra yenə də iri bir şaftalını atırlar meymunun qabağına. Meymun tez şaftalını götürüb tumunu çıxarır, sonra da həmin tumu tez-tez dalına soxub-çıxarır ki, görüm yeyəndən sonra bu tum çıxacaq, yoxsa yox… Xaricdən milyonlarla qrant alıb Azərbaycana qarşı qərəz, üfunət püskürən “siyasi mühacir”lərdən hesabat tələb edirlər, verilən milyonların bir hesabatı olmalıdır, yoxsa yox!? Bax, indi çətin duruma düşüblər, səsləri aləmi götürüb, ağrıdan sağa-sola böhtan yağıdırırlar. Bəs bu şaftalını ikinci dəfə yeyəndə onun dənəsini yoxlamaq lazım deyildimi? Çox demirəm, meymundan azacıq ağıllı olmaq lazım idi və bunu ikinci dəfə də etmirdiniz, yüzüncü dəfədir bəlkə… Hələ bu yolu sizdən öncə gedən mənəvi atalarınızdan nümunə götürməmisinizsə, bu lap pis! Belə məqamda yenə də Azərbaycan dövlətini hədəf seçmisiniz! Sizi təcrübəyə soxub qabağınıza şaftalı atanlardan hesab sorun, lütfən!
Bir məşhur kitab var- “Komitet 300”, yəqin çoxlarıız bu kitabı oxumusunuz. Həmin kitabda göstərilir ki, Qərb dövlətləri jurnalistləri, siyasətçiləri hansı formada əməkdaşlığa cəlb edirlər, onların əli ilə öz doğma ölkələrinə qarşı hansı addımlar atılır, nə cür kampaniyalar təşkil olunur və sairə. Məsələnin başqa tərəfi odur ki, jurnalistləri “siyasi mühacir” kimi qucağına oturdub öz ölkəsinə qarşı “mina” halına gətirən Qərbin anarxist dairələri həmin jurnalistin bütün şəxsi həyatına nəzarət edir, yataq otağına qədər soxulur, özü də hiss etmədən aldığı nəfəs də xüsusi nəzarət altındadır. Qısası, gündəlik yeyib-içdiklərinə, alt paltarlarının rənginə qədər bilir, bütün düşüncələrinə hakim kəsilirlər. Bir müddət səni istifadə edirlər, limitin bitən kimi ən ağır formada pressləyib “nokaut"a salırlar. Sevinc Osmanqızı indi həmin durumdadır, apardığı vatsap yazışmaları da göstərir ki, limiti tükənib. O, yanlış yerə Azərbaycan dövlətini hədəf seçib. O, əlinə “şturval” verib ölkəmiz əleyhinə istifadə edənlərin yaxasından yapışsın. Əgər onunla bağlı nəsə olacaqsa da, bunu Sevinclə eyni bulaqdan su içən müxalifətçi jurnalsitlər, siyasətçilər edəcəklər. Fərqi yoxdur, onların xaricdədirlər, yaxud da burada. Yenə şaftalı məsələsi… Səs-küy salıb “hakimiyyət mənə deyir ki, jurnalistikadan get, yoxsa, intim videolarını yayacağıq” deyib iz azdırmaq, etdiyin səhvlərin acısını hakimiyyətdən çıxmaq ən yaxşı halda səfehlikdir. Azərbaycan hakimiyyəti heç kimi şəxsi həyatı ilə təhdid etmir, heç kəsi də jurnalistikadan getmək üçün şantaj eləmir. Hər kəs öz yolunu özü seçir, bu da sənin yolun idi, sonrasına qatlaşmalısan. Sənə o milyonları havay vermirdilər ki!?




 
Bölməyə aid digər xəbərlər
21.05.2019
Azərbaycan təhsil sistemində idarəetmə texnologiyalarının tətbiqi zəruridir
21.05.2019
“Mxitaryan, axı sən nə istəyirsən?”
20.05.2019
Cüzeppe Kaniliya: Azərbaycan İtaliya üçün olduqca vacib ölkədir
20.05.2019
Ramin Əhmədov: ”Azərbaycanda mükəmməl sosial təminat sistemi qurulub”
20.05.2019
Millət vəkili Azər Badamov: “Hədəf neftdən asılı olmayan güclü iqtisadiyyat formalaşdırmaqdır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 “Ukraynanın ictimai-siyasi həyatında fəal iştirak edirik”
3 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
4 Üç müharibə iştirakçısı olan general-mayor
5 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info