Ərdoğan: “Türkiyənin olmadığı F-35 layihəsi tamamən çökməyə məhkumdur”
Tarix: 30.04.2019 | Saat: 14:10:00 | E-mail | Çapa göndər


“Siyasi, iqtisadi və diplomatik sahədə olduğu kimi müdafiə sənayesi sahəsində də təzyiqlərə boyun əyməyəcəyik”


Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyib Ərdoğan və Donald Tramp arasında telefon danışığı olub. Anadolu Agentliyi xəbər verir ki, Türkiyə lideri telefon söhbəti zamanı Ağ Evin başçısına Rusiyanın C-400 zenit-raket sisteminin tədarükü ilə bağlı fikir ayrılıqlarının aradan qaldırılması üçün birgə işçi qrupu yaratmağı təklif edib. Liderlər Suriya mövzusunda fikir mübadiləsi aparıb, həmçinin terrorla mübarizədə əməkdaşlığı davam etdirmək barədə razılaşıblar. İkitərəfli və regional məsələlərin müzakirə olunduğu telefon danışığında iki ölkə arasında ticarət dövriyyəsinin 75 milyard dollara çatdırılması hədəfi yenidən təsdiqlənib və atılacaq addımlar dəyərləndirilib. Türkiyə dövlət başçısı bu məsələyə 14-cüsü təşkil edilən Beynəlxalq Müdafiə Sənayesi sərgisində də münasibət bildirib. Ərdoğan Türkiyənin son illərdə müdafiə sənayesi sahəsində əldə etdiyi uğurları nümayiş etdirmək baxımından sərginin böyük əhəmiyyət kəsb etdiyini qeyd edib. Terror təşkilatlarına görə təhlükəsizlik sahəsində problemlər yarandığını qeyd edən Türkiyə dövlət başçısı bildirib ki, ölkəsi siyasi, iqtisadi və diplomatik sahədə olduğu kimi müdafiə sənayesi sahəsində də təzyiqlərə boyun əyməyəcək: “Minlərlə kilometr uzaqdan gəlib təhdidlər yaradanlar Türkiyənin maraqlarını görməzdən gəlirlər. Müdafiə sənayesi sahəsində heç bir təzyiqi qəbul etməyəcəyik. Bu sahədə tarixi islahatlara başlamışıq. Müdafiə sənayesi sahəsində xaricə bağlılığımız 80 faizdən 30 faizə enib”. Ərdoğan deyib ki, hava müdafiə sistemlərinə ehtiyacları yarandığı üçün ilk olaraq müttəfiqlərinə müraciət ediblər: “Amma bizim bütün istəklərimiz ya cavabsız qaldı, ya da işin alınmamasına yol açacaq şərtlər irəli sürdülər. Rusiya ilə C-400 sistemləri ilə bağlı imzaladığımız müqaviləyə qədər bu prosesi yaşadıq. F-35 qırıcıları ilə bağlı məsələdə bənzər təzyiqlərə məruz qalırıq. Bizi bu layihədən uzalaşdırmağa çalışanlar işin sonunun nə ilə bitəcəyini görmürlər. Türkiyənin olmadığı F-35 layihəsi tamamən çökməyə məhkumdur”. Türkiyə dövlət başçısı deyib ki, terrorla mübarizədə pilotsuz uçan aparatlara böyük ehtiyacları olduğu halda müttəfiqləri onlara bunu verməyib: “Amma Türkiyə bu gün silahlı və silahsız uçan aparatlar sahəsində dünyada söz sahiblərindən biridir. Özümüzün və dostlarımızın bu sahədəki ehtiyaclarını ödəmək üçün böyük infrastruktur yaradarıq. Qarşımıza çoxlu əngəllər çıxarsalar da, sabotajlara, xəyanətlərə məruz qalsaq da təslim olmadıq və hədəflərimizə doğru irəliləməkdə davam edirik. Artıq xaricdən mütəxəssis gətirmək əvəzinə xarici ölkələrə mütəxəssis göndərməyə başlamışıq”.

Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
21.05.2019
Ötən il Türkiyədə 1 milyon 300 minə yaxın uşaq doğulub
20.05.2019
“Paşinyan Ermənistanı total diktaturaya doğru aparır”
20.05.2019
Türkiyədə genişmiqyaslı antiterror əməliyyatı keçirilib
20.05.2019
Yerevanda Paşinyanın tərəfdarları məhkəmə binalarını blokadaya alıb
20.05.2019
Marneulidə keçirilən seçkilərdə azərbaycanlı namizəd qalib gəlib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 “Ukraynanın ictimai-siyasi həyatında fəal iştirak edirik”
3 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
4 Üç müharibə iştirakçısı olan general-mayor
5 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info