Kuani Şimon: Azərbaycan dünyanın mədəniyyətlərarası dialoq mərkəzlərindən birinə çevrilib
Tarix: 02.05.2019 | Saat: 15:32:00 | E-mail | Çapa göndər


Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu xalqlar, icmalar və cəmiyyətlər arasında dialoq üçün optimal şəraitin və bu şəraitin həm daxili, həm də millətlərarası “müxtəliflik dividendlərini”, yəni cəmiyyətlərin daha da müxtəlifləşməsindən irəli gələn fayda və üstünlükləri artırmaq yollarını araşdırmağa imkan yaradacaq. Bu fikri AZƏRTAC-a müsahibəsində Forum çərçivəsində BMT-nin Sivilizasiyalar Alyansının təşkil etdiyi “Qlobal vətəndaşlıq təhsili: sülh mədəniyyətinin aşılanması” aralıq sessiyasının panelçisi, UNESCO-min Sülh və Dayanıqlı İnkişaf üzrə Mahatma Qandi Təhsil İnstitutunun təhsil vasitəsilə zorakı ekstremizmin qarşısının alınması üzrə mütəxəssisi Kuani Şimon deyib. O qeyd edib ki, Forumda 105-dən çox ölkə və 35-dən çox beynəlxalq təşkilatın yüksək səviyyəli rəsmilərinin iştirakı “Bakı Prosesi”nin coğrafiyasının və beynəlxalq əməkdaşlığın genişlənməsindən xəbər verir. Forumun Bakıda təşkili Azərbaycanın dünyanın mədəniyyət və mədəniyyətlərarası dialoq mərkəzlərindən birinə çevrilməsinə dəlalət edir. Dialoq, anlaşma, sülh, sabitlik, mehriban birgə yaşama, tolerantlıq kimi şüarların və təbliğat işlərinin yayılması olduqca vacibdir. Azərbaycana və Prezident İlham Əliyevə belə bir təşəbbüsü reallaşdırdığına görə təşəkkür edirəm.




 
Bölməyə aid digər xəbərlər
11.08.2020
Azərbaycan domen adlarının milli inzibatçısı müəyyənləşdi
11.08.2020
Serbiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir
11.08.2020
Azərbaycan və Türkiyə XİN başçıları arasında geniş tərkibli görüş keçirilib
11.08.2020
Qardaş Azərbaycanın yanındayıq, yanında olmağa da davam edəcəyik
11.08.2020
Serbiya Baş Nazirinin müavini, Milli Təhlükəsizlik Şurasının katibi Azərbaycana gəlib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11585

1 Dr. Səttar Yaqubov: Koronovirusla mübarizə aparan Mərkəzi Gömrük Hospitalının tibb personalının sağlamlığının qorunması bizim əsas vəzifə borcumuzdur
2 Statistika sahəsində hesabatlılığın səmərəliliyi artacaq, məlumatlardan istifadə imkanları sadələşəcək
3 Gürcüstanın turizm gəlirləri 80 faiz azalacaq
4 Leyla Abdullayeva: Ermənistan bəzi Yaxın Şərq ölkələrindəki erməni əsilli əhalinin Azərbaycanın beynəlxalq tanınmış Dağlıq Qarabağ və ətraf bölgələrində qanunsuz məskunlaşdırılması cəhdlərinə əl atır
5 Turizm Agentliyi sahibkarlara müraciət edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info