İran Prezidenti: Neft satışlarımızın sıfıra enməsinə icazə verməyəcəyik
Tarix: 30.04.2019 | Saat: 13:34:00 | E-mail | Çapa göndər


Neft satışlarımızın sıfıra enməsinə icazə verməyəcəyik. AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu sözləri İran Prezidenti Həsən Ruhani deyib. Ölkəsinin neft satışında israrlı olmaqda davam edəcəyini söyləyən H.Ruhani bildirib: “İran neft ixracını güclü şəkildə davam etdirəcək”. Birləşmiş Ştatların sanksiyalarının mərhəmətsiz olduğunu deyən İran Prezidenti sanksiyaların birbaşa xalqı hədəf aldığını qeyd edib: “İstər hökumət, istər işəgötürən, işçi, sahibkar və ya fərqli istehsal sektorları olsun mövcud vəziyyətdə ağır bir yük daşıdığımızı fərqinə varmalıyıq”. ABŞ-ın İran neftini sıfıra endirməklə bağlı qərarının böyük bir səhv olduğunu bildirən H.Ruhani deyib: “Amerikalılar qarşıdakı aylarda neft ixracını həyata keçirməkdə davam edəcəyimizi görəcəklər. Dövlət olaraq neft ixracını güclü şəkildə davam etdirəcəyik”.
İran Prezidenti bəzi ölkələrin ABŞ-ın təzyiqi qarşısında geri çəkilmələrini tənqid edib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İrandan neft alan ölkələrə tətbiq edilən və mayın 2-də başa çatacaq güzəştin müddətini artırmayıb. ABŞ-ın İrana qarşı sanksiyalarının ötən il noyabrın 5-də qüvvəyə minən ikinci mərhələsi çərçivəsində İrandan neft idxalını azaldan 8 ölkəyə - Türkiyə, Çin, Hindistan, Koreya Respublikası, İtaliya, Yunanıstan, Yaponiya və Tayvana 180 günlük müvəqqəti güzəşt tətbiq olunurdu.




 
Bölməyə aid digər xəbərlər
18.07.2019
Ermənistanda polislə toqquşma zamanı 13 etirazçı xəsarət alıb
17.07.2019
Putin: “Avropa ittifaqı ilə dialoqa hazırıq”
17.07.2019
«Ermənistan ABŞ-üçün 170-ci ticarət tərəfdaşıdır»
17.07.2019
Son xəbər: Türkiyənin İraqdakı diplomatlarına hücum olub, ölən və yaralananlar var
17.07.2019
Rəsmi Tehran Birləşmiş Ərəb Əmirliklərinin neft tankeri ilə bağlı məsələyə aydınlıq gətirib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10830

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır
5 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info