“Veysəloğlu” Qrup “Beynəlxalq Talassemiya gününə” həsr olunan qanvermə aksiyası keçirib
Tarix: 01.05.2019 | Saat: 14:54:00 | E-mail | Çapa göndər


“Veysəloğlu” Şirkətlər Qrupu “Bir damla qan, qurtarılan bir can” adlı növbəti qanvermə askiyasını həyata keçirib. Aksiya 8 May “Beynəlxalq Talassemiya gününə” həsr olunub. Talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara kömək məqsədilə keçirilən qanvermə aksiyasında “Veysəloğlu” MMC, “Ulduz” şokolad fabriki, “Araz” supermarketlər şəbəkəsi, “OBA” marketlər şəbəkəsi, həmçinin “Xonça” şirniyyat istehsalatının əməkdaşları fəal iştirak ediblər.
Qeyd edək ki, Respublika Mərkəzi Qan Bankının həkim heyətinin müşaiyəti ilə həyata keçirilən aksiyada hər il şirkətlər qrupunun yüzlərlə əməkdaşı donor qismində könüllü olaraq iştirak edir.
Xatırladaq ki, talassemiya dünyanın bir çox ölkəsində rast gəlinən irsi qan xəstəliyidir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, bütün dünyada 300 milyona yaxın bu xəstəliyi daşıyan insan var. Talassemiya dünyada ən sıx müşahidə olunan tək gen pozğunluğudur. Xəstəliyin əsas səbəbi insanda olan 46 cüt xromosomdan 11-ci xromosomla 16-cı xromosomda yaranan qüsurdur. Ona görə də dünyada milyonlarla insan belə xəstələrin tam sağalana qədər həyatda qalması üçün mütəmadi qanvermə aksiyalarına qoşulur.

Tural




 
Bölməyə aid digər xəbərlər
17.07.2019
Azərbaycanda boşanmaların sayı artıb
17.07.2019
Arıçılara 4,2 milyon manatdan çox subsidiya veriləcək
17.07.2019
Azərbaycanda əhalinin sayı daha 13 133 nəfər artıb
17.07.2019
Azərbaycanda 1238 əkiz, 36 üçəm doğulub
16.07.2019
Zaqatalada 171 nəfər könüllü qan verib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10830

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır
5 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info