Fabrik mühasib vəzifəsinə işçi axtarılır
Tarix: 03.05.2019 | Saat: 12:51:00 | E-mail | Çapa göndər


Ulduz Şokolad Fabriki işçi axtarır.
Vəzifə: Mal-material üzrə mühasib
Vəzifə öhdəlikləri:
- Mal-materiallara dair alış sənədlərinin işlənməsinin təmin edilməsi, mal-materialların qiymət və say göstəricilərinin alğı-satqı müqaviləsinə, təchizatçıların sifariş sənədlərinə uyğun olub-olmamasının yoxlanılması, uyğunsuzluq halları aşkar olunduqda onların aradan qaldırılmasının tələb və təmin edilməsi;
- Stoka daim nəzarət edib hərəkətdə olan və olmayan xammal və hazır məhsul haqqında hesabatın hazırlanması;
- Mal-materialların alışı, yerdəyişməsi, geri qaytarılması, komplektləşdirilməsi və silgisi ilə bağlı sənədləşmə işlərinin müvafiq qanunvericilik aktlarına və mühasibat uçotu standartlarına uyğunluğunun yoxlanılması və nəzarətin təmini;
- Mal-material alışı ilə bağlı hesabatların düzgün və vaxtında tərtib və təqdim olunmasının təmin edilməsi;
- Mal-materialların hərəkətinə dair məlumatların mühasibat proqramı (Mikro) bazasına əlavə edilməsi;
- İlkin sənədlərin qəbulu və onlara nəzarətin təmini, o cümlədən qaimə və aktların tərtib edilməsi;
- Anbar satışlarının uçotunun bazaya daxil edilməsi;
- Digər təşkilatlardan daxil olmuş sənədlərin yoxlanılması və müvafiq hesablar planına işlənməsinin təmini;
- Müəssisəyə məxsus olan mal-materialların uçotunun aparılması və mal-materialların faktiki maya dəyərinin hesablanması;
- Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatların hazırlanması və təqdim edilməsi;
- Baş Mühasibin verdiyi tapşırıqların icra edilməsi.
Tələblər:
- Ali iqtisadi təhsil;
- Kommersiya müəssisələrində (xüsusilə istehsalat sektorunda) ən azı 3-5 il iş təcrübəsi;
- Mal-material və anbar uçotu üzrə biliklər.
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
1. İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
2. Nahar ilə təmin edilmə.
İş qrafiki: 5 günlük
Müraciət qaydaları: CV-nizi CV.Ulduz@ulduz.com.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Mal - material üzrə mühasib” yazıb göndərməklə müraciət edilir.




 
Bölməyə aid digər xəbərlər
17.07.2019
Azərbaycanda boşanmaların sayı artıb
17.07.2019
Arıçılara 4,2 milyon manatdan çox subsidiya veriləcək
17.07.2019
Azərbaycanda əhalinin sayı daha 13 133 nəfər artıb
17.07.2019
Azərbaycanda 1238 əkiz, 36 üçəm doğulub
16.07.2019
Zaqatalada 171 nəfər könüllü qan verib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10830

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır
5 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info