Əkbər Qoşalı: “Dövlət xalqa yaxın olduğu qədər, onun hisslərinə, duyğularına da yaxın olur”
Tarix: 01.05.2019 | Saat: 13:30:00 | E-mail | Çapa göndər


“Aprel ayının son günü Azərbaycan Prezidentinin sədrliyi ilə Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirildi. Yeni ayın ilk günündən bu iclasın geniş əks-sədasını görmək, bir vətəndaş, bir yazar olaraq şəxsən mənimçün xoşdur”. Bu fikirləri Milli QHT Forumu İdarə Heyətinin üzvü Əkbər Qoşalı bildirib. O deyib ki, bu iclasdakı hesabat xarakterli çıxışlarda, dövlət başçısının “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır: “Biz Azərbaycan vətəndaşının rifahı üçün əlimizdən gələni edirik” sözlərinə uyğun atılan addımları, əldə edilmiş sonucları, qarşıya qoyulmuş yeni vəzifələri və əlbəttə, o vəzifələrə uyğun potenasilın mövcudluğunu, çalışma əzmini, yüksək siyasi iradəni bir daha gördük; ümidvaram, toplantı qarşı günlərdə də, diqqət mərkəzində olacaq. Təsbitlərlə, müəyyənləşdirmələrlə süslənmiş, habelə dövlət başçısının bilavasitə səsləndirdiyi iradlarla müşayiət olunan toplantının özü, yeni çağırışlar, təxirəsalınmaz vəzifələrlə mükalimə mövzusudur. Məmurlar nöqsanlara qarşı hüquqi (dövləti!) məsuliyyətlə, ictimai fikri qidalandıran insanlar dövlətçilik şüuru ilə, vətənpərvirliklə xəlqi duyğuları müstəvi üzərində maddiləşdirməklə ümumi işə töhfə verməlidir.
Əlbəttə, bu iclas, orada irəli sürülmüş fikirlər, dinlənilən hesabatlar, iqtisadçılar, politoloqlar tərəfindən incələnir, təhlil olunur və olunmalıdır da; mən isə, bu yazıda bir qədər fərqli məqam¬lara toxun¬maq istərdim.
Bizim Ana Yasamızda birinci maddə, birinci cümlədə yazılıb: “Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır”. “İstiqlal” ordenli Xalq şairi, rəhmətlik Vaqif Səmədoğlusa bir şeirində “…Millət, dövlət zirvəsindən, İnsana enmək vaxtıdır.” deyə yazırdı. Nə gizlədim, dövlət başçısının Nazirlər Kabinetinin iclasındakı nitqi, özəlliklə, (təkrar edirəm)“Bizim siyasətimizin mərkəzində Azərbaycan xalqı dayanır” kəlamı mənə bu iki qiymətli sözü xatırlatdı. Biri ( -Əsas qanunumuzun ilk müddəası olaraq! - ) hüquqi təfəkkürün, o biri duyğu dolu poetik təfəkkürün məhsulu olaraq, sanki )“Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır” kəlamının (əgər belə demək olarsa) fikir qonşularıdır!”
Onun fikrincə, dövlət xalqa yaxın olduğu qədər, onun hisslərinə, duyğularına da yaxın olur: “Bu yaxınlıq, daha doğrusu, iç-içəlik (dövlətin xalqın qəlbindən Günəş kimi doğması!) dövlət başçısının sözlərində çiçəkləyir, ətir saçır.
Fikir necə doğulur, nitq necə səmimiyyət saçır, sözlər necə xəlqiləşir? – Hind mütəfəkkiri, dövlət xadimi Mahatama Qandinin ellərə bəlli sxemini (formulunu) xatırlasaq, duyğular-düşüncəyə, düşüncələr fikirlərə, fikirlər hərəkətə, hərəkətlər xarakterə, xarakter taleyə çevrilir. Mən dövlətimizin sosialyönümlü siyasətini, siyasətin mərkəzinə məhz vətəndaşı almasını bir də bu sxemlə qəbul edirəm. Və şükranlığımı bildirirəm: dövlətimə, dövlət başçıma, xalqıma, xalqı düşünən hər kəsə! – Xarakterlilik cəmiyyətin vicdanıdır! Ümummilli Lider deyirdi: “Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir!”. Öz taleyini dövlətin taleyi ilə birləşdirmək tarixin unutmayacağı məqamdır”.

Fuad




 
Bölməyə aid digər xəbərlər
21.07.2019
Yanes Kosyançiç: Azərbaycanın beynəlxalq yarışların keçirilməsində böyük təcrübəsi var
21.07.2019
Azərbaycan XV Avropa Gənclər Yay Olimpiya Festivalının keçirilməsinə tam hazırdır
21.07.2019
Milli mətbuat Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünyaya çatdırılmasında, düşmənə qarşı informasiya müharibəsində mühüm rol oynayır
20.07.2019
“Paşinyan hakimiyyətinin zəiflədilməsi prosesinin sürətlənməsi ehtimalı qaçınılmazdır”
20.07.2019
Mediamız Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında xüsusi rol oynayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info