Etnik-mədəni müxtəlifliyin artması və onun tənzimlənməsində çoxmədəniyyətlilik siyasəti xüsusi əhəmiyyət kəsb edir
Tarix: 03.05.2019 | Saat: 17:33:00 | E-mail | Çapa göndər


Mayın 3-də Beşinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Müasir dünyada etnik-mədəni müxtəlifliyin artması və onun tənzimlənməsində çoxmədəniyyətlilik siyasətinin əhəmiyyəti” mövzusunda növbəti sessiya keçirilib.
AZƏRTAC xəbər verir ki, sessiya Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) tərəfindən təşkil edilib. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov tədbirə moderatorluq edib. O, Azərbaycandakı multikultural mühit barədə məlumat verib. Tədbirdə çıxış edən BBMM-in Himayəçilik Şurasının sədri Kamal Abdullayev multikulturalizmin Azərbaycanın dövlət siyasəti olduğunu bildirib. Qeyd edib ki, Azərbaycanda dinlərarası harmoniya, qədim tolerantlıq və multikulturalizm ənənələri mövcuddur. Əhalisinin əksəriyyəti müsəlman olan ölkəmizdə İslam dini ilə yanaşı, digər dinlərə mənsub insanlar qarşılıqlı anlaşma, mehriban qonşuluq və əmin-amanlıq şəraitində yaşayırlar. Azərbaycanda tarixən mövcud olan bu ənənələrin qorunması və inkişafı, eləcə də multikultural dəyərlərin təbliği ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, multikulturalizmin təbliği dini dəyərlərin, Azərbaycanda yaşayan müxtəlif etnik qruplardan ibarət xalqımızın tarixinin, mədəniyyətinin təbliği olmaqla yanaşı, xalqımızın bütün dünyaya verdiyi sevgi, mərhəmət mesajıdır. M.Qurbanlı tədbir iştirakçılarını Azərbaycanın multikulturalizm ənənələri barədə məlumatlandırıb, ölkəmizdə mövcud olan müxtəlif dini icmalar, dövlət-din münasibətlərini tənzimləyən qanunvericilik bazası və bu sahədə dövlət siyasətindən danışıb. ABŞ Etnik Anlaşma Fondunun prezidenti Mark Şnayer, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev, Los-Anceles Xristian Dini Mərkəzinin rəhbəri, yepiskop Xuan Karlos Mendez, Kolumbiya ştatının Vaşinqton Hüquq Assosiasiyasının məsləhətçisi Janna Skot və başqaları çıxış edərək ölkəmizdəki multikulturalizm mühitinin bütün dünyaya nümunə olduğunu bildiriblər. Qeyd edilib ki, multikulturalizm və tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olub, bu gün isə etnik mənsubiyyətindən, dilindən, dinindən asılı olmayaraq Azərbaycan dövlətinin hər bir vətəndaşının gündəlik həyat tərzinə çevrilib. Bu, olduqca təqdirəlayiq haldır.
Tədbir müzakirələrlə davam edib.




 
Bölməyə aid digər xəbərlər
20.08.2019
Saakaşvili: “Qarabağ Azərbaycandır, bütün dünya bu fikirdədir”
20.08.2019
Xalq “5-ci kolon”a şans verməyəcək
20.08.2019
Ordumuzda olan, 3000 metr məsafədə helikopteri məhv edən “İqla S“ raket kompleksi
19.08.2019
“Ulduzu barışmayan” AXCP-ReAl
19.08.2019
Gürcüstanla Dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə dövlət komissiyalarının ekspertlərinin işçi görüşü olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10867

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info