“Qlobal vətəndaşlıq təhsili: Sülh mədəniyyətinin aşılanması”
Tarix: 02.05.2019 | Saat: 17:40:00 | E-mail | Çapa göndər


Mayın 2-də V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən sessiyada “Qlobal vətəndaşlıq təhsili: Sülh mədəniyyətinin aşılanması” mövzusu ətrafında geniş müzakirələr aparılıb. Jurnalist Çaker Xazalın moderatorluğu ilə keçirilən sessiyada Avropa Şurasının Şimal-Cənub Mərkəzinin Qlobal Təhsil Proqramının meneceri Migel Silva çıxış edərək fərqli mədəniyyətlərə malik insanlarla iş prosesində qazanılan təcrübə proqramından danışıb. Qeyd edib ki, bu gün dünyada müxtəlif pedaqoji kollektivlərdə müxtəlif mədəniyyətləri təmsil dən insanlar çalışır. M.Silva təmsil etdiyi qurumda tarazlı şəkildə təşkil olunan treninqlərdən söz açaraq söyləyib ki, bu treninqlərdə iştirakçılara həm təkbətək, həm də qrup halında öyrənmə prosesi aşılanır: “Bizim düşüncəmiz və prioritetimiz mədəniyyətimizlə bağlıdır ki, bu da bizi fərqləndirir. Biz bu treninqlərlə çox səmərələri nəticələr əldə edirik. Eyni zamanda, bizə qoşulmuş təşkilatlarla rezidensiya kursları da təşkil edirik. Kurslar əslində spesifik çərçivədə təşkil olunur. Bu kurslar qlobal vətəndaşlar şəbəkəsinin universitetlərində aparılır. On gün davam edən kurslarda gənclər öyrənmə prosesində çox şey əldə edirlər. Bu, həm də gənclərin bir-biri ilə hər hansı təcrübəni bölüşmək baxımından əlverişlidir. Treninqlərimizlə yanaşı, kurslarımızda da müxtəlif mövzular tədris edilir. Qlobal vətəndaşlıq təhsili alan insanlara sülh mədəniyyətinin aşılanması vacib məsələlərdəndir. Bu hal onların sonrakı fəaliyyətlərində xüsusi önəm kəsb edir”.
İsveçrənin Mədəniyyətlərarası Təhsil, Təlim və Tədqiqat Cəmiyyətinin (SIETAR) prezidenti xanım Ann-Klod Lambelet rəhbəri olduğu qurumun fəaliyyət istiqamətlərindən danışıb. SIETAR-ın dünyanın 30 ölkəsində nümayəndəliyinin olduğunu qeyd edən A.K.Lamblet qurumun öz sahəsində peşəkar olan insanlarla əməkdaşlıq etməyə üstünlük verdiyini söyləyib. O vurğulayıb ki, SIETAR bu əməkdaşlıq və əlaqələr sayəsində dünyada ən qabaqcıl texnologiya və yeniliklərdən zamanında xəbərdar ola bilir: “Biz konqreslərimiz və seminarlarımızda hər zaman təcrübə mübadilə edirik. Biz gənclərin fəaliyyətinə üstünlük veririk. Çalışırıq ki, yaşadığımız mühitə təsir göstərə bilək”. Sonra KAICIID-in Baş katibinin müavini Alvaro Albaset, UNESCO-nun Nyu-Dehlidə yerləşən Sülh və Dayanıqlı İnkişaf üzrə Mahatma Qandi Təhsil İnstitutunun təhsil vasitəsilə zorakı ekstremizmin qarşısının alınması üzrə mütəxəssisi Kuani Simon, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli, “Sri Lanka Unites” Gənclər Hərəkatının milli direktoru Liyanaaraççig Neluni Tillekeratne və Pakistan Gənclər Alyansının “Peace Rickshaws” layihəsinin təsisçisi Syed Ali Abbas Zaidinin mövzu ilə bağlı çıxışları dinlənilib.
Panel sessiya işini müzakirələrlə davam etdirib.




 
Bölməyə aid digər xəbərlər
20.08.2019
Saakaşvili: “Qarabağ Azərbaycandır, bütün dünya bu fikirdədir”
20.08.2019
Xalq “5-ci kolon”a şans verməyəcək
20.08.2019
Ordumuzda olan, 3000 metr məsafədə helikopteri məhv edən “İqla S“ raket kompleksi
19.08.2019
“Ulduzu barışmayan” AXCP-ReAl
19.08.2019
Gürcüstanla Dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə dövlət komissiyalarının ekspertlərinin işçi görüşü olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10867

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info