Müxalifətin “sınma” nöqtəsi...
Tarix: 30.04.2019 | Saat: 15:55:00 | E-mail | Çapa göndər


Məlum olduğu kimi, son dövrlərdə xaricdə yaşayan bir qrup mühacir, 5-ci kolonun fəalları aktivləşərək təkcə Azərbaycan hakimiyyətinə qarşı yox, dövlət, dövlətçilik və ümumilikdə, milli maraqlarımız əleyhinə bir sıra işlər görürlər. Bu işdə ənənəvi müxalifət nümayəndələri də xeyli aktivlik göstərirlər. Bəllidir ki, bütün bu aktivliyin bir səbəbi var, o da daha çox qrant qamarlamaqdır...
Yəni daha çox kim fəallıq göstərirsə, həmin şəxsə, partiyaya və ya quruma-birliyə daha çox maliyyə ayrılır. Xaricdəki qaranlıq mənbələrdən əldə olunan bu vəsaitlər isə ədalətli şəkildə bölünməyəndə müxalifətçilər arasında vur-çatlasın başlayır. Buna ən yaxşı və son nümunə ötən ilin sonunda xaricdə süni müxalifətçiliklə məşğul olan söyüşcül dəstənin iki üzvü-Tural Sadıqlı ilə Məhəmməd Mirzəli arasında olan qrant davasını göstərmək olar. O ki qaldı birlik halında müxalifətin “bir qazandan yemək yeyə bilməməsinə”, bu cür nümunələri də dəfələrlə görmüşük. “Azadlıq”,“milli şura”, “EL”, “İctimai palata” və s. birlik və hərəkatlarda təmsil olunan əksər müxalifət partiyaları və müxalifətçilərin sonradan oradan necə qalmaqallı şəkildə narazı ayrılmasının şahidi olmuşuq. Bu gün fəaliyyətini uğursuz şəkildə davam etdirən “milli şura” adlı qondarma qurum isə radikal müxalifət nümayəndələrinin son çabalarıdır. İlin əvvəlində yaradılan Azərbaycan Xalq Hərəkatı (AXH) adlı xalqın xəbəri olmayan daha bir anormal birlik isə az qala hər həftə bir rəzalət, qalmaqalla gündəmə gəlir. Təsis edildiyi gündən daim qarmaqarışıqlıq, gərginlik burulğanında olan AXH uğursuz addımları ilə özünü, onsuz da onlara inanmayan xalqdan təcrid etməkdədir. Qurumun idarə heyətinin üzvləri arasında yaranan fikir ayrılıqları, narazılıqların söyüş, təhqir hətta az qala əlbəyaxa dava həddinəcən çatması isə burada təmsil olunan əksər siyasətçilərin 90-cı illərin əvvəllərində ölkədə yaratdıqları siyasi durumu xatırladır... Təsadüfi deyil ki, İsgəndər Həmidovla Tural Abbaslı arasında olan qalmaqal, Qurban Məmmədovun da bu hərəkatda baş verənlərə özünəməxsus şəkildə “rəng qatması” AXH-nin elə “milli şura” və onun sələfləri olan digər birliklərin taleyini yaşayacağından xəbər verir. İndi isə proseslər daha da gərgin xarakter alaraq, İsgəndər Həmidovla Nemət Pənahlı arasında yeni söyüş mərhələsinə qədəm qoyub. Sosial şəbəkələrdə və bəzi media qurumlarında Nemət Pənahlının İsgəndər Həmidov haqqında o qədər ağır ittihamlar, söyüş və nalayiq ifadələrlə müşayiət olunan səs yazısı yayılıb ki, etik cəhətdən bu fikirləri oxuculara çatdırmağı rəva bilmirik. Amma Azərbaycan cəmiyyətinin hələ 90-cı illərdən kütləyə “qalx, otur” əmri verməklə meydanlarda başını qatan bu cür “siyasətçiləri” yenidən tanımasına ehtiyac var, deyə bu mövzunu dərc etdik. Yəni həmin illərdən xəbərsiz olan indiki gənclik bir daha hakimiyyətə iddialı olan bu şəxslərin, türklər demiş hansı “kafada” olmasını, aşkar görsünlər. Özü də bütün bunlar, bu arzuolunmaz mənzərələr elə bu müxalifətçilərin öz dili ilə təsvir olunur. Nemət Pənahlı təkcə yayılan səs yazısında deyil, Qənimət Zahidin videodebatında da İsgəndər Həmidov haqqında nalayiq sözlər işlədərək ona “şərəfsiz” deyir. O, həmçinin qeyd edib ki, keçmiş səbatsız nazir olan bu adam dövlət səviyyəsində reketliklə məşğul olub, bəzi döyüşçülərimizi isə arxadan özü vurub öldürüb! Ağır ittihamlar olsa da meydan hərəkatı və ondan sonrakı xaotik durumla müşayiət olunan dövrdə həqiqətən də belə gizli və aşkar proseslər cərəyan edirdi. Kim istəyirdisə, silahlı dəstə yaradırdı, kimin sözü başqasının boğazından keçmirdisə, onu öldürürdü, sıradan çıxarırdı. Yaxud da vəzifə davaları o həddə çatmışdı ki, parlamentdə cəbhə bölgəsində baş verən uğursuzluqlar, xalqın bir nömrəli dərdi –Qarabağ problemi əvəzinə, Bakıda gedən siyasi proseslər, kreslo “savaşları” müzakirə edilirdi...
Qısası, bu gün müxalifətin hakimiyyəti, onlara qarşı təzyiqdə və s. “antidemokratik” mühitdə ittiham etməyə zərrə qədər də haqqı yoxdur. Çünki bütün bu və bundan əvvəlki proseslər məhz müxalifətin öz-özünü parçalaması ilə müşayiət olunub, hakimiyyətlə deyil, məhz özləri-özləri ilə mübarizə aparıblar. Yəni necə ki, əvvəl yaranan birliklər, bloklar da eyni aqibətlə üzləşiblər, içindən dağılıblar, AXH də elə öz içindən parçalanır!

Tural Tağıyev





 
Bölməyə aid digər xəbərlər
20.08.2019
Saakaşvili: “Qarabağ Azərbaycandır, bütün dünya bu fikirdədir”
20.08.2019
Xalq “5-ci kolon”a şans verməyəcək
20.08.2019
Ordumuzda olan, 3000 metr məsafədə helikopteri məhv edən “İqla S“ raket kompleksi
19.08.2019
“Ulduzu barışmayan” AXCP-ReAl
19.08.2019
Gürcüstanla Dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə dövlət komissiyalarının ekspertlərinin işçi görüşü olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10867

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info