Bakıda Ümumdünya Mətbuat Azadlığı Gününə həsr olunan konfrans keçirilib
Tarix: 03.05.2019 | Saat: 16:17:00 | E-mail | Çapa göndər


Mayın 3-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə 3 may - Ümumdünya Mətbuat Azadlığı Günü ilə əlaqədar “Mətbuat azadlığı: bəşəri mahiyyət və Azərbaycan reallıqları” mövzusunda konfrans keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabana gedərək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad ediblər. Sonra “Əkinçi” qəzetinin yaradıcısı, Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin məzarı ziyarət olunub. Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov konfransda çıxış edərək bildirib ki, bu gün Azərbaycan mətbuatı kifayət qədər inkişaf edən realist, müstəqil, hadisələrə milli maraqlardan baxmağa qadir olan mətbuatdır. O, Azərbaycan mətbuatının dünyanın inkişaf edən mediasının tərkib hissəsi olduğunu vurğulayıb. Qeyd edib ki, Azərbaycanda baş verən hadisələr bu və ya digər yolla - istər media, istərsə də sosial şəbəkələr vasitəsilə ictimaiyyətə çatdırılır. Bu gün Azərbaycanda 3 milyon insan sosial şəbəkələrdən istifadə edir. “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib ki, Azərbaycanda söz və mətbuat azadlığı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün söz azadlığının hüdudları o qədər genişdir ki, bu, medianın inkişafı deməkdir. Bu günün jurnalistləri çox xoşbəxtdirlər ki, belə azad şəraiti olan mətbuat orqanlarında çalışırlar. H.Babaoğlu vurğulayıb ki, milli mətbuatımız bütün dövrlərdə qabaqcıl ideyaların carçısı və daşıyıcısı olub. Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev deyib ki, bu gün informasiya bolluğu şəraitində yalanla həqiqəti ayırd etmək çətin olur. Bu isə qlobal dünyada müəyyən mənfi hallara yol açır. Buna görə də informasiya seçimində diqqətli olmaq lazımdır. Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, "Bakı-xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev və başqaları çıxış edərək Azərbaycanda söz və mətbuat azadlığının təmin olunması, mətbuatın inkişafı istiqamətində görülən işlərdən danışıblar.
Konfrans müzakirələrlə davam edib.




 
Bölməyə aid digər xəbərlər
11.08.2020
Azərbaycan domen adlarının milli inzibatçısı müəyyənləşdi
11.08.2020
Serbiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir
11.08.2020
Azərbaycan və Türkiyə XİN başçıları arasında geniş tərkibli görüş keçirilib
11.08.2020
Qardaş Azərbaycanın yanındayıq, yanında olmağa da davam edəcəyik
11.08.2020
Serbiya Baş Nazirinin müavini, Milli Təhlükəsizlik Şurasının katibi Azərbaycana gəlib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11585

1 Dr. Səttar Yaqubov: Koronovirusla mübarizə aparan Mərkəzi Gömrük Hospitalının tibb personalının sağlamlığının qorunması bizim əsas vəzifə borcumuzdur
2 Gürcüstanın turizm gəlirləri 80 faiz azalacaq
3 Leyla Abdullayeva: Ermənistan bəzi Yaxın Şərq ölkələrindəki erməni əsilli əhalinin Azərbaycanın beynəlxalq tanınmış Dağlıq Qarabağ və ətraf bölgələrində qanunsuz məskunlaşdırılması cəhdlərinə əl atır
4 Turizm Agentliyi sahibkarlara müraciət edib
5 Azərbaycan mətbəxi: Naxçıvan bozpörtü -VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info