Heydər Əliyev Fondunun dəstəyi ilə Pakistanda Azərbaycanşünaslıq Mərkəzi fəaliyyətə başlayıb
Tarix: 03.05.2019 | Saat: 17:35:00 | E-mail | Çapa göndər


İslamabadda yerləşən Pakistan Milli Kitabxanasında Azərbaycanşünaslıq Mərkəzinin açılış mərasimi keçirilib, buradakı Heydər Əliyev guşəsi yenilənərək istifadəyə verilib.
Tədbir ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar keçirilib. Mərasimdə Pakistanın federal təhsil və peşəkar təlim, eləcə də milli tarix və ədəbi irs üzrə federal naziri Şəfqət Mahmud, həmçinin Pakistanın milli tarix və ədəbi irs üzrə federal katibi Əmir Həsən, bir sıra xarici ölkələrin Pakistandakı səfirləri, diplomatları, media mənsubları, ictimaiyyət nümayəndələri və tələbələr iştirak ediblər.
Azərbaycanın və Pakistanın dövlət himnləri səsləndirildikdən sonra çıxış edən Əmir Həsən Azərbaycanın və Pakistanın tarixi, mədəni dostluq münasibətlərinə malik olduğunu, hər iki ölkənin mədəniyyətinin, tarixinin, xalqlarının həyat tərzinin öyrənilməsinin əhəmiyyətini vurğulayaraq pakistanlıların Azərbaycanı daha yaxşı öyrənməsi istiqamətində Mərkəzin önəmli rol oynayacağını bildirib.
Pakistan Milli Kitabxanasında Azərbaycanşünaslıq Mərkəzinin yaradılması üçün əlverişli şəraitə görə Pakistan hökumətinə təşəkkürlərini ifadə edən Azərbaycanın bu ölkədəki səfiri Əli Əlizadə Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Mərkəzin ilk olaraq Azərbaycan-Pakistan dostluq və qardaşlıq əlaqələrinin daha da güclənməsinə, iki ölkə arasındakı əlaqələrin güclənməsinə xidmət edəcəyini diqqətə çatdırıb. Səfir Mərkəzin, həmçinin tədqiqatçıların, alimlərin, gənclərin və ictimaiyyətin digər nümayəndələrinin Azərbaycanın tarixi, mədəniyyəti, irsi, siyasi nailiyyətləri və sosial-iqtisadi inkişafı barədə daha dolğun və etibarlı məlumat almasına kömək edəcəyini, bununla da Azərbaycan-Pakistan əlaqələrinə öz töhfəsini verəcəyini qeyd edib.
Heydər Əliyev Fondunun Pakistanda həyata keçirdiyi sosial və humanitar layihələr haqqında iştirakçılara məlumat verən Əli Əlizadə Fondun Azərbaycanşünaslıq Mərkəzini kompüter, televizor, eləcə də digər müvafiq avadanlıqlarla, kitab və müxtəlif əyani materiallarla təmin etdiyini bildirib, Fond tərəfindən Azərbaycana aid dərc olunan yeni kitab və nəşrlərin müntəzəm olaraq mərkəzə göndəriləcəyini qeyd edib, davamlı dəstəyə görə Heydər Əliyev Fonduna və onun rəhbərliyinə təşəkkürünü çatdırıb. Səfir Azərbaycan xalqının Ümummilli Liderinin ölkəmiz və xalqımız qarşısındakı xidmətlərindən bəhs edərək, Azərbaycanşünaslıq Mərkəzinin onun doğumunun 96-cı ildönümünə həsr olunduğunu, Pakistan Milli Kitabxanasında mövcud olan Heydər Əliyev guşəsinin də təmir edilərək yeniləndiyini, Ulu Öndərin adını daşıyan Fondun təqdim etdiyi yeni kitab və materiallarla təchiz edildiyini, bu guşənin də Ümummilli Liderin həyat və fəaliyyəti haqqında daha çox bilgi əldə etmək istəyən istifadəçilərə xidmət edəcəyini əlavə edib. Səfir ictimaiyyət nümayəndələrini Mərkəzin imkanlarından faydalanmağa dəvət edib. Şəfqət Mahmud çıxışında Azərbaycan-Pakistan əlaqələrinin möhkəm təmələ söykəndiyini qeyd edərək, Mərkəzin yaradılmasını mühüm addım kimi qiymətləndirib. Nazir Azərbaycana etdiyi səfərini xatırladaraq, bu ölkənin daim tərəqqiyə imza atdığını və regionun önəmli ölkələrindən birinə çevrildiyini bildirib.
Yekunda Pakistan Milli Kitabxanasının baş direktoru Qayur Hüseyn Azərbaycanşünaslıq Mərkəzinin yaradılmasına görə Azərbaycan Hökumətinə və Heydər Əliyev Fonduna təşəkkürlərini ifadə edib.
Mərkəz Azərbaycanın Ümummilli Lideri və digər görkəmli şəxsiyyətlərinə dair kitablar, məlumatlar, fotoşəkillər, Azərbaycana, Dağlıq Qarabağ münaqişəsinə və münaqişənin törətdiyi fəsadlara, Azərbaycanın tarixi, elmi və mədəniyyəti, turizmi, milli irsi, siyasi quruluşu, sosial-iqtisadi inkişafına dair nəfis kitablar, bukletlər, DVD, CD disklər, xəritə, şəkillər və digər müxtəlif əyani materiallarla, eləcə də elektron avadanlıqlarla təchiz edilib.




 
Bölməyə aid digər xəbərlər
20.08.2019
Saakaşvili: “Qarabağ Azərbaycandır, bütün dünya bu fikirdədir”
20.08.2019
Xalq “5-ci kolon”a şans verməyəcək
20.08.2019
Ordumuzda olan, 3000 metr məsafədə helikopteri məhv edən “İqla S“ raket kompleksi
19.08.2019
“Ulduzu barışmayan” AXCP-ReAl
19.08.2019
Gürcüstanla Dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə dövlət komissiyalarının ekspertlərinin işçi görüşü olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10867

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info