Qazın güzəştli tariflərlə istehlak limiti artırıldı
Tarix: 30.04.2019 | Saat: 19:19:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyevin tapşırığına əsasən, əhalinin aztəminatlı hissəsinin sosial vəziyyətini daha da yaxşılaşdırmaq məqsədilə güzəştli qiymətlə təbii qazın illik istehlak limiti 1700 kubmetrdən 2200 kubmetrədək artırılıb. AZƏRTAC xəbər verir ki, bu sözləri iqtisadiyyat naziri Şahin Mustafayev aprelin 30-da keçirdiyi brifinqdə Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının qərarını şərh edərkən deyib. Nazir qeyd edib ki, aprelin 30-da Tarif Şurasının iclası keçirilib və müvafiq qərar qəbul edilib: “Bu günədək güzəştli tariflə illik istehlak limiti 1700 kubmetr idi. 1,5 milyon abonent və ya 6 milyon nəfər bu güzəştdən istifadə edirdi. Mövcud qərara əsasən, əlavə olaraq 300 min abonent (təxminən 1 milyon 200 min nəfər) də bu imkanlardan istifadə edəcək. Beləliklə, güzəştli tariflərdən abonentlərin 70 faizi istifadə edirdisə, bugünkü qərardan sonra həmin göstərici 85 faizədək artacaq. Qərar mayın 1-dən qüvvəyə minəcək”. “Bu qərar dövlətimizin başçısının humanist addımı kimi, öz vətəndaşlarına diqqət və qayğısının göstəricisi kimi qiymətləndirilməlidir”, - deyə nazir vurğulayıb.




 
Bölməyə aid digər xəbərlər
19.08.2019
Azərbaycanda əhaliyə bu xidmət pulsuz göstəriləcək – Qaydalar təsdiqləndi
18.08.2019
Xaçmaz və Xızıya yeni polis rəisləri təyin olunub
17.08.2019
Polisdən dilənçilərlə bağlı xəbərdarlıq
17.08.2019
Bakı Tikiş Evi: Bu il də məktəbli formalarının qiymətlərində heç bir dəyişiklik edilməyib
16.08.2019
DOST mərkəzinə 25 000-ci vətəndaş müraciəti qeydə alınıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10861

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info