Ermənistan gələcək inkişafını görmək istəyirsə, təcavüzkar siyasətinə son qoymalıdır
Tarix: 03.05.2019 | Saat: 21:13:00 | E-mail | Çapa göndər


Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində növbəti mərhələ substantiv və intensiv danışıqların davam etdirilməsidir. Ermənistan tərəfindən xoş bir niyyət və konstruktivliyin nümayiş etdirilməsinə ciddi ehtiyac var.
Bunu Azərbaycan Prezidenti Administrasiyasının (PA) şöbə müdiri Hikmət Hacıyev Trend İnformasiya Agentliyinin “Sahil Kərimli ilə müsahibə zamanı” müəllif layihəsində Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesində Ermənistan tərəfinin format dəyişikliyi ilə bağlı cəhdlərinin boşa çıxması məsələsinə münasibət bildirərkən deyib.
Şöbə müdiri qeyd edib ki, Ermənistan tərəfidən danışıqlar prosesinin formatının dəyişdirilməsi istiqamətində müəyyən cəhdlər, hətta danışıqlar prosesinə qeyd-şərt qoyulması kimi bir siyasətin yürüdülməsinə cəhdlər edilib: “Bu cəhdlər yenə də nəticə etibarilə öz uğursuzluğunu göstərmiş oldu. Dövlətimizin başçısının Nazirlər Kabinetinin iclasında da qeyd etdiyi kimi, Azərbaycanın mövqeyi dəyişməz olaraq qalır, bu, qəti və birmənalı mövqedir və danışıqlar prosesi də mövcud format əsasında davam etdirilməlidir. Bu prosesdə Azərbaycan konstruktiv tərəf olaraq münaqişənin tezliklə həll olunmasında maraqlıdır. Çünki işğaldan və təcavüzdən də əziyyət çəkən Azərbaycandır”.
H.Hacıyevin sözlərinə görə, Ermənistanın danışıqlar formatının dəyişdirilməsi cəhdlərinə beynəlxalq ictimaiyyət özü də layiqli cavab verib:
“Ermənistanın Baş naziri Avropa İttifaqının Mənzil Qərargahına səfər etdi və səfər çərçivəsində o, danışıqlar prosesinin dəyişdirilməsi ilə əlaqədar iddialar irəli sürdü. Lakin 3 səviyyədə - Avropa İttifaqının prezidenti Donald Tusk, qurumun xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerini və Qonşuluq siyasəti və Genişlənmə danışıqlar üzrə Komissarı Yohannes Hann tərəfindən mətbuata verilən açıqlamalarda Ermənistan rəhbərliyinin iştirakı ilə açıq və birmənalı şəkildə ifadə olundu ki, danışıqlar prosesinin formatının dəyişdirilməsi cəhdləri qəbuledilməzdir və mövcud format əsasında danışıqlar prosesi davam etdirilməlidir. Bununla yanaşı, martın 9-da ATƏT-in Minsk Qrupunun həmsədrləri bəyanatla çıxış etdilər. Bu, kifayət qədər geniş bəyanat idi və münaqişənin həllinin yol xəritəsi adlandırıla bilər. Həmsədrlər bəyan etdilər ki, danışıqların formatı dəyişdirilə bilməz, status-kvo qəbuledilməzdir və münaqişə mərhələli şəkildə həll edilməlidir. Proses çərçivəsində atılmalı addımlardan biri Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ətrafındakı ərazilərinin işğaldan azad edilməsidir. Bunun növbəti təntənəsini Ermənistanın Baş naziri ilə Azərbaycan Prezidenti İlham Əliyevin Vyanada keçirilən görüşü zamanı gördük. Bu, bir daha danışıqlar prosesinin formatının təsbiti idi.
Bunun ardınca Moskvada hər iki ölkənin baş diplomatlarının ATƏT-in Minsk Qrupunun həmsədrləri və Rusiyanın xarici işlər nazirinin iştirakı ilə keçirilən görüşü də sübut etdi ki, tərəf qismində Ermənistan çıxış edib. Bütün bunlar onu göstərir ki, Ermənistan yenə iddialar irəli sürsə də, özünü tamamilə çətin bir duruma salir”.
PA rəsmisi vurğulayıb ki, növbəti mərhələ substantiv və intensiv danışıqların davam etdirilməsidir: “Ermənistan tərəfindən xoş bir niyyətin və konstruktivliyin nümayiş etdirilməsinə ciddi ehtiyac var. Biz hələ də ümidvarıq ki, Ermənistanın indiki rəhbərliyi əvvəlki rejimin səhvlərini təkrarlamayacaq. Düşünürük ki, bu məntiqi müəyyən dərəcədə qəbul etməyə yaxınlaşırlar. Bu yaxınlarda Ermənistanın Baş nazirinin “Nezavisimaya qazeta”ya müsahibəsi oldu və jurnalistin “Ermənistanın problemləri nədən ibarətdir?” sualına cavabında o, qeyd etdi ki, problem Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və iqtisadi inkişafla bağlıdır. Haşiyə çıxıb Ermənistan rəhbərinə xitabən onu qeyd edə bilərik ki, bunlar ikisi də bir-biri ilə bağlı olan məsələdir. Əgər Dağlıq Qarabağ münaqişəsi həll olunmasa, Ermənistanın iqtisadi inkişafı qeyri-mümkündür".
H.Hacıyev əlavə edib ki, Azərbaycan danışıqlar prosesində öz qəti və əzmli mövqeyi ilə çıxış edir: "Ermənistan işğalçı dövlətdir, ona münasibətdə də Azərbaycanın qəti və birmənalı mövqeyi olmalıdır. Ermənistan bu çıxılmaz vəziyyətdən qurtulmaq və ölkənin gələcək inkişafını görmək istəyirsə, qonşu dövlətlərlə sivil münasibət qurmalı, təcavüzkar siyasətinə son qoymalıdır. Bu xüsusda Azərbaycanın işğal olunmuş ərazilərindən öz qoşunlarını çıxarmalı, münaqişənin siyasi həlli üçün hərtərəfli imkanların yaradılmasına çalışmalıdır”.




 
Bölməyə aid digər xəbərlər
24.08.2019
Jewish Journal: Azərbaycanda qadınlara seçki hüququ verilməsinin 100 illiyi tamam olur
22.08.2019
Azərbaycan XİN: Ermənistan heç bir halda demokratiyanın qasidi statusuna iddia edə bilməz
22.08.2019
Əli Kərimli mərasimləri, məzarlıqları özünün təbliğat tribunasına çevirməyə çalışır
21.08.2019
Əli Kərimlinin hərəkətləri şəhidlərimizə, onların yaxınlarına hörmətsizlikdən başqa bir şey deyil
21.08.2019
Mühacirlərin internet TV-ləri haradan maliyyələşir?

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10870

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info