Cefrinin Türkiyə səfəri: ABŞ Türkiyənin maraqlarını nəzərə alacaqmı?
Tarix: 02.05.2019 | Saat: 17:11:00 | E-mail | Çapa göndər


C-400, F-35, Suriya vә Liviyadakı son vәziyyәt müzakirә olunub


Ağ Ev yaradılması planlaşdırılan təhlükəsizlik zonası ilə bağlı Türkiyənin narahatlıqlarının aradan qaldırılacağını vəd edir

Amerika Birləşmiş Ştatlarının Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri Türkiyəya səfər edib. Ankarada xüsusi nümayəndənin ilk dayanacağı Prezident İqamətgahı olub.
Cefri və başçılıq etdiyi ABŞ nümayəndə heyəti Prezident Aparatı sözçüsü İbrahim Kalın və nümayəndə heyəti ilə görüşüb. TRT bildirir ki, Türkiyənin milli təhlükəsizlik prioritetlərinin açıq şəkildə vurğulandığı görüşdə Fıratın şərqində və Suriya içində terrorla mübarizə, təhlükəsiz bölgə, Menbiç yol xəritəsinin həyata keçirilməsi, “İŞİD”, PKK/YPG/PYD də daxil olmaqla, bütün terror ünsürlərinə qarşı hərəkat, İdlib anlaşmasının qorunması, Suriyanın ərazi bütövlüyü çərçivəsində siyasi həllə çatılması və Suriyanın yenidən inşası məsələləri müzakirə edilib. Yaradılması planlaşdırılan təhlükəsiz zonası ilə bağlı Türkiyənin narahatlıqlarının aradan qaldırılacağı və bölgənin bütün terror qruplarından təmizlənəcəyi bildirilib. Görüşdə Suriya məsələsində əməkdaşlığın etimad və şəffaflıq prinsipləri əsasında davam etdirilməsinin əhəmiyyəti də vurğulanıb. ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri daha sonra Türkiyənin xarici işlər nazirinin müavini Sedat Önalla bir araya gəlib. O, ölkənin milli müdafiə naziri Hulusi Akar, Milli İstihbarat Təşkilatının rəisi Hakan Fidanla da görüşüb. Bütün söhbətlər zamanı Suriyadakı hadisələr ətraflı şəkildə müzakirə olunub. Maraqlıdır ki, Türkiyә Prezident Aparatının mәtbuat katibi İbrahim Kalın Amerika Birlәşmiş Ştatlarının milli tәhlükәsizlik mәsәlәlәri üzrә müşaviri Con Boltonla telefon әlaqәsi saxlayıb. Görüşdә C-400, F-35 mәsәlәlәri vә Liviyadakı son vәziyyәt müzakirә olunub. Görüşdә hәmçinin ikitәrәfli münasibәtlәr әtrafında fikir mübadilәsi aparılıb. Tәrәflәr ABŞ prezidenti Donald Trampın Türkiyәyә edәcәyi sәfәrin tarixini dә müzakirә ediblәr.

Anar




 
Bölməyə aid digər xəbərlər
21.05.2019
Ötən il Türkiyədə 1 milyon 300 minə yaxın uşaq doğulub
20.05.2019
“Paşinyan Ermənistanı total diktaturaya doğru aparır”
20.05.2019
Türkiyədə genişmiqyaslı antiterror əməliyyatı keçirilib
20.05.2019
Yerevanda Paşinyanın tərəfdarları məhkəmə binalarını blokadaya alıb
20.05.2019
Marneulidə keçirilən seçkilərdə azərbaycanlı namizəd qalib gəlib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 “Ukraynanın ictimai-siyasi həyatında fəal iştirak edirik”
3 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
4 Üç müharibə iştirakçısı olan general-mayor
5 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info