“Azərsun Holdinq”də qanvermə aksiyası keçirilb
Tarix: 01.05.2019 | Saat: 15:50:00 | E-mail | Çapa göndər


“Azərsun Holdinq”də, “SİZ QAN VERMƏKLƏ BAŞQALARINA HƏYAT VERİRSİNİZ!” şüarı altında ənənəvi qanvermə aksiyası keçirilib. Mərkəzi Qan Bankı ilə birgə təşkil edilən sosial aksiya Şirkətlər Qrupunun Mədəniyyət Mərkəzində keçirilib. Qanvermədə 500-dən artıq “Azərsun Holdinq” əməkdaşı iştirak edib.
Donor şəxslərə tibbi xidmət göstərilib və toplanılan qan Səhiyyə Nazirliyinin mərkəzi qan bankına təhvil verilib.
Qanvermə aksiyasında iştirak edən Holdinqin Müşahidə Şurasının sədri Abdolbari Goozal əməkdaşlar qarşısında çıxış edərək qan verməklə müxtəlif xəstəliklərdən əziyyət çəkən insanları xilas etməyin mümkün olduğunu bildirib. Şirkət rəhbəri insanlara müxtəlif vasitələrlə maddi, mənəvi yardımın mümkün olduğunu biləcəyini, lakin hər kəsin sosial durumundan asılı olmayaraq ən azından qan verməklə həyat xilas edə biləcəyini vurğulayıb. Azərbaycanın müharibə şəraitində olduğunu, həmçinin talesemmiyadan əziyyət çəkənlərin mövcudluğunu bildirən Abdolbari Goozal qanvermə mədəniyyətinin xüsusilə vacib olduğunu qeyd etdi. O, “Azərsun Holdinq”də çalışanların yalnız qida təhlükəsizliyi, yüksək keyfiyyətli məhsulların istehsalı ilə deyil, eyni zamanda qanı və canı hesabına Azərbaycana xidmət etdiyini və bu fəlsəfənin heç zaman dəyişməyəciyini bildirdi.
Qeyd edək ki, ölkəmizin qeyri-neft sektorunun aparıcı şirkətlərindən olan “Azərsun Holdinq” artıq 12 ildir ki, ənənəvi qanvermə aksiyası keçirməklə yüzlərlə insanın öz sağlamlığına qovuşmasına dəstək verir.

Tural




 
Bölməyə aid digər xəbərlər
17.07.2019
Azərbaycanda boşanmaların sayı artıb
17.07.2019
Arıçılara 4,2 milyon manatdan çox subsidiya veriləcək
17.07.2019
Azərbaycanda əhalinin sayı daha 13 133 nəfər artıb
17.07.2019
Azərbaycanda 1238 əkiz, 36 üçəm doğulub
16.07.2019
Zaqatalada 171 nəfər könüllü qan verib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10830

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır
5 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info