Müxalifət hələ də “meydan hərəkatı” sevdasındadır
Tarix: 03.05.2019 | Saat: 16:57:00 | E-mail | Çapa göndər


Müasir beynəlxalq münasibətlər sistemi bir neçə ildir ki, böyük dəyişikliklər dövrünü yaşayır. Bu dəyişikliklər dünyanın əksər dövlətlərinə mənfi yöndən öz təsirini göstərməkdədir. Belə dəyişikliklərdən biri və başda duranı dünyanın geosiyasi mənzərəsinin dəyişməsi və iqtisadi krizislərlə müşahidə olunan proseslərin, əsasən ikinci və üçüncü dərəcəli ölkələrə təsir etməsidir. Xüsusən də beynəlxalq münasibətlər sistemi ərəb ölkələrində baş verən məlum inqilabi proseslər, xaos və demokratiya adı altında bölgəyə gətirilən sonu görünməyən vətəndaş müharibələrindən daha çox xələl gördü. Belə bir anormal sistemin hökm sürdüyü dünyamızda, demokratiya pərdəsi altında sabit olan, stabilliyin illərlə hökm sürdüyü bir sıra inkişaf edən ölkələrə də barmaq uzadılır. Təbii ki, bu aşkar formada deyil, həmin ölkələrdə olan bəzi siyasi qüvvələr, radikallar, əsasən də Qərbə bağlı olan müxalifət tərəfindən bir də sosial medianın gücü ilə edilir. Bu mənada hansı ölkələrdə ki, siyasi müxalifət beynəlxalq münasibətlər sistemini az qala çökdürən “ərəb bahar”ını təqdir edir, demək ki, orada müxalifət həmin məlum, bəzi Şərq ölkələrini viran qoyan “xəttə” qoşulub- demokratiya adı altında mövcud olduqları ölkələrin, regionun xəritəsini dəyişməyə cəhd edir...
Belə arzu və sevdada olanlardan bir qrupu da Azərbaycan müxalifətindədir. Azərbaycan müxalifətində də gözəl anlayırlar ki, ərəb ölkələrində baş verən hadisələr, əsasən də etirazlar nəticəsində hakimiyyətlərin devrildiyi dörd ərəb ölkəsində- Tunis, Yəmən, Misir və Liviyada hələ də stabillik hökm sürmür, əhalinin sosial rifahı isə əvvəlki dövrlə müqayisədə daha da pisləşib. Həmin ölkələrə yardım əvəzinə kapitalizmin ən sərt üzü də göstərilir... Mən hələ inqilab dalğasının ciddi maneə ilə üzləşdiyi Suriyanın hazırkı durumunu demirəm! Burada bir tərəfdən xaricdən hərbi, siyasi dəstək alan müxalifətlə, digər tərəfdən xalqın böyük qisminin tərəfində durduğu hökumət qüvvələri arasında gedən döyüşlər sonda “İŞİD” kimi terrorçu təşkilatların da bu ölkəyə ayaq açması ilə nəticələndi. Bütün bunları ona görə xatırlatdım ki, Azərbaycan müxalifəti də, hələ də tutduğu bu “xəttin”, söykəndiyi xarici “demokratik” qüvvələrin Azərbaycanda inqilaba cəhdinin uğursuzluqla nəticələnəcəyini gözəl anlayır. Çünki adları sadalanan ölkələrdən fərqli olaraq, Azərbaycanda xalq öz dövlətinin, hakimiyyətin tərəfindədir, heç bir xarici təsirlərə boyun əymir. Amma hələ də müxalifət xam xəyallar qurur ki, meydan hərəkatları, inqilablarla hakimiyyətə yiyələnə biləcək. Bu işdə sosial şəbəkələrin də böyük rol oynadığını etiraf edən müxalifətçilər gecə-gündüz iş başındadılar. Məsələn, Əli Kərimlinin hər iki statusundan biri məhz ona köklənir ki, insanlar mitinqlərə gəlməlidirlər, guya xalqın “nicat yolu” meydanlardan keçir, inqilabla dəyişiklik vacibdir və s. Əslində, iki aydır ki, Əli Kərimlinin nifrət etdiyi həmkarı- ReAl partiyasının rəhbəri İlqar Məmmədov daha loyal yol seçib, seçkilərə getməyi təklif edəndə, nəinki AXCP sədri, Cəmil Həsənli və digər radikal müxalifət rəhbərləri də onu daş-qalaq etdilər ki, bəs İlqar Məmmədov hakimiyyətə satılıb. Maraqlıdır, öz gücünə, xalqa arxalanan bir adam seçkilərdən, ümumiyyətlə seçki sözündən niyə qaçsın axı? Çünki mitinqlərdə qrant var, çünki xaricdəki havadarlarına dinc yolla siyasi mübarizə sərf etmir, çünki heç Əli Kərimlini dəstəkləyənlərin sayı seçkidə əhəmiyyətli dəyişikliyə səbəb olacaq qədər deyil. Sosial baza az olanda ortaya anormal təkliflər çıxır ki, bunlardan biri də az qala hər həftə mitinq keçirməkdir. Mən hələ bu mitinqlərə gələnləri və hansı yolla bura cəlb edilməklərini demirəm. Üstəgəl, 19 yanvar mitinqindən sonra kütləni idarə edə bilməyən Əli Kərimli sonda Bakının bəzi küçələrində kiçik insidentlərin yaranmasına səbəb olmuşdu. Yəni Əli Kərimlinin bu icazəli mitinq ideyası, əslində sonda xaosa çevrilmək məqsədi də güdür. Bu gün mitinqləri Gültəkin Hacıbəyli kimi tez-tez siyasi mövqeyini dəyişən adamlar da dəstəkləyirlər. Elə Cəmil Həsənli, Tofiq Yaqublu, xaricdə oturub rahat həyat sürə-sürə, agentliklə məşğul olan bəzi mühacir gənclər də sosial şəbəkələr üzərindən paylaşdıqları statuslarda bu cür anarxiyaya çağırışar edirlər. Sosial şəbəkələrdə aktiv olmağa çalışan bu müxalifət adamlarını dəstəkləyənlərinin sayının az olması isə bir daha onu göstərir ki, bu çabalar boşuna edilir.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
11.08.2020
Azərbaycan domen adlarının milli inzibatçısı müəyyənləşdi
11.08.2020
Serbiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir
11.08.2020
Azərbaycan və Türkiyə XİN başçıları arasında geniş tərkibli görüş keçirilib
11.08.2020
Qardaş Azərbaycanın yanındayıq, yanında olmağa da davam edəcəyik
11.08.2020
Serbiya Baş Nazirinin müavini, Milli Təhlükəsizlik Şurasının katibi Azərbaycana gəlib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11585

1 Dr. Səttar Yaqubov: Koronovirusla mübarizə aparan Mərkəzi Gömrük Hospitalının tibb personalının sağlamlığının qorunması bizim əsas vəzifə borcumuzdur
2 Statistika sahəsində hesabatlılığın səmərəliliyi artacaq, məlumatlardan istifadə imkanları sadələşəcək
3 Gürcüstanın turizm gəlirləri 80 faiz azalacaq
4 Leyla Abdullayeva: Ermənistan bəzi Yaxın Şərq ölkələrindəki erməni əsilli əhalinin Azərbaycanın beynəlxalq tanınmış Dağlıq Qarabağ və ətraf bölgələrində qanunsuz məskunlaşdırılması cəhdlərinə əl atır
5 Turizm Agentliyi sahibkarlara müraciət edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info