Dövlət Departamentinin rəsmisi: ABŞ bundan sonra da Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə kömək edəcək
Tarix: 02.05.2019 | Saat: 19:01:00 | E-mail | Çapa göndər


ABŞ bundan sonra da Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə kömək edəcək. Trend-in məlumatına görə, bunu ABŞ dövlət katibi köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə müavini Corc Kent deyib. O bildirib ki, ABŞ ATƏT Minsk qrupunun həmsədri qismində öz öhdəliklərinə ciddi yanaşır: “Biz şadıq ki, tərəflər arasında liderlər və Xarici İşlər nazirləri səviyyəsində görüşlər baş tutub. Tərəflər qoşunların təmas xəttində gərginliyin və atəşkəs rejiminin pozulması hallarının azaldılması barədə razılıq əldə ediblər. Moskvada bu yaxınlarda keçirilmiş Xarici İşlər nazirlərinin görüşündə məqbul razılaşmalar əldə olunub. ABŞ gələcəkdə Xarici İşlər nazirlərinin görüşünü keçirməyə hazırdır. Növbəti görüşə gəldikdə isə, hələlik demək olmaz ki, yer müəyyənləşdirilib. Amma əmin olun ki, ABŞ öz öhdəliklərinə ciddi yanaşır. Biz münaqişənin sülh yolu ilə həllinə gətirəcək prosesi dəstəkləmək istəyirik. Münaqişənin sülh yolu ilə həll olunmasında tərəflərə kömək etmək niyyətinə sadiqik”.




 
Bölməyə aid digər xəbərlər
20.08.2019
Saakaşvili: “Qarabağ Azərbaycandır, bütün dünya bu fikirdədir”
20.08.2019
Xalq “5-ci kolon”a şans verməyəcək
20.08.2019
Ordumuzda olan, 3000 metr məsafədə helikopteri məhv edən “İqla S“ raket kompleksi
19.08.2019
“Ulduzu barışmayan” AXCP-ReAl
19.08.2019
Gürcüstanla Dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə dövlət komissiyalarının ekspertlərinin işçi görüşü olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10867

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info