Forumun daha bir sessiyası gənclərin məşğulluğu və peşə təhsili mövzusuna həsr edilib
Tarix: 03.05.2019 | Saat: 15:46:00 | E-mail | Çapa göndər


Mayın 3-də V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən növbəti sessiyada “Gənclərin məşğulluğu və peşə təhsili: ayrı-seçkilik və bərabərsizlik əleyhinə innovativ yanaşmalar” mövzusunda geniş müzakirələr aparılıb. Sessiyanın moderatoru, BMT-nin Terrorla Mübarizə İdarəsinin aparat rəhbəri Sevil Əlirzayeva təmsil etdiyi qurumun gənclərin peşə təhsili və innovativ yanaşmalara münasibəti istiqamətində həyata keçirdiyi layihələrdən danışıb. Qeyd edib ki, BMT-nin Terrorla Mübarizə İdarəsi tərəfdaş dövlətlərlə birgə iş aparır.
Gənclərin məşğulluğu ilə bağlı reallaşan bütün proqramlarda təbliğat üçün medianın rolundan da istifadə olunmasının vacibliyini vurğulayan natiq deyib ki, gənclər cəmiyyətin fəal üzvləri olmaqla yanaşı, həm də daha çox xarici təsirlərə məruz qala bilən hissəsidir. Gənclərin maarifləndirilməsində onların ekstremist təsirlərdən qorunması üçün mənimsədikləri elmi biliklər xüsusi əhəmiyyət kəsb edir. Bu, həm onların məşğulluğunun təmin olunması, həm də terrorla mübarizə istiqamətində vacib məqamlardan biridir. O vurğulayıb ki, BMT-nin Terrorla Mübarizə İdarəsi gənclərin məşğulluğunun təmin olunması, eləcə də ayrı-seçkiliyə, terrora qarşı mübarizə istiqamətində qlobal və regional layihələr həyata keçirmək üçün tərəfdaş ölkələrlə mütəmadi əməkdaşlıq edir. Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov ölkəmizdə gənclər siyasətinin həyata keçirilməsi istiqamətində görülən işlərdən danışıb. Dünyada ksenofobiya və ayrı-seçkiliyin geniş yayıldığına diqqət çəkən F.Cəfərov ölkəmizdə hər zaman tolerantlığa, multikultural dəyərlərə hörmətlə yanaşıldığını deyib. “Azərbaycan terroru yaşamış ölkədir. Biz bunun nə olduğunu çox yaxşı bilirik. Torpaqlarımızın Ermənistan tərəfindən işğalı ilə yanaşı, ölkəmizdə bu dövlət tərəfindən bir neçə dəfə terror aktı törədilib. Biz terroru hər vəchlə pisləyirik və ona qarşı mübarizənin bütün üsullarını dəstəkləyirik”, - deyə icraçı direktor bildirib. O əlavə edib ki, rəhbəri olduğu qurum gənclərin maarifləndirilməsi və onlarla bağlı dövlət proqramlarının icrasında yaxından iştirak edir. Daha sonra UNESCO-nın Baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Nada Al-Naşif, BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsinin kabinet rəhbəri və sözçüsü Nihal Saad mövzu ilə bağlı fikirlərini bildiriblər. Onlar dünyada gənclərin peşə təhsilinin inkişafı və terrorizmlə mübarizə baxımından belə forumların əhəmiyyətini qeyd ediblər. Daha sonra sessiya ekspertlər paneli ilə interaktiv dialoq şəklində davam edib.




 
Bölməyə aid digər xəbərlər
20.08.2019
Saakaşvili: “Qarabağ Azərbaycandır, bütün dünya bu fikirdədir”
20.08.2019
Xalq “5-ci kolon”a şans verməyəcək
20.08.2019
Ordumuzda olan, 3000 metr məsafədə helikopteri məhv edən “İqla S“ raket kompleksi
19.08.2019
“Ulduzu barışmayan” AXCP-ReAl
19.08.2019
Gürcüstanla Dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə dövlət komissiyalarının ekspertlərinin işçi görüşü olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10867

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info