XİN: “...özünüaldatmadan başqa bir şey deyil”
Tarix: 03.05.2019 | Saat: 13:18:00 | E-mail | Çapa göndər





Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi erməni KİV-lərində qondarma separatçı rejimin “xarici işlər naziri”nin Argentinada görüşlər keçirməsi ilə bağlı yayılan məlumata münasibət bildirib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva məsələ ilə bağlı şərhində Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma separatçı rejimin “nümayəndəsi”nin Argentinaya səfəri ilə bağlı erməni KİV-lərində yayılmış məlumatların qanunsuz rejimin təşviqinə hesablandığını və özünüaldatmadan başqa bir şey olmadığını bildirib. “Qeyd etmək istərdim ki, Argentinanın erməni icmasının Buenos Ayres Universitetinin hüquq fakültəsində təşkil etdiyi, uydurma “erməni soyqırımı”na həsr olunmuş tədbirlərdə iştirak edən separatçı rejimin “nümayəndəsi” Argentinada hər hansı rəsmi şəxslə görüşə nail olmayıb. Bundan əlavə, Argentinanın “Erməni İnstitutları” adlı təşkilatı Argentina Xarici İşlər və Etiqad Nazirliyinin aprelin 24-də dövlət qurumlarına ünvanladığı notanı dərc edərək öz dərin narahatlığını ifadə edib. Belə ki, Argentina Xarici İşlər və Etiqad Nazirliyi sözügedən notasında Argentinanın BMT Nizamnaməsinin 2-ci maddəsində əks olunmuş, digər dövlətin daxili işinə qarışmama və dövlətin ərazi bütövlüyünə hörmət prinsipinin suveren dövlətlər arasında münasibətlərin, həmçinin beynəlxalq sülh və təhlükəsizliyin fundamental sütunu hesab etdiyini və bu səbəbdən, Argentina Respublikasının öz müstəqilliyini elan etmiş “Dağlıq Qarabağ respublikası” və ya “Artsax”ı beynəlxalq hüquq çərçivəsində müstəqil və suveren dövlət kimi tanımadığını vurğulayır. Bununla əlaqədar, Dağlıq Qarabağın “xarici işlər naziri”ni qəbul etməmək və onunla rəsmi görüşlər keçirməmək tövsiyə olunur. Göründüyü kimi, separatçı rejimin “nümayəndəsi” qanunsuz işğalçı rejimin beynəlxalq ictimaiyyət, o cümlədən Argentina tərəfindən tanınmadığının bu ölkəyə səfər edərək şəxsən şahidi olub.
Eyni zamanda, bildirmək istərdim ki, həmin tarixlərdə Argentina Milli Konqresinin Deputatlar Palatasının sədri Emilio Monzo ilk dəfə olaraq ölkəmizdə rəsmi səfərdə olub və keçirdiyi bütün görüşlərdə Argentinanın yuxarıda qeyd olunan mövqedən çıxış etdiyini və ölkəsinin Azərbaycanla bütün sahələrdə əməkdaşlığı dərinləşdirməkdə maraqlı olduğunu bəyan edib”, – deyə mətbuat xidmətinin rəhbəri qeyd edib.




 
Bölməyə aid digər xəbərlər
20.08.2019
Saakaşvili: “Qarabağ Azərbaycandır, bütün dünya bu fikirdədir”
20.08.2019
Xalq “5-ci kolon”a şans verməyəcək
20.08.2019
Ordumuzda olan, 3000 metr məsafədə helikopteri məhv edən “İqla S“ raket kompleksi
19.08.2019
“Ulduzu barışmayan” AXCP-ReAl
19.08.2019
Gürcüstanla Dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə dövlət komissiyalarının ekspertlərinin işçi görüşü olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10867

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info