Lusine Kalantaryan: “Ermənistanda iş tapmaq imkanları yox dərəcəsindədir”
Tarix: 01.05.2019 | Saat: 20:10:00 | E-mail | Çapa göndər


Paşinyan hökumətinin ixtisarları nəticəsində işsizlərin sırasına minlərlə yeni işsiz əlavə olunub

Ermənistan işsizliyin səviyyəsinə görə MDB ölkələri arasında “lider” mövqeyini qoruyub saxlayır. Belə ki, açıqlanan son statistik rəqəmlərə görə, bu ölkədə əməkqabiliyyətli əhalinin 20,4 faizi (234 min vətəndaş) işsizdir. Lakin işsizlərin sayının rəsmi rəqəmlərdən daha çox olduğu bildirilir. Erməni KİV-ləri xəbər verir ki, rəsmi statistik rəqəmlərə görə, Ermənistanda əhalinin əməkqabiliyyətli hissəsinin yarısından da azı - cəmi 915 min nəfər işlə təmin olunub. Amma bu ölkənin Statistika Komitəsinin rəsmi nümayəndəsi Lusine Kalantaryan bildirib ki, əməkqabiliyyətli insanların bir hissəsi iş axtarmaq üçün rəsmi orqanlara müraciət etməyib və onların sayı bu statistikada əks olunmayıb. “Məsələn, sosial vəziyyəti ağır olan bir çox kənd sakinləri işləmək istəyirlər, lakin onların yaşadıqları rayonlarda iş tapmaq imkanları yox dərəcəsindədir. Digər tərəfdən, bir çoxları peşələrinin lazımsızlığı ucbatından işsiz qalıblar və yeni peşə öyrənmək üçün maraqları yoxdur. Digər tərəfdən, uzun illərdir işsiz qalan və ümidlərini itirmiş insanlar da iş axtarmaqdan usanıblar və rəsmi olaraq qeydiyyatdan keçmirlər”, -deyə Kalantaryan əlavə edib. Rəsmi hesabatlara görə, Ermənistanda uzun müddət işsiz qalanların sayı 115 min nəfərdən çoxdur. Son aylar Paşinyan hökumətinin hökumət strukturlarında apardığı ixtisarlar nəticəsində bu insanlara minlərlə yeni işsiz əlavə olunub.

Cavidan




 
Bölməyə aid digər xəbərlər
21.05.2019
Ötən il Türkiyədə 1 milyon 300 minə yaxın uşaq doğulub
20.05.2019
“Paşinyan Ermənistanı total diktaturaya doğru aparır”
20.05.2019
Türkiyədə genişmiqyaslı antiterror əməliyyatı keçirilib
20.05.2019
Yerevanda Paşinyanın tərəfdarları məhkəmə binalarını blokadaya alıb
20.05.2019
Marneulidə keçirilən seçkilərdə azərbaycanlı namizəd qalib gəlib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 “Ukraynanın ictimai-siyasi həyatında fəal iştirak edirik”
3 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
4 Üç müharibə iştirakçısı olan general-mayor
5 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info