Forum çərçivəsində beynəlxalq təşkilatların yüksək səviyyəli görüşü keçirilir
Tarix: 02.05.2019 | Saat: 12:49:00 | E-mail | Çapa göndər


Mayın 2-də Bakıda keçirilən V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu açılış mərasimindən sonra işini “Dayanıqlı inkişaf məqsədləri üçün tərəfdaşlığın qurulması” mövzusunda beynəlxalq təşkilatların yüksək səviyyəli görüşü ilə davam etdirir.
AZƏRTAC xəbər verir ki, tədbirin moderatoru, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai 2016-cı il yanvarın 1-də dünya ölkələrinin liderlərinin bir araya gələrək qəbul etdikləri 17 Dayanıqlı İnkişaf Məqsədinin əsas vəzifəsinin hazırda bəşəriyyətin inkişafının qarşısında duran əsas problemlərin həll edilməsi olduğunu deyib. Dünya ölkələrinin hərbi büdcəsinin ümumilikdə 1,8 trilyon dollar olduğunu vurğulayan Qulam İshaqzai bildirib ki, bunun müqabilində sosial problemlərin həllinə ayrılan vəsaitin miqdarı dəfələrlə azdır. Dayanıqlı İnkişaf Məqsədlərinin əsas hədəflərindən biri də heç kimin geridə qalmamasıdır.
Bütün bu məsələlərin əhatəli şəkildə müzakirəsinin əhəmiyyətini qeyd edən Q.İshaqzai bildirib ki, mədəniyyətlərarası dialoqun inkişafına həsr olunan belə bir mötəbər Forumda bu mühüm mövzu ilə bağlı fikir mübadiləsinin aparılması xüsusilə əhəmiyyətlidir. UNESCO-nun Baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Nada Al-Naşif belə mühüm Forumda iştirakından məmnunluğunu ifadə edərək, tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib. Yüksək səviyyəli görüşdə Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova, UNICEF-in uşaq müdafiəsi, Avropa və Mərkəzi Asiya üzrə baş regional məsləhətçisi Aaron Qrinberq, BMT-nin İnkişaf Proqramının İstanbul Regional Mərkəzinin dayanıqlı inkişaf komandasının rəhbəri Corc Bouma və Dünya Turizm Təşkilatının icraçı direktoru Manuel Butler Halter çıxış edəcəklər.




 
Bölməyə aid digər xəbərlər
11.08.2020
Azərbaycan domen adlarının milli inzibatçısı müəyyənləşdi
11.08.2020
Serbiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir
11.08.2020
Azərbaycan və Türkiyə XİN başçıları arasında geniş tərkibli görüş keçirilib
11.08.2020
Qardaş Azərbaycanın yanındayıq, yanında olmağa da davam edəcəyik
11.08.2020
Serbiya Baş Nazirinin müavini, Milli Təhlükəsizlik Şurasının katibi Azərbaycana gəlib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11585

1 Dr. Səttar Yaqubov: Koronovirusla mübarizə aparan Mərkəzi Gömrük Hospitalının tibb personalının sağlamlığının qorunması bizim əsas vəzifə borcumuzdur
2 Statistika sahəsində hesabatlılığın səmərəliliyi artacaq, məlumatlardan istifadə imkanları sadələşəcək
3 Gürcüstanın turizm gəlirləri 80 faiz azalacaq
4 Leyla Abdullayeva: Ermənistan bəzi Yaxın Şərq ölkələrindəki erməni əsilli əhalinin Azərbaycanın beynəlxalq tanınmış Dağlıq Qarabağ və ətraf bölgələrində qanunsuz məskunlaşdırılması cəhdlərinə əl atır
5 Turizm Agentliyi sahibkarlara müraciət edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info