Boğazında yemək qalanda belindən vurmayın!
Tarix: 03.05.2019 | Saat: 22:49:00 | E-mail | Çapa göndər


Adətən insanın boğazında yemək qalanda ətrafdakılar onun belindən vurmağa başlayır ki, ilişmiş tikə çıxsın.
Lakin mütəxəssislərin fikrinə görə, bu üsul nəinki kömək etmir, əksinə vəziyyəti daha da ağırlaşdıra bilər. Yad cism yerini dəyişdirib nəfəs yollarını tam bağlaya bilər ki, bu boğulma ilə nəticələnə bilər.
Odur ki, boğazınızda nə isə qalıbsa qabağa əyilib möhkəm öskürmək lazımdır. Adətən bu kömək edir və yad cism çıxır.
Əgər insan öskürə bilmirsə, bu o deməkdir ki, yad cism onun nəfəs yollarını tam bağlayıb. Bu zaman insan nəfəs ala bilmir, onun üzü göyərməyə başlayır. Belə vəziyyətdə Qreymlix üsulundan istifadə edin. Bunun üçün nə etməli? Saglamolun.az Qreymlix üsulunun texnikası ilə sizi tanış edir.
Zərərçəkəni arxadan qucaqlayıb əlinizin birini yumruq şəklində sıxın və digər əlinizlə yumruğunuzu tutun. Yumruğunuzu göbəyindən bir qədər yuxarıda olmaqla döş sümüyü qurtaran yerdə yerləşdirin.
Dirsəklərinizi önə verərək, hərəkət istiqaməti dərinə və yuxarı olmaqla cəld hərəkətlərlə yumruğunuzla zərərçəkənin qarnına sıxın.
Zərərçəkənin qarnına təzyiq edilməsini yad cisim tənəffüs yolundan çıxana qədər, həkim gələnə qədər və ya zərərçəkən huşunu itirənə qədər davam etdirmək lazımdır.
Əksər hallarda Qreymlix üsulu effektli olur və yad cisim boğazdan çıxır.

Saglamolun.Az




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
Uçan avtomobillər yaxin gələcəkdə real ola bilər
20.10.2019
Bu tabutlar son illərin ən böyük tapıntıları oldu
19.10.2019
Turistlər övladlarını qatarda unutdu
19.10.2019
NASA iri asteroidin Yerə yaxınlaşdığı barədə xəbərdarlıq edib
19.10.2019
Hindistanda kişi dəfn zamanı “dirilib”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10922

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info