Evi neqativ enerjidən təmizləmək üçün 5 ən yaxşı üsul
Tarix: 30.04.2019 | Saat: 21:07:00 | E-mail | Çapa göndər


Bəzən insan öz evində özünü narahat hiss etməyə başlayır, tez-tez halsız olur, əhvalı səbəbsiz pozulur. Evdən çıxanda isə əksinə özünü daha yaxşı hiss edir.
Əgər siz də bu hallarla rastlaşmısınızsa, bu o deməkdir ki, evinizdə neqativ enerji çoxdur. Digər əlamətlər - evdə tez-tez mübahisələr yaranır, uşaqlar daha nadinc olur, özünü pis aparır, çox qışqırır və dalaşırlar, ev heyvanları özünü qeyri-adi aparmağa başlayır.
Saglamolun.az Rusiya KİV-lərinə istinadla sizə evi mənfi enerjidən təmizləmək üçün 5 ən yaxşı üsul təqdim edir.

1
. Evinizi əsaslı şəkildə təmizləyin, bütün səthləri nəm əski ilə silin, xalça, pərdə və çılçıraqları yuyun. Evin tez-tez və əsaslı şəkildə təmizlənməsi həm sağlamlıq üçün faydalıdır, həm də evi neqativ enerjidən azad edir.

2. Evdən artıq, istifadə olunmayan əşyaları (köhnə paltar, qəzet, kitab, jurnal, oyuncaqlar və s.) atın. Ümumiyyətlə evdə köhnə və xüsusilə də sınıq, xarab əşyaları (sınıq qablar, mebel və s.) saxlamaq evdə mənfi enerjinin toplanmasına səbəb olur.

3. Evdə aromatik şamları və ya aromatik lampaları yandırın. Lavanda, limon, portağal, rozmarin aromatik yağlarından istifadə edə bilərsiniz.

4. Qədim zamanlardan evə üzərlik tüstüsünü vermək evi mənfi enerjidən və şər qüvvələrdən qorumaq üçün istifadə olunur. Həmçinin üzərlik tüstüsü güclü mikrob və virus əleyhinə təsirə malikdir.

5. Ev bitkiləri də evi neqativ enerjinin toplanmasından qoruyur. Mütəxəssislərin fikrinə görə ən yaxşı ev bitkiləri bunlardır: ətirşah, fikus, xlorofitum, spatifillum, aloe.




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
Uçan avtomobillər yaxin gələcəkdə real ola bilər
20.10.2019
Bu tabutlar son illərin ən böyük tapıntıları oldu
19.10.2019
Turistlər övladlarını qatarda unutdu
19.10.2019
NASA iri asteroidin Yerə yaxınlaşdığı barədə xəbərdarlıq edib
19.10.2019
Hindistanda kişi dəfn zamanı “dirilib”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10922

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info