“Şəkinin uşaq musiqi və incəsənət məktəbləri müsabiqələrdə fəal iştirak edirlər”
Tarix: 31.07.2013 | Saat: 21:53:00 | E-mail | Çapa göndər


Layihə çərçivəsində müsahibimiz Şəki Mədəniyyət və Turizm Şöbəsinin müdiri Mirvari Zeynalovadır. O, müsahibəyə rəhbərlik etdiyi şöbə haqqında məlumat verməklə başladı:

-Şəki Mədəniyyət və Turizm Şöbəsinin nəzdində 149 şəbəkə, o cümlədən, 69 klub müəssisəsi (9 şəhər mədəniyyət evi, 10 şəhər klubu, 15 kənd mədəniyyət evi, 35 kənd klubu), 65 kitabxana (15 şəhər kitabxanası, 50 kənd kitabxanası), 4 yeddiillik Uşaq musiqi məktəbi (3 şəhər Uşaq musiqi məktəbi, 1 qəsəbə Uşaq musiqi məktəbi), 1 Uşaq incəsənət məktəbi, 6 muzey, 2 Dövlət Tarix-Memarlıq Qoruğu, Dövlət Rəsm Qalereyası və Turizm İnformasiya Mərkəzi fəaliyyət göstərir.
İlin əvvəlində 20 Yanvar faciəsinin 23-cü ildönümü ilə əlaqədar müxtəlif tədbirlər keçirmişik. Uşaq incəsənət məktəbində «Qanlı Yanvar-23», 2 saylı Uşaq musiqi məktəbində «Qan yaddaşımız - 20 Yanvar», 3 saylı Uşaq musiqi məktəbində «Unutmarıq biz sizi», 4 saylı Uşaq musiqi məktəbində «Qanla yazılan tarix unudulmur, yaddan çıxmır» və Turan qəsəbə uşaq musiqi məktəbində «Tarixin qızıl səhifəsi» mövzularında ədəbi-bədii kompozisiyalar hazırlanıb və yerli televiziya kanalı vasitəsilə işıqlandırılıb. Heydər Əliyev Mərkəzində, muzey və klub müəssisələrində 20 Yanvara həsr olunmuş «Qəhrəmanlar yaşayır və yaşayacaqdır», «Azadlıq qəhrəmanları», «Qanlı şənbə gecəsində», «Şəhid qanı silinməz», «Şəhidlik ölməzlik zirvəsidir», «Tariximizin qan yaddaşı», «Qanlı yanvar qırğını şanlı səhifələrdən biridir», «Güllələnmiş qərənfillər», «Ağla, qərənfil, ağla», «Şəhidlər ölməz!», «Vətən və torpaq şəhidləri ilə ucalır», «Şəhidəm, ağlama ana», «Qərənfil yağışı», «20 Yanvar - milli qürur günümüzdür» və s. mövzularında kompozisiyalar və mühazirələr hazırlanıb, sərgilər təşkil edilib.
Hüzn günü Mərkəzləşdirilmiş Kitabxana Sisteminin İ.S.Nakam adına mərkəzi kitabxanasında və kitabxana filiallarında da silsilə tədbirlərlə qeyd edilib. Belə ki, İ.S.Nakam adına mərkəzi kitabxanada «Haqq səsini güllə səsi batıran gün» adlı ədəbi-bədii kompozisiya keçirilib. Mərkəzi kitabxanada və kitabxana filiallarında «Ən uca zirvədir şəhidlik» adlı xüsusi kitab rəfi ayrılıb. MKS-nin Təşkilat-metodika şöbəsində «Yaddaşımızın ədəbi ağrısı» adlı metodiki tövsiyə hazırlanaraq kitabxana filiallarına verilib. İnformasiya-biblioqrafiya şöbəsində «Tarixin qanlı yaddaşı» adlı məlumat bülleteni və bu mövzu ilə bağlı yeni ədəbiyyat siyahısı tərtib edilib.
MKS-nin filiallarında «Hünər və qeyrət günümüz», «Ən uca zirvədir şəhidlik», «Xalqımızın qanla yazılmış salnaməsi», «Yuxusu dağılmış şəhər», «Cəsarət və hünər zirvəsi», «Ağla, qərənfil ağla», «Tarixə qovuşan gün», «20 Yanvar: Sağalmayan yaramız və qürur zirvəmizdir», «Dərd var onu bütün xalq çəkir», «Tarixi həqiqətlərə düşən işıq», «Ölümə şərəf gətirən şəhidlər», «20 Yanvar - müstəqilliyimizin sönməz şamları» və s. başlıqlı geniş həcmli sərgilər, foto-montajlar tərtib edilib, kənd filiallarında çıxan divar qəzetlərində «Kəndimizin şəhidləri» adlı məqalələr işıqlandırılıb. MKS-nin Uşaq şöbəsində, N.Gəncəvi adına 5 saylı filialda və 22 saylı Böyük Dəhnə kənd kitabxanasında «Şəhid ruhları qarşısında baş əyirik» adlı uşaq səhərciyi və kompozisiya keçirilib. Şəki Dövlət Rəsm Qalereyasında «Heç nə unudulmur, heç nə yaddan çıxmır» mövzusunda Şəkinin orta ümumtəhsil məktəbləri şagirdlərinin əl işlərindən ibarət sərgi təşkil edilib. Həyata keçirilən tədbirlər yerli televiziya kanalında nümayiş etdirilib.
- Başqa hansı tədbirlər keçirmisiniz?
- Xocalı soyqırımının 21-ci ildönümünün keçirilməsi ilə əlaqədar Şəki Mədəniyyət və Turizm Şöbəsinin nəzdində fəaliyyət göstərən mədəni-maarif müəssisələrində bir sıra tədbirlər təşkil olunub. Uşaq musiqi məktəbləri şagirdlərinin iştirakı ilə Xocalı soyqırımı ilə əlaqədar ədəbi-bədii kompozisiyalar hazırlanıb, Şəki Dövlət Rəsm Qalereyasında 22-26 fevral 2013-cü il tarixlərində Uşaq incəsənət məktəbinin rəssamlıq şöbəsində təhsil alan şagirdlərinin Xocalı faciəsinə dair əl işlərindən ibarət sərgi təşkil edilib.
MKS-nin filiallarında «Xocalı faciəsi», «Xocalı harayı», «Qanla yazılmış tarix», «XX əsrin ən böyük faciəsi», «Xocalı fəryadı», «Xocalı faciəsi qan yaddaşımızdır» və s. başlıqları altında sərgilər təşkil olunmuş, həmçinin «XX əsrin qan yaddaşı», «Xocalı faciəsi XX əsrin ən dəhşətli və ən qanlı faciəsidir», «Xocalı faciəsi əsrin faciəsidir», «Keçmişimizi unutmayaq», «Qanla yazılmış tarix» və s. mövzularında anım günü keçirilib. Şəhər və kənd klub müəssisələrində 19-26 fevral 2013-cü il tarixlərində Xocalı soyqırımı ilə bağlı müxtəlif mövzularda sərgilər, ədəbi-bədii kompozisiyalar təşkil olunub. R.Sadıqov adına klubun kollektivi Şəki uşaq evində yaşayan kimsəsiz uşaqlara nahar təşkil edib.
Bu ilin mart ayının 1-dən 15-dək şəhər və kənd bədii özfəaliyyət kollektivlərinə «Novruz təranələri» devizi altında ənənəvi baxış-müsabiqə keçirilib. Baxış-müsabiqədə idarə, müəssisə, təşkilat, ümumtəhsil, orta ixtisas və ali təhsil müəssisələrinin bədii özfəaliyyət kollektivləri iştirak ediblər. Qaliblərə qiymətli hədiyyələr, diplom və fəxri fərmanlar təqdim olunub. Mart ayında Bakı şəhərində keçirilən Novruz bayramı tədbirlərində Azərbaycan folkloru, mətbəxi, qədim sənət nümunələrindən ibarət sərgidə Şəkinin xalq sənətkarları böyük uğurla çıxış ediblər. İçərişəhər və Dənizkənarı Milli Parkda Şəki mətbəxinin nümayişi, şəkili xalq tətbiqi sənəti ustalarının əl işlərindən ibarət sərgi, «Pəhləvanlar» ailə-sirk kollektivinin çıxışı, Ə.Şəkili adına «Zurnaçılar» dəstəsinin çıxışı, Şərq bazarında Şəkiyə məxsus spesifik məhsulların satışı təşkil edilib.
- Şəkinin uşaq musiqi və incəsənət məktəblərinin kollektivləri hansı müsabiqələrdə iştirak ediblər?
- Öncə qeyd edim ki, 9-19 mart tarixlərində «Muğam aləmi» adlı III Beynəlxalq Muğam Festivalı keçirilib. Bununla əlaqədar olaraq S.Vurğun adına şəhər “Folklor evi”ndə Şəkinin muğam ifaçılarının iştirakı ilə silsilə konsertlər keçirilib. 2013-cü ilin iş planına uyğun olaraq aprel ayının 29-dan may ayının 8-dək ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş uşaq incəsənət və musiqi məktəbi şagirdlərinin fortepiano və müşayiət üzrə respublika müsabiqəsi keçirilib. Şəkinin uşaq musiqi və incəsənət məktəblərinin şagirdləri həmin müsabiqədə uğurla çıxış ediblər. Ümumiyyətlə, uşaq musiqi və incəsənət məktəblərinin şagirdləri belə müsabiqələrdə fəal iştirak edirlər. Mədəniyyət və turizm nazirinin 1 aprel 2013-cü il tarixli, 133 saylı əmri ilə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş «Azərbaycan mədəniyyəti» mövzusunda uşaq musiqi və incəsənət məktəbləri şagirdləri arasında bilik müsabiqəsi keçirilib. Həmin müsabiqənin may ayının 2-də keçirilən yekun turunda Şəki şəhər 2 saylı Uşaq musiqi məktəbinin şagirdi Kərimova Aynur uğurla çıxış edərək nazirliyin diplomuna layiq görülüb. Ümummilli liderin 90 illik yubileyinə həsr olunmuş Uşaq xor kollektivlərinin VIII Respublika müsabiqəsinin zona turunda Balakən, İsmayıllı, Qax, Qəbələ, Oğuz, Zaqatala rayonlarından olan kollektivlər iştirak edib. Zona turunda uğurla çıxış edən Şəkinin uşaq musiqi və incəsənət məktəbləri şagirdləri müsabiqənin yekun turunda da fəallıq göstəriblər. Belə ki, Uşaq incəsənət məktəbinin müəllimi Elnarə Hümmətova həvəsləndirici mükafata, məktəbin xor kollektivi diploma, 3 saylı Uşaq musiqi məktəbinin kollektivi isə fəxri fərmana layiq görülüblər. Bundan savayı «İnsan hüquqları aylığı» çərçivəsində Şəki Mədəniyyət və Turizm Şöbəsinin tabeliyində olan klub və mədəniyyət evlərində, muzey və kitabxanalarda bir sıra tədbirlər həyata keçirilib. Həmin tədbirlərə misal olaraq Mərkəzləşdirilmiş Kitabxana Sisteminin İ.S.Nakam adına mərkəzi kitabxanasında və kitabxana filiallarında «Azərbaycan dövləti vətəndaş hüquqlarının ən etibarlı müdafiəçisidir», «Heydər Əliyev və hüquq siyasəti», «Qadınların hüquqlarının müdafiəsi», «İnsan hüquqlarının qorunması haqqında hüquqi-normativ aktlar haqqında nə bilirik?» mövzularında elmi-nəzəri konfrans, mühazirə, dəyirmi masalar, «Sənin hüquq və vəzifələrin» başlıqlı sərgiləri qeyd etmək olar.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
21.05.2020
“Təcavüzkar Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalıdır”
18.05.2020
Pakistan saytları Qarabağ həqiqətlərindən yazıb
14.05.2020
“Danışıqlar prosesində irəliləyişin olmaması Ermənistanın qeyri-konstruktiv fəaliyyəti ilə əlaqədardır”
14.05.2020
“Dünya birliyi müasir Ermənistanın ən monoetnik ölkə olması barədə çox gözəl məlumatlandırılıb”
12.05.2020
“Azərbaycan BMT-yə özünün tam ərazi bütövlüyü çərçivəsində daxil olub”

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 “Bu gün dövlətlə fermer arasında sıx bağlılıq yaranıb”
3 Dövlət Komitəsi: Oğuzda 12 yaşlı uşağın vəfatı ilə nəticələnən hadisə nəzarətdədir
4 Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində regionlarda başçəkmələr həyata keçirilib
5 İspaniya turizm mövsümünün bərpa tarixini açıqlayıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info