Pakistan FETÖ ilə əlaqəli qurumları terror təşkilatları siyahısına daxil edib
Tarix: 02.05.2019 | Saat: 16:38:00 | E-mail | Çapa göndər


Pakistan FETÖ (Fətullahçı Terror Təşkilatı) ilə əlaqəli qurumları terror təşkilatları siyahısına daxil edib. TRT xəbər verir ki, Pakistan Daxili İşlər Nazirliyi Pakistan Konstitusiya Məhkəməsinin FETÖ ilə əlaqəli Pak-Türk Beynəlxalq Əsr Təhsil Fondunun terror təşkilatı qəbul etməsi və mal varlıqlarının Türkiyə Maarif Fonduna (TMV) təhvil verməsi qərarından sonra qurumun ölkənin terror təşkilatları siyahısına salındığını bildirib. Nazirlik FETÖ əlaqəli təşkilatın 18 aprel 2019-cu ildən etibarən terror təşkilatı elan edildiyini göstərən yenilənmiş sənədi yayınlayıb. Bu sənədə görə, Pakistan Konstitusiya Məhkəməsi 2018-ci ilin dekabrında FETÖ-nü terror təşkilatı elan edib və təşkilata bağlı 28 məktəbin Türkiyə Maarif Fonduna təhvil verilməsinə qərar verib. Bundan sonra TMF 2019-cu ilin yanvar ayından İslamabaddakı mərkəzi tədris korpusu və təşkilatın ən çoxu Pəncab əyalətində yerləşən məktəblərini təhvil alıb. Eyni ayda Hayber Pahtunhva və Sindhdəki məktəbləri də təhvil alan Türkiyə Maarif Fondu son olaraq Belucistandakı məktəbləri tərkibinə daxil edərək bununla ölkədəki bütün FETÖ məktəblərini bir mərkəzdə toplayıb. Qeyd edək ki, məhkəmə FETÖ-nün ölkədəki məktəblərini geri almaq üçün etdiyi müraciəti fevral ayında rədd etmişdi.

Anar




 
Bölməyə aid digər xəbərlər
21.05.2019
Ötən il Türkiyədə 1 milyon 300 minə yaxın uşaq doğulub
20.05.2019
“Paşinyan Ermənistanı total diktaturaya doğru aparır”
20.05.2019
Türkiyədə genişmiqyaslı antiterror əməliyyatı keçirilib
20.05.2019
Yerevanda Paşinyanın tərəfdarları məhkəmə binalarını blokadaya alıb
20.05.2019
Marneulidə keçirilən seçkilərdə azərbaycanlı namizəd qalib gəlib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 “Ukraynanın ictimai-siyasi həyatında fəal iştirak edirik”
3 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
4 Üç müharibə iştirakçısı olan general-mayor
5 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info