“Müəllimlərin də təhlükəsizliklə bağlı maarifləndirilməsinə ehtiyac var”
Tarix: 02.05.2019 | Saat: 16:26:00 | E-mail | Çapa göndər


Təhsil müəssisələrində təhlükəsizlik məsələsinə daha həssas yanaşmaq lazımdır. Bu fikri təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev deyib. Ekspert hesab edir ki, təhsil müəssisələrində təhlükəsizliyin təmin edilməsi qapıya nəzarətçinin qoyulması ilə həll olunmur: "Demək olmaz ki, bütün təhsil müəssisələrinin təhlükəsizliyi qorunur. Bəzi məktəblər DİN-in mühafizə polisi tərəfindən qorunur, bəziləri isə özəl mühafizə xidməti göstərən şirkətlərlə müqavilə əsasında mühafizəni təmin edir. Elələri də var ki, növbətçi qaydada qapıya öz əməkdaşlarını qoymaqla məktəbin mühafizəsini təşkil edirlər". Ekspertin sözlərinə görə, təhsil müəssisələrində şagird və tələbələrin təlim, tərbiyə, təhsili ilə yanaşı, təhlükəsizliyini də düşünmək vacibdir: "Təhsil müəssisələrində baş verən neqativ hadisələr tələbələr və uşaqlara həm mənəvi, həm də psixoloji təsir edir, onlarda silinməz izlər buraxır. Onun üçün məktəblərdə baş verən xoşagəlməz hadisələri minimuma edirmək və hadisədən sonra yarana biləcək fəsadları azaltmaq lazımdır".
Elmar Nurəliyev vurğulayıb ki, təhsil müəssisələrində düzgün nəzarət mexanizmi qurmaqla baş verə biləcək hadisələrdən qorunmaq mümkündür. Bu səbəbdən də təhsil müəssisələrinin fiziki olaraq qorunması, texniki təhlükəsizlik, əməyin mühafizəsi, yanğın təhlükəsizliyi, sanitar-gigiyenik təhlükəsizlik, qida təhlükəsizliyi, elektron informasiya təhlükəsizliyinin tətbiqi yolu ilə tələbə və şagirdlərin təhlükəsizliyini təmin etmək olar.
"Bu gün bir çox məktəblərdə kənar şəxslərin, valideynlərin, pul müqabilində uşağları məktəbdən evə gətirən taksi sürücülərinin məktəbin içərisinə rahat girib-çıxması danılmaz faktdır. Bura valideyn qismində gələn şəxslərin həqiqi kimliyini qapıda duran mühafizəçi bilə bilməz. Bu səbəbdən də, kənar şəxsləri məktəbin daxilinə buraxmaq olmaz. İdman dəsrlərində, informatika, fizika-kimya laboratoriyalarında, əmək dərsi otağında və hərbi dərsərin tədris olunduğu siniflərdə texniki təhlükəsizlik, əməyin mühafizəsi, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir" - deyə mütəxəssis qeyd edib.
Onun fikrincə, istifadə olunmayan siniflərin otaqlarının qapıları həmişə bağlı saxlanılmalı, idman dərslərində soyunub-geyinmə otaqlarına, sanitar qovşaqlara xüsusi nəzarət olmalıdır.
"Hesab edirəm ki, müəllimlərin də təhlükəsizliklə bağlı maarifləndirilməsinə ehtiyac var. Çünki fövqəladə hallarda onların üzərinə böyük məsuliyyət düşür - vəziyyəti nəzarətdə saxlamaq. Bunun üçün onların məlumatlı olması vacibdir" - ekspert əlavə edib.

Fuad




 
Bölməyə aid digər xəbərlər
21.07.2019
Yanes Kosyançiç: Azərbaycanın beynəlxalq yarışların keçirilməsində böyük təcrübəsi var
21.07.2019
Azərbaycan XV Avropa Gənclər Yay Olimpiya Festivalının keçirilməsinə tam hazırdır
21.07.2019
Milli mətbuat Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünyaya çatdırılmasında, düşmənə qarşı informasiya müharibəsində mühüm rol oynayır
20.07.2019
“Paşinyan hakimiyyətinin zəiflədilməsi prosesinin sürətlənməsi ehtimalı qaçınılmazdır”
20.07.2019
Mediamız Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında xüsusi rol oynayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info