ISESCO-nun Baş direktoru: Mehriban Əliyevanın humanitar sahədəki fəaliyyəti bütün dünyada xanımlar üçün gözəl nümunədir
Tarix: 02.05.2019 | Saat: 15:21:00 | E-mail | Çapa göndər


“Bakı Prosesi”nin tərkib hissəsi olan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu dünyanın müxtəlif mədəniyyətləri və dinləri arasında qarşılıqlı anlaşma və əməkdaşlığın təmin olunması baxımından gözəl platformadır. Bu fikirləri “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında Bakıda keçirilən V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçısı İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) Baş direktoru Əbdüləziz Osman Əl-Tüveycri deyib. “2011-ci ildən keçirilməyə başlayan bu Forumun uğurlu olmasının əsas səbəbi Azərbaycan rəhbərliyinin ölkələr arasında dialoq, sülh, qarşılıqlı anlayış kimi dəyərlərə, eləcə də müxtəlif mədəniyyətlər və dinlər arasında dostluq mühitinin yaradılmasına sadiqliyidir. Məhz bu dəyərlər mədəniyyət və dinlər arasında mövcud anlaşılmazlıqları aradan qaldırmağa kömək edir. Əminəm ki, “Bakı Prosesi” xalqlar arasında əməkdaşlıq və anlaşmanın möhkəmləndirilməsini təmin edəcək, həmin mədəniyyəti formalaşdırmağa təkan verəcək. Təmsil etdiyim ISESKO təşkilatının da bu Forumun təşkilatçılarından biri olduğuna görə qürur duyuram”, - deyə Əbdüləziz Osman Əl-Tüveycri bildirib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın bəşəriyyətə xidmət edən bir çox tədbirlərin fəal iştirakçısı olmasını, eyni zamanda, bu tədbirlərin keçirilməsi istiqamətindəki töhfələrini yüksək qiymətləndirən ISESCO-nun Baş direktoru deyib: “Birinci vitse-prezident Mehriban Əliyeva nəinki ölkə daxilində keçirilən, həmçinin regional və beynəlxalq səviyyəli tədbirlərin fəal iştirakçısıdır. Onun humanitar sahədəki fəaliyyəti, ehtiyacı olan insanlara göstərdiyi diqqət və qayğı nəinki İslam ölkələrində, hətta bütün dünyada xanımların bu zəngin təcrübədən yararlanması üçün gözəl nümunədir”.




 
Bölməyə aid digər xəbərlər
20.08.2019
Saakaşvili: “Qarabağ Azərbaycandır, bütün dünya bu fikirdədir”
20.08.2019
Xalq “5-ci kolon”a şans verməyəcək
20.08.2019
Ordumuzda olan, 3000 metr məsafədə helikopteri məhv edən “İqla S“ raket kompleksi
19.08.2019
“Ulduzu barışmayan” AXCP-ReAl
19.08.2019
Gürcüstanla Dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə dövlət komissiyalarının ekspertlərinin işçi görüşü olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10867

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info