XİN qondarma rejim nümayəndəsinin Argentinada görüşlər keçirməsi barədə məlumatı şərh edib
Tarix: 03.05.2019 | Saat: 10:48:00 | E-mail | Çapa göndər


Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) erməni mətbuatında qondarma separatçı rejimin “xarici işlər nazirinin” Argentinada görüşlər keçirməsi ilə bağlı yayılan məlumata münasibət açıqlayıb.
XİN Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma separatçı rejimin “nümayəndəsi”nin Argentinaya səfəri ilə bağlı erməni mətbuatında yayılmış məlumatlar qanunsuz rejimin təşviqinə hesablanıb və özünü aldatmadan başqa bir şey deyildir.
Nazirlik bəyan edir ki, Argentinanın erməni icmasının Buenos Ayres Universitetinin Hüquq fakültəsində təşkil etdiyi uydurma “erməni soyqırımı”na həsr edilmiş tədbirlərdə iştirak edən separatçı rejim nümayəndəsi Argentinada hər hansı ölkə rəsmisi ilə görüşə nail olmayıb.
Bundan əlavə, Argentinanın “Erməni İnstitutları” adlı təşkilatı Argentina Xarici İşlər və Etiqad Nazirliyinin 24 aprel 2019-cu il tarixində dövlət qurumlarına ünvanladığı notanı dərc edərək öz dərin narahatlığını ifadə edib. Belə ki, Argentina Xarici İşlər və Etiqad Nazirliyi sözügedən notasında Argentinanın BMT Nizamnaməsinin 2-ci maddəsində əks olunmuş, digər dövlətin daxili işinə qarışmama və dövlətin ərazi bütövlüyünə hörmət prinsipinin suveren dövlətlər arasında münasibətlərin, həmçinin beynəlxalq sülh və təhlükəsizliyin fundamental sütunu hesab etdiyini və bu səbəbdən, Argentina Respublikasının öz müstəqilliyini elan etmiş “Dağlıq Qarabağ Respublikası” və ya “Artsax”ı beynəlxalq hüquq çərçivəsində müstəqil və suveren dövlət kimi tanımadığını vurğulayır. Bununla əlaqədar, Dağlıq Qarabağın “xarici işlər naziri”ni qəbul etməmək və onunla rəsmi görüşlər keçirməmək tövsiyə olunur.
Göründüyü kimi, separatçı rejimin "nümayəndəsi" qanunsuz işğalçı rejimin beynəlxalq ictimaiyyət, o cümlədən Argentina tərəfindən tanınmadığının şəxsən şahidi olub.
Həmin tarixlərdə Argentina Milli Konqresinin Deputatlar Palatasının sədri Emilio Monzo ilk dəfə olaraq ölkəmizdə rəsmi səfərdə olub və keçirdiyi bütün görüşlərdə Argentinanın yuxarıda qeyd olunan mövqedən cıxış etdiyini və ölkəsinin Azərbaycanla bütün sahələrdə əməkdaşlığı dərinləşdirməkdə maraqlı olduğunu bəyan edib.




 
Bölməyə aid digər xəbərlər
07.08.2020
Azərbaycan-Türkiyə birgə taktiki-uçuş təlimlərinin birinci mərhələsi davam edir - VİDEO
06.08.2020
Naxçıvanda keçirilən Azərbaycan-Türkiyə birgə genişmiqyaslı təlimləri davam edir - VİDEO
06.08.2020
TÜRKİYƏ, AZƏRBAYCAN VƏ RUSİYA EYNİ SƏNGƏRDƏ:İrəvanı yenidən bölmək planı - TƏHLİL
05.08.2020
“TurAz Qartalı - 2020” təlimlərinə döyüş helikopterləri də cəlb edilib
05.08.2020
Azərbaycanda həyata keçirilən sosial dəstək tədbirləri nümunəvi xarakter daşıyır

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11585

1 Bakıda 34 dərəcə isti, rayonlarda dolu, leysan gözlənilir
2 Avqustun 2-si Azərbaycanda Milli Kino Günüdür
3 Qafqaz uzunömürlülüyünün sirri tapıldı - Kabab yeyin
4 Dünya nəhənginin yaradılması yolunda ilk addımı atmışıq, öz Henri Fordumuz, öz “Arzu-1“miz -VİDEO
5 Azərbaycan Kinematoqrafçılar İttifaqının illik mükafatının qalibləri elan olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info