Nazir müavini: “Bu gün məhkəmələrin təxminən 60 faizindən çoxu elektron sistemə qoşulub”
Tarix: 30.04.2019 | Saat: 13:30:00 | E-mail | Çapa göndər


“Bu ayın əvvəlində Prezident İlham Əliyevin məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında imzaladığı fərmanda məhkəmələrin bundan sonrakı inkişafını təmin edəcək qanunvericilik, institusional və praktik xarakterli bir çox tövsiyələr verilib”. Bunu jurnalistlərə açıqlamasında ədliyyə nazirinin müavini Azər Cəfərov deyib. Onun sözlərinə görə, bu tövsiyə və tapşırıqların içərisində Azərbaycanda ədalət mühakiməsinin rəqəmsallaşdırılması işinin daha da genişləndirilməsi, bütövlükdə bu prosesin daha da təkmilləşdirilməsi barədə tapşırıq da var: "Əslində bu tapşırıq 2014-cü ildə Prezident İlham Əliyevin Azərbaycanda elektron-məhkəmə informasiya sisteminin yaradılması barədə sərəncamının davamıdır. Ötən müddət ərzində xeyli işlər görülüb. Artıq bu sistem fəaliyyətdədir və məhkəmələrin təxminən 60 faizindən çoxu və qərarları icra edən qurumların xeyli hissəsi sistemə qoşulub".
A.Cəfərov qarşıda duran mühüm vəzifələr barədə də danışıb: "Bu vəzifələrdən biri də vətəndaşlarımızı bu sistemin imkanları barədə daha ətraflı tanış etmək, onlara bu sistemdən yararlanma vərdişlərini aşılamaqdır. Hesab edirik ki, vətəndaş cəmiyyəti və KİV nümayəndələri bu işdə yardımçı ola bilərlər".

Nigar




 
Bölməyə aid digər xəbərlər
07.08.2020
Azərbaycan-Türkiyə birgə taktiki-uçuş təlimlərinin birinci mərhələsi davam edir - VİDEO
06.08.2020
Naxçıvanda keçirilən Azərbaycan-Türkiyə birgə genişmiqyaslı təlimləri davam edir - VİDEO
06.08.2020
TÜRKİYƏ, AZƏRBAYCAN VƏ RUSİYA EYNİ SƏNGƏRDƏ:İrəvanı yenidən bölmək planı - TƏHLİL
05.08.2020
“TurAz Qartalı - 2020” təlimlərinə döyüş helikopterləri də cəlb edilib
05.08.2020
Azərbaycanda həyata keçirilən sosial dəstək tədbirləri nümunəvi xarakter daşıyır

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11585

1 Bakıda 34 dərəcə isti, rayonlarda dolu, leysan gözlənilir
2 Avqustun 2-si Azərbaycanda Milli Kino Günüdür
3 Qafqaz uzunömürlülüyünün sirri tapıldı - Kabab yeyin
4 Dünya nəhənginin yaradılması yolunda ilk addımı atmışıq, öz Henri Fordumuz, öz “Arzu-1“miz -VİDEO
5 Azərbaycan Kinematoqrafçılar İttifaqının illik mükafatının qalibləri elan olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info